Məhkəmə qərarları › İş №3(001)-2581/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2581/2020

07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2581/2020 07.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ünvan 1 A ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2 izahat verərək bildirmişdir ki, Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 xx.xx.2020-ci il tarixdə xidmətdə olarkən Binəqədi rayonu, S.S.Axundov küçəsi ev, 2 V ünvanının yaxınlığında bir nəfər şəxsin ucadan nalayiq ifadələrlə mobil telefonla danışdığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib ictimai yerdə nalayiq ifadələr işlətməyin qanun pozuntusu olduğunu bildirsələr də, həmin şəxs buna məhəl qoymamış və aqressiv hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları sonradan ad və soyadının Şəxs olduğunu bildikləri həmin şəxsin şəxsiyyətini müəyyən etmək məqsədi ilə ondan ad və soyadını bildirməsini xahiş etmişlər. Lakin Şəxs qərəzli olaraq özü haqqında heç bir məlumat verməmişdir. Bundan başqa, Şəxs şəxsiyyətinin müəyyən edilməsi üçün Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən bölməyə dəvət edilsə də, sonuncu bölməyə getməkdən imtina edərək polis əməkdaşlarından yayınmağa cəhd göstərmişdir. Lakin polis əməkdaşları tərəfindən onun həmin cəhdinin qarşısı alınmış və o, məcburi qaydada Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilərək bölmədə onun xx.xx.1981-ci il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə tərəfindən Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması səbəbindən barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə həmişə evdən çıxdığı vaxtda, yəni günorta saat 3-4 radələrində evdən çıxmış və bu zaman yaşadığı evin qapısının yanında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, heç bir əsaslı səbəb göstərmədən qolundan tutub məcburi qaydada avtomobilə əyləşdirməyə çalışmışlar. O, həmin şəxslərdən təkidlə bir neçə dəfə kim olduqlarını soruşduqdan sonra, sonuncular özlərini polis əməkdaşı kimi təqdim edərək onu Binəqədi RPİ-nin 5-ci PB-nə aparacaqlarını bildirmişlər. O, həmin şəxslərin polis əməkdaşları olduğunu bildikdən sonra etiraz etməyək onlarla birlikdə polis bölməsinə getməyə razı olmuşdur. İki gün polis bölməsində saxlanıldıqdan sonra bu gün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona verilmiş ittiham əsasız olmaqla məhkəmə iclasında iştirak edən polis əməkdaşlarını birinci dəfədir ki görür və xx.xx.2020-ci il tarixdə onu saxlayaraq bölməyə aparmış şəxslər sonuncular deyildir. Qeyd olunanları nəzərə alaraq barəsindən olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidmətdə olarkən günorta saatlarında Binəqədi rayonu, S.S.Axundov küçəsi ev, 2 V ünvanının yaxınlığında bir nəfər şəxsin ucadan və aqressiv şəkildə nalayiq ifadələrlə mobil telefonla danışdığını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar həmin şəxsə ictimai yerdə nalayiq ifadələr işlətməyin qanun pozuntusu olduğunu izah etsələr də, həmin şəxs buna məhəl qoymamış və aqressiv hərəkətlərini davam etdirmişdir. Həmin şəxsin şəxsiyyətini müəyyən etmək məqsədi ilə ondan ad və soyadını bildirməsini xahiş etsələr də, sonuncu qərəzli olaraq özü haqqında heç bir məlumat verməmişdir. Bundan sonra şəxsiyyətinin müəyyən edilməsi üçün onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etsələr də, həmin bölməyə getməkdən imtina edərək onlardan yayınmağa cəhd göstərmiş, lakin onlar bunda mane olaraq həmin şəxsi məcburi qaydada Binəqədi RPİ-nin 5-ci PB-nə gətirmişlər. Bölmədə onun xx.xx.1981-ci il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir. Bundan sonra baş vermiş hadisə ilə bağlı raportla bölmə rəhbərliyinə müraciət etmişlər. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, digər Şahid1 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində raport tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixli, AZ 006404 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 16:50-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, S.S.Axundov küçəsi ev, 2 V ünvanının yaxınlığında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, eləcə də müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 5-ci PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 16:50-dən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 16:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının DİN-nin Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar