Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2577/2024 07.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qəfqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin numayəndəsi X4, şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 inzibati tənbeh edilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X14 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X5 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Elman Rüstəmov küçəsində 77AL109 dövlət qeydiyyat nişanlı, "X13" markalı avtomobillə hərəkətdə olarkən X14 əməkdaşı tərəfindən saxlanılmış və ona bildirmişdir ki, yol hərəkəti qaydası pozuntusuna yol vermiş, qırmızı işıqda, qadağanedici işarədə hərəkəti davam etdirmişdir. Halbuki, o yaşıl işıqda hərəkəti davam etdirmişdir. Heç bir sübut olmadan və təqdim edilmədən xx.xx.2024-cü il tarixdə barəsində AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. O etiraz etmiş, protokolla razı olmadığından imza etməkdən imtina etmiş və bu barədə qeyd yazılmışdır. Lakin protokol ona təqdim edilməmişdir. 13 aprel 2024-cü il tarixdə Binəqədi rayon DYPŞ Yol Patrul Xidməti X1 tərəfindən inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Qərarda onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə 80 (səksən) manat məbləğində cərimə edilməsi göstərilmişdir. Həmin qərar tamamilə qeyriqanuni və əsassızdır, həm protokol, həm də qərar qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. O protokola etiraz edərək imza etməkdən imtina etmiş, lakin yol patrul xidmətinin əməkdaşı bunu nəzərə almadan bir neçə dəqiqə sonra qərar qəbul etmişdir. Qanunvericliyin tələblərinə uyğun olaraq bu iş onun iştirakı ilə araşdırılmalı və bundan sonra qərar qəbul edilməli idi. Göstərilənlərə əsasən məhkəmədən Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X14 Şöbəsinin əməkdaşı X7 tərəfindən qəbul edilmiş 13 aprel 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta işin icraatına xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, onun barəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Yol patrul xidməti tərəfindən qanunvericliyin tələblərinə uyğun olaraq bu iş onun iştirakı ilə araşdırılmalı və bundan sonra qərar qəbul edilməli idi. Pozuntu törətdiyinə dair heç bir sübut olmadan və ona təqdim olunmadan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yol patrul xidməti inspektoruna inzibati xəta haqqında protokolla razılaşmadığını, protokolun ona təqdim edilməsini və şikayət verəcəyini bildirmişdir. Lakin onun sözlərinə baxmayaraq inspektor birbaşa inzibati tənbeh vermə haqqında qərar qəbul edərək barəsində 80 manat inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini qərara almışdır. Yol patrul xidməti əməkdaşının qeyd olunan qanunsuz əməllərinə, törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsini tələb edir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin numayəndəsi X8 izahatında bildirmişdir ki, “Yol hərəkəti haqqında” qanunun 59-cu maddəsinin İV bəndinə əsasən svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. X3 hərəkət etdiyi istiqamətdə də svetaforun yaşıl işığı sağ və düz istiqamətdə hərəkəti nəzərdə tutur. X5 idarə etdiyi avtomobillə sola döndüyü üçün “Yol hərəkəti haqqında” qanunun 59-cu maddəsinin İV bəndinin tələblərini pozaraq İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən də şikayətin təmin edilməməsi, qərarın isə dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xətanın törədilmə zamanını əks etdirən patrul avtomobilindən qeyd alınmış videogörüntünü əks etdirən diskə baxış keçirilərək müəyyən edilmişdir ki, “X13” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 4 yol ayrıcında hərəkət istiqaməti sağ və düz istiqamətdə olduğu halda sol istiqamətə dönmə etmişdir. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X3 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Məhkəmədə araşdırması zamanı tərəflərin izahatına və təqdim edilmiş videogörüntüyə əsasən müəyyən edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında idarə etdiyi 77AL109 dövlət qeydiyyat nişanlı "X13" markalı avtomobillə sağ və düz istiqamətdə hərəkətə icazə verildiyi halda sol istiqamətə dönmə edərək “Yol hərəkəti haqqında” qanunun 59-cu maddəsinin İV bəndinin tələblərini pozmuş, bununla da İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İV bəndinə əsasən svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 134-cü maddəsində isə bu əsaslara müvafiq olaraq səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən qəbul edilə biləcək qərarların tam siyahısı göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə müvafiq olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların müəyyən olunması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə araşdırması zamanı Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X14 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində göstərilmiş əsasların mövcud olmadığı müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə yol patrul xidməti inspektoru tərəfindən inzibati tənbeh vermə haqqında qərarın tərtibi zamanı prosessual pozuntu olmasına dair şikayətdə göstərilənlərə və məhkəmə iclasında bildirdiklərinə münasibətdə qeyd edir ki, İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X14 Şöbəsinin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X2 Rəfayıl Çingiz oğlu inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı halda birbaşa inzibati tənbeh vermə haqqında qərar qəbul edərək İXM-nin 124.3-cü maddəsinin tələblərini pozmuşdur. Lakin məhkəmə qeyd edir ki, X5 tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməlin tərtib edilməsi öz təsdiqini tapmışdır, hazırki halda yol patrul xidməti inspektoru tərəfindən həmin pozuntuya yol verilməsi inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X14 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X14 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X14 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2577/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2577/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver