Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2575/2024 30.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 29 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə "X9" MMC-nin direktoru olaraq vəzifəli şəxs qismində təqsirli bilinmiş, həmin qərardan verdiyi şikayət Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 3(001)-485/2024 saylı qərarı ilə rədd edilmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı 30 yanvar 2024-cü il tarixində çıxarılsa da, rəsmi qaydada ona 26 fevral 2024-cü ildə təqdim olunmuşdur. Prosessual tələblərə uyğun olaraq məhkəmə qərarı hər iki tərəfə eyni qaydada təqdim olunur. Məhkəmə qərarında "Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti və ya protesti verilə bilər" qeyd edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə razılaşmayaraq tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi 128.1-ci maddəsinin, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23-cü maddəsinin və qanunvericiliyin digər müvafiq tələbləri nəzərə alınaraq məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı nəzərdə tutulmuş müddətin axımı zamanı hər hansı prossesual hərəkətlərin icrası qanunsuzdur. Lakin X8 Xidməti Bakı şəhər İdarəsi müddətin axımı barəsində məlumatlı olduğu halda, onun apellyasiya şikayəti vermək hüququnu nəzərə almadan və yuxarıda qeyd olunan mülki və inzibati prossesual tələblərini pozaraq 29 dekabr 2023-cü il tarixində qəbul olunmuş MN ******* nömrəli "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" qərarın qanuni qüvvəyə minməsi və cərimənin tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixində 3-17-5/2-12416/2024 saylı məktub göndərmişlər. Göstərilənlərə əsasən, X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul olunmuş MN ******* nömrəli "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" qərar üzrə xx.xx.2024-cü il tarixində ünvanına daxil olmuş 3-17-5/2-12416/2024 saylı məktub çərçivəsində cərimənin tətbiq edilməsi göstərişini Mülki və İnzibati Prosessual qanunvericilik ilə nəzərdə tutulan prosessual müddət çərçivəsində apellyasiya qaydasında şikayət vermək hüququna zidd olmasını nəzərə alaraq 29 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında X5 izahatında bildirmişdir ki, şirkət mühasibatlıq xidməti ilə, iş yerlərinin attestasiyası, əmək mühafizəsi fəaliyyətləri ilə məşğuldur. Fəaliyyəti ilə bağlı əvvəllər hər hansı bir məsuliyyətə cəlb olunmamışdır. Hazırki şikayəti üzrə qeyd edir ki, mübahisələndirilən məsələylə bağlı olaraq Bakı şəhər Binəqədi rayon Məhkəməsinin yekun məhkəmə aktı çıxarılmadan öncə barəsində artıq inzibati cərimə tətbiq olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati cərimə təxminən xx.xx.2024-xx.xx.2024cü il tarixi aralığında tətbiq edilmiş, xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü il tarixli, 3(001)- 485/2024 saylı Bakı şəhər Binəqədi rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdir. İnzibati cərimə ondan ötrü tətbiq olunmuşdur ki, vətəndaş X10 əmək müqaviləsinin ləğv olunması ilə bağlı yazılı ərizə ilə müraciət etmədiyi halda işəgötürən tərəfindən onunla bağlanılmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsas göstərilərək xitam verilmişdir. Halbuki, işci son dövrlərdə əmək funkiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, bir sözlə özbaşınalıq etmişdir. Buna baxmayaraq, məsələyə humanist yanaşaraq, onun şəxsiyyətini, yaşının cavan olmasını, gələcək karyerasını nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” maddəsi ilə deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsas göstərilərək xitam vermiş, buna görə də İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə olunmuşdur. X8 Xidmətinin Bakı şəhər İdarəsi prosessual müddəti pozaraq inzibati cəriməni tətbiq etmişdir. X8 Xidmətinin əməkdaşı rəsmi yolla deyil, telefon vasitəsi ilə şirkətin işçisiylə əlaqə saxlayaraq X2 haqq-hesabının aparılması ilə bağlı rəsmi sənəd təqdim edilməsinin lazım olduğunu bildirmiş, lakin heç bir rəsmi müraciət etməmişlər. Buna baxmayaraq prosessual müddət pozularaq barəsində inzibati cərimə tətbiq olunmuşdur. X8 Xidmətinin bu davranışını qanunsuz hesab edir. Onun vəzifəsini müvəqqəti icra etməyi etibar edəcək işcisi yoxdur. Buna görə də özü işdə olmadığından X7 rəsmi sənəd təqdim olunmamışdır. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 Xidmətinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, X8 Xidmətinin əməkdaşlarının əlaqə saxlayaraq prosessual müddəti pozaraq qərar qəbul etmədən sadəcə cəriməni xatırlatmışlar. Bununla yanaşı X3 X8 Xidmətinin əməkdaşının davranışından şikayətçi olması inzibati xəta haqqında iş üzrə icraat deyildir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin qərarı ilə X8 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının qüvvədə saxlamasına baxmayaraq, o müfəttişliyə müraciət edərək inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini tələb etmişdir. X8 Xidməti tərəfindən isə şəxsə bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ilə qüvvədə saxlanılmış inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv etmək X8 Xidmətinin səlahiyyətində deyildir, qərardan narazı olduğu halda birinci instansiya məhkəməsinin vasitəsilə apellyasiya instansiya məhkəməsinə müraciət edə bilər. Daha sonra həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət vermiş, yuxarı instansiya məhkəməsi tərəfindən də onun şikayəti təmin edilməmişdir. Hazırda şəxsin şikayət ertdiyi qərar üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarı mövcuddur və həmin qərar artıq qanuni qüvvəsini almışdır. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 3(001)- 485/2024 saylı qərarından görünür ki, şikayətçi X3 X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin “X9” MMC-yə ünvanlanmış məktubundan görünür ki, X3 cərimə edilməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar qanuni qüvvəyə mindiyindən icra edilməsi məqsədi ilə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-577/2024 saylı qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 3(001)-485/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17/1-6997/2024 saylı qərardadından görünür ki, Xidmətin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından X3 verdiyi şikayət həmin qərar Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 3(001)-485/2024 saylı qərarı ilə dəyişdirilmədən saxlanıldığından geri qaytarılmışdır. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, tərəfləri dinləyərək hesab edir ki, X3 şikayəti rədd edilməlidir. Belə ki, İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 134-cü maddəsində isə bu əsaslara müvafiq olaraq səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən qəbul edilə biləcək qərarların tam siyahısı göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə müvafiq olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların müəyyən olunması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə bununla bağlı qeyd edir ki, X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş, törədilmiş hüquqpozma həmin qərarda müəyyən edilmiş 30 (otuz) gün müddət ərzində aradan qaldırılmadığından qərarda göstərilmiş şərti olaraq tətbiq edilmiş 1500 manat inzibati cərimənin ödənilməsi barədə qərar qüvvəyə minmişdir. X1 orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarla razılaşmayaraq məhkəməyə şikayət vermiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 3(001)-485/2024 saylı qərarı ilə şikayət təmin edilməmiş, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra X5 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 3(001)- 485/2024 saylı qərarından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-577/2024 saylı qərarı ilə Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar həm birinci instansiya məhkəməsi, həmçinin də apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-577/2024 saylı qərarından apellyasiya şikayəti və protesti verilə bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin həmin qərarı X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların mövcud olubolubmamasına dair qəti mövqeni ehtiva edir. Belə olan halda, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın hazırki vəziyyətdə formal əsaslarla ləğv edilməsi yolverilməzdir. Bundan başqa qeyd olunmalıdır ki, inzibati xəta haqqında iş üzrə qərar apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlarla yanaşı məhkəmə səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın qanuni qüvvəyə minmədən icraya göndərilməsi əsası ilə ləğv edilməsinə dair bildirir ki, həmin hal İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün nəzərdə tutulmuş əsaslar sırasında göstərilməmişdir. Nəzərə alınmalıdır ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Şikayətin dəlillərində göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Şikayəti verilmiş, lakin elə həmin tarixdə səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qərarın qanuni qüvvəyə minməsi barədə ona məktub daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsininin 138-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar 1-əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 2- əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 3- apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Məhkəmə İXM-nin 138-ci maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-485/2024 saylı qərarı 30 yanvar 2024-cü il tarixdə qəbul edilmiş, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti və protesti verilməsi qeyd edilmişdir. Səlahiyyətli orqan məhkəmə qərarının X4 rəsmi qaydada nə vaxt verilməsi barədə məlumatlı olmadığından Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından təqribən 1 ay müddət keçdikdən sonra qərarın icrası barədə məktub göndərmişdir. Qeyd olunmalıdır ki, səlahiyyətli orqan tərəfindən qərar icra üçün göndərilməsinə baxmayaraq, qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilir və qərardad dərhal onu icra edən orqana (vəzifəli şəxsə) göndərilir (İXM 144.1). Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın icra edilməsi barədə səlahiyyətli orqan tərəfindən xx.xx.2024-cü il tarixli məktub göndərilməsi hər hansı bir şəkildə X3 hüquqlarının pozulması mənası mənasına gəlmir və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: 1.X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. 2.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. 3.Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2575/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2575/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver