Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2578/2022 07.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 17 avqust 2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Health Group MMC-nin (VÖEN:**********) ünvanına Türkiyə Respublikasının “AS X7 X2” şirkətindən US239SS/UU288V nömrə nişanlı yük avtomaşınında daxil olmuş 3024 ədəd “Gutenfer Damla” və 3102 ədəd “GutenD3 Sprey” nişanlı qida əlavələri yükü **********6637 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli **********6637 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş qida əlavələri yükünün digər gömrük prosedurunda rəsmiləşdirilməsi Şəxs MMC tərəfindən təmin edilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bununla da Şəxs barəsində İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, nümayəndəsi olduğu şirkətin əsas fəaliyyəti müxtəlif ölkələrdən qida əlavələri yükünün idxalını, sonradan həmin malların daxili bazarda topdan satışını həyata keçirməkdən ibarətdir. Şəxs MMC-nin ünvanına xx.xx.2022-ci il il tarixdə Türkiyə Respublikasının “AS X7 X2” şirkətindən US239SS/UU288V nömrə nişanlı yük avtomaşınında 3024 ədəd “Gutenfer Damla” və 3102 ədəd “GutenD3 Sprev” nişanlı qida əlavələri yükü daxil olmuş, həmin qida əlavələri yükü **********6637 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından US239SS/UU288V nömrə nişanlı yük avtomaşını ilə daxil olmuş sözügedən malların dərman vasitəsi olub-olmamasını müəyyən etmək məqsədi ilə Səhiyyə Nazirliyinin “X3’’ müraciət edilmiş, “GutenD3 Spreynişanlı qida əlavəsi ilə bağlı sorğuya cavab verilmiş, lakin ” “Gutenfer Damla” nişanlı qida əlavəsi ilə bağlı sorğuya gec cavab verilməsi səbəbindən həmin malların rəsmiləşdirilməsi təmin edilməmiş və müvəqqəti saxlanc müddəti pozulmuşdur, **********6637 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş sözügedən mallar Bakı səhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova 8A ünvanında yerləşən “HEALTH GROUP" MMC-nin istifadəsində olan anbarda gömrük təminatı altında saxlanılır. Həmçinin, o izahatında həmin malları qanunamüvafiq qaydada rəsmiləşdirmək niyyətində olduqlarını bildirmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, başlanmış inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 16 avqust 2022-ci il tarixli gömrük baxışına dair tərtib edilmiş aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən saxlanc otağına gömrük baxışı keçirildikdə Şəxs MMC tərəfindən **********6637 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş malların göstərilən anbarda toxunulmadan saxlanıldığı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, B/1393/2022 nömrəli ekspertiza rəyindən görünür ki, Guten D3 məhsulu D3 vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ-dir. xx.xx.2022-ci il tarixli, B/1932/2022 nömrəli ekspertiza rəyindən görünür ki, GutenFer məhsulu qanyaranma sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ-dir. 16 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4 X8” tərəfindən verilmiş ekspertiza rəyindən görünür ki, Şəxs MMC tərəfindən “Guten D3” nişanlı qida əlavəsi ilə bağlı sorğu 27 aprel 2022-ci il tarixdə verilmişdir. 12 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4 X8” tərəfindən verilmiş ekspertiza rəyindən görünür ki, Şəxs MMC tərəfindən “Gutenfer Damla” nişanlı qida əlavəsi ilə bağlı sorğu 06 iyul 2022-ci il tarixdə verilmişdir. 13 iyul 2022-ci il arixli ərizədən görünür ki, Şəxs MMC-nin direktoru Cavanşir Hüseynov Bakı Baş Gömrük İdarəsinin rəisinə ərizə ilə mürciət edərək **********6637 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların birinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4 X8” tərəfindən verilən rəyin vaxtın bitməsi səbəbindən, yeni rəy alınması, bunun üçün müəyyən vaxt tələb olunduğu üçün, müvəqqəti saxlama proseduru altında rəsmiləşdirmə və malların öz anbarlarında saxlanılmasına icazə müddətinin 3 ay müddətinə uzadılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X6 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4 X8” tərəfindən ekspertiza rəyinin gec verildiyini bildirsə də, məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə sənədlərə əlavə edilmiş ekspertiza rəyləri tədqiq edilərkən Şəxs MMC tərəfindən **********6637 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların içərisində olan “Guten D3” nişanlı məhsul ilə bağlı sorğunun 27 aprel 2022-ci il tarixdə verilməsinə baxmayaraq, “Gutenfer Damla” nişanlı məhsul ilə bağlı sorğunun 06 iyul 2022-ci il tarixdə verildiyi, ekspertiza mərkəzinə sorğunun gec verildiyi səbəbindən müvafiq ekspertiza rəyinin də gec təqdim edildiyi aydın olmuşdur. Beləliklə,məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs **********6637 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 3024 ədəd “Gutenfer Damla” və 3102 ədəd “GutenD3Sprey” nişanlı məhsulların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında saxlanılmasının son tarixinin 11 avqust 2022-ci il olduğu haqqında məlumatlı olmasına baxmayaraq, həmin məhsulların dərman vasitəsi olub-olmaması ilə bağlı sorğunu “Guten D3” ilə bağlı 27 aprel 2022-ci il tarixdə, “Gutenfer Damla” ilə bağlı isə 06 iyul 2022-ci il tarixdə vermişdir. Məhz bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4 X8” tərəfindən verilmiş “Gutenfer Damla” məhsulu ilə bağlı ekspertiza rəyi 12 avqust 2022-ci il tarixdə verilmişdir. Göstərilənlərə əsasən Şəxs MMC-nin təqsiri səbəbindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4 X8” tərəfindən “Gutenfer Damla” məhsulu ilə bağlı ekspertiza rəyinin 12 avqust 2022-ci il tarixdə verilməsi aydın olmuşdur. Beləliklə, Şəxs tərəfindən ölkə ərazisinə idxal olunmuş mallar 4 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş, lakin həmin müddət başa çatdıqdan sonra mallar heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasındakı Filialı İXM-in 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM-nin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-nin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır; 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2578/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2578/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver