Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2571/2020 04.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1466/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 5030 manat alınaraq X4 ödənilməlidir. Borclunun əmək haqqından 608 manat tutulmuş, qalıq qalan 4422 manatı ödəməkdən yayınmışdır. Qeyd olunanlara əsasən icra məmuru X2-zadə Aqşin Qəzənfər oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Tələbkar X5 məhkəməyə teleqram göndərərək, inzibati iş üzrə Şəxs barəsində həbs tənbeh növünün seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon icra və probasiyası şöbəsinin icra məmuru X7 məhkəmə prosesində verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyi üçün barəsində protokol tərtib olunduğunu, onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, bildirmişdir ki, Beyləqan rayon məhkəməsinin 2(020)-1466/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən ödənilməmiş 4422 manat borcu qalmışdır. Həmin borcu ödəyə bilməmişdir. Belə ki, pandemiya dövrünə düşdüyünə görə işə çıxa bilməmişdir. Hazırda o, fərdi taksi fəaliyyəti ilə məşğul olur. Gündəlik qazancı 15-20 manat təşkil edir. İstifadəsində olan nəqliyyat vasitəsi yeznəsinə məxsusdur. Xırdalan şəhəri, «Araz» marketin yanında “041” çay evi iaşə obyekti işlədirdi. Aylıq qazancı 500-600 manat təşkil edirdi. Pandemiya ilə əlaqədar çay evini işlədə bilməmişdir. Bu səbəbdən borunu ödəyə bilməmişdir. Məhkəmə qərarını icra etməkdən yayınmır. Borcu hissə-hissə ödəyəcəyinə söz verir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil borclu Şəxs qərəzli olaraq borcundan yayınmamasını nəzərə alaraq barəsində icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş materiallarında olan Beyləqan rayon Məhkəməsinin 2(020)-1466/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 5000 manat məbləğində borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Bakı şəhəri Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Seymur İbrahimov xx.xx.2019-cu il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. İş materiallarında olan Şəxs Binəqədi rayon İcra və Probasiya şöbəsinin rəisi İlham Həsənova ünvanladığı xx.xx.2020-ci il tarixli izahatından görünür ki, o, taksi fəaliyyəti ilə məşğuldur. Gün ərzində 15-20 manat qazancı olur. İstifadəsində olan nəqliyyat vasitəsi yeznəsinə məxsusdur. Xırdalan şəhəri, «Araz» marketin yanında “041” çay evi iaşə öbyekti işlədir. Aylıq qazancı 500-600 manat təşkil edir. Başqa gəlir yeri yoxdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 30 mart 120 №-li qərarının 1-ci maddəsinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə xx xxxxx 2020-ci il tarixli 144 saylı qərarınnın 4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəmi və sözü “4 may” rəqəmi və sözü ilə əvəz edilməsi, 5-ci bəndinə əsasən “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəmi və sözü “4 may” rəqəmi və sözü ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə xx xxx 2020-ci il tarixli 163 saylı qərarına əsasən “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında dəyişiklik edilməsi 6.1 maddənin 1-ci hissədə “4 may” sözləri “31 may” sözləri ilə əvəz edilməsi qərara alınmış, karantin rejimi xx xxx 2020-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci l tarixli 208 saylı qərarı ilə Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejimi sərtləşdirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli 236 saylı qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin xx xxxx 2020-ci il tarixdən 20 iyul saat 06:00-dək uzadılması qərara alınmışdır. Məhkəmə borclu Şəxs karantin başlanana qədər olan müddətdə mütəmadi olaraq müxtəlif məbləğlərdə ödənişlər etməsini, borcunu ödəməkdən qəsdən yayınmamasını, pandemiya təhlükəsi ilə əlaqədar ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olduğundan əmək fəaliyyətini davam etdirə bilməməsini, bu səbəbdən ödənişlər edə bilməməsini nəzərə alaraq hesab edir ki, hazırkı məqamda onun icra sənədini icra etməkdən qəsdən və qərəzli olaraq yayınması müəyyən olunmur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətan tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN №0390343 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2571/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2571/2020
04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver