Məhkəmə qərarları › İş №3(001)-2571/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2571/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2571/2022 07.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, X1 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kiçik sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 11 may 2022-ci il tarixli DVX 004484 nömrəli protokol, DVX 006033, DVX 014010 nömrəli aktların ləğv edilməsinə dair şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kiçik sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 11 may 2022-ci il tarixli DVX 004484 nömrəli protokol, DVX 006033, DVX 014010 nömrəli aktların ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müraciət və ona əlavə edilmiş iş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, X1 müraciətinə baxılması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin səlahiyyətinə aid olmadığından geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında 19 may 2022-ci il tarixli **********8035 tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərarın qeyd hissəsində qərardan onun təqdim olunduğu vaxtdan AR İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya AR Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı qəbul etmiş vergi orqanı vasitəsi ilə yuxarı vergi orqanına şikayət verilməsi hüququ göstərilmişdir. X3 isə onun barəsində qəbul edilmiş 19 may 2022-ci il tarixli **********8035 tarixli qərardan aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə şikayət verməli olduğu halda sözügedən qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, qeyd olunanlara əsasən X1 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kiçik sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 11 may 2022-ci il tarixli DVX 004484 nömrəli protokol, DVX 006033, DVX 014010 nömrəli aktların ləğv edilməsinə dair şikayətinə baxılması ümumi məhkəmənin səlahiyyətinə aid olmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsini rəhbər tutaraq, qərara aldı: X1 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kiçik sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 11 may 2022-ci il tarixli DVX 004484 nömrəli protokol, DVX 006033, DVX 014010 nömrəli aktların ləğv edilməsinə dair müraciəti geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar