Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2582/2024 12.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli,MN ******* saylı saylı protokol və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli,MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarından şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli,MN ******* saylı saylı protokol və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli,MN ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İXMnin 114 və 115-ci maddələrinə əsasən göstərilən inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərarla ona «Monella” MMC-nin direktoru olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 4000 manat inzibati cərimə növü tətbiq edilmişdir. Qərara əsasən guya o, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X12 əsas fəaliyyət sahəsinə aid işlərin, yəni 163 saylı marşrut xətti ilə avtobus sürücüsü işinin yerinə yetirilməsinə cəlb etmişdir. Bununla da guya o, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişəm. Qərarın qəbul edilməsinə əsas Sabunçu RPİin xx.xx.2023-cü il tarixli 49/2- 46077 nömrəli məktubu olmuşdur. Həmin məktubla onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün zəruri materiallar X11 Xidmətinə göndərilmişdir.Barəsində olan bu qərarla razılaşmır, hesab edir ki, tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-cı maddəsinin tələblərinin pozulması faktı müəyyən edilmir.2014-cü ildən ‘"MONELLA” MMCin direktoru vəzifəsində işləyir. Əvvəllər həmin cəmiyyətdə 163, 170 və bir neçə digər marşrut xətləri fəaliyyət göstərsə də, hazırda yalnız 170 saylı marşrut xətti üzrə fəaliyyətini davam etdirir. 2022-ci ilin iyul ayında Nurəddin adlı şəxsdən 8 ədəd “Daewoo BS090” markalı avtobuslar alınmış, onların təmir və bərpa işlərini həll etmiş və istismara vermişdir. Sürücülər və tabeliyində olan digər işçilərlə əmək müqavilələri bağlanmasına ciddi önəm vermişdir. Sürücülərə nəzarəti isə Sakit adlı dispetçer həyata keçirmişdir. X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 163 saylı marşrut xətti üzrə avtobus sürücüsü işlədiyindən məlumatı olmamışdır. Sakit adlı dispetçer Cəmili sürücü işinə cəlb etmiş, bununla bağlı heç kimə məlumat verməmişdir. Sabunçu RPİ-də istintaq olunan cinayət işi ilə əlaqədar 2023-cü ilin oktyabr ayında istintaqa çağırılan zaman ona məlum olmuşdur ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X13 163 saylı marşrut xətti üzrə avtobus sürücüsü kimi işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X8 "xxxx" MMC-yə yazdığı izahatla da göstərilən hallar təsdiqini tapır. Buna görə onun barəsində tədbir görülmüşdür. Sabunçu RPİ-in İstintaq Şöbəsində verdiyim xx.xx.2023-cü il tarixli ifadə isə müstəntiq tərəfindən təhrif edilmiş, ifadəsində onun adından guya X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən sürücü işlətdiyi kimi yazılmışdır. Halbuki, o, belə məzmunlu ifadə verməmişdir. Bu barədə o, aidiyyatı orqanlara da məktubla müraciət edərək müstəntiqin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə onu aldatmasını bildirmişdir. Beləliklə də, MMC-nin işçinin ondan xəbərsiz olaraq X13 163 saylı marşrut xətti üzrə avtobus sürücüsü kimi işə cəlb etməsinə görə o, vəzifəli şəxs olaraq inzibati məsuliyyət daşımır. Bundan əlavə, X11 Xidməti onun işirakı ilə araşdırma aparmadığı üçün bununla bağlı inzibati xəta haqqında işə baxılma qaydasını tənzimləyən Azərbaycan Respublikası İXM-niıı 112-ci maddəsinin müvafiq tələblərini də pozmuş, araşdırmada onun iştirakı təmin edilmədiyi üçün təqsirli olmamağına dair sübutlarımı da təqdim etmək imkanı yaradılmamışdır.Belə ki, onlar onu dəvət etdiyi vaxtda xidmətdə olmuşdur, qeydiyyata düşmüşdür və 2 saat gözləməyinə baxmayaraq onu qəbul etməmişdirlər. Məhkəmə iclasında iştirak edən şikayətçi şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi şikayətin əsassız olduğu qeyd edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. İşdə materiallarınbda olan və tədqiq edilən: AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarına əsasən işəgötürən tərəfindən vətəndaş X7 «Monella” MMC-də xx.xx.2023-cü il tarixdə ARnın Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinin müəyyən edildiyi,nəticədə X4 tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol, qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Məhkəmə qeyd edir ki, şikayətçinin şikayətində qeyd etdiyi hallar inzibati tənbeh tətbiq edilməsinə dair qərarın əsassızlığına səbəb olmur. Azərbaycan Respublikasının İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Azərbaycan Respublikasının İXM-nin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İXM-nin 18.2-ci maddəsinə əsasən "xxxx" MMC-in direktoru vəzifəsində çalışan X4 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə iclasında əmək müqaviləsi bağlamadan Cəmil adlı sürücünün rəhbəri olduğu hüquqi şəxsin dispetçer vəzifəsində çalışan işçisi tərəfindən əməyə cəlb edilməklə törədilməsini və özünün bundan məlumatı olmadığını qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati xəta pozuntusuna görə məsuliyyəti hüquqi şəxsin rəhbəri kimi Qurbanəli İsmayılov şəxsən özü və ya əmək qanunvericiliyinin tələblərinə nəzarətin həyata keçirilməsi səlahiyyətini verdiyi işçisi daşıyır. İş materiallarından görünür ki, vəzifəli şəxs kimi, o, əmək qanunvericiliyinin tələblərinə riayət edilməsinə nəzarəti başqa bir şəxsə həvalə etməmişdir. Odur ki, məhkəmə X2 şikayətində qeyd etdiyi halları onun məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirərək, həmin arqumentlərin işin faktiki hallarına uyğun gəlmədiyi qənaətinə gəlmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı “inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-2582/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2582/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver