Məhkəmə qərarları › İş №3(001)-2587/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2587/2022

12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2587/2022 12.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan,21Y97E3 FİN-ə malik olan X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serijantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serijantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serijantı X5, xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Mədən 2 ərazidə şəxsi “LADA VESTA” minik markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman saxlamışdır. İ.Quluzadı yaxınlaşıb özünü təqdim etdikdən sonra sənədlərini yoxlamaq istədiyini bildirmişdir.O da öz növbəsində sürücülük vəsiqəsini təqdim etmişdir. Polis əməkdaşı sənədə baxdıqdan sonra bildirdi ki, onun sürücülük vəsiqəsi Rusiya Federasiyasına aiddir və buna görə də avtomobil cərimə meydançasına yerləşdirilməlidir. O, polis əməkdaşları tərəfindən dəfələrlə saxlanılmış, sürücülük vəsiqəsi yoxlanılmış, inzibati xəta törətdiyi halda cərimə yazılmış, əks halda vəsiqəsi geri qaytarılmışdır. Lakin bu dəfə polis serjantı iki aydır ki qanunda dəyişiklib oldsuğunu, artıq icazə verilmədiyini bildirmişdir. O isə həmin qanunla onu tanış etməsini bildirərərkən polis əməkdaşı öz telefonunda bir video göstərmişdir. Həmin videoda bir nəfər mülki formada şəxs qanunda dəyişiklik olduğunu bildirir. O, bu barədə eşitmədiyini və xəbəri olmadığını qeyd etmişdir. Polis əməkdaşı televizorda bu haqda məlumat verildiyini bildirmişdir. Sürücülük vəsiqəsini özündə saxlamış, avtomobili cərimə meydançasına yerləşdirilmiş, ona Binəqədi rayon DYPŞ Yol Polis İdarəsinə yaxınlaşması xahiş olunmuşdur. O, həmin ünvana yaxınlaşmış və ordada həmin sözləri ona bildirmişlər. Dəyişikliklə bağlı heç bir sənəd ona göstərilməmiş, sadəcə qanunda dəyişiklik oluduğu, xarici ölkənin sürücülük vəsiqəsi ilə avtomobil sürməyə icazə verilmədiyi bildirilmişdir. Həmçinin onun sürücülük vəsiqəsini özlərində saxlamışlar. Polis İdarəsində onun sürücülük vəsiqəsini imtahan qeydiyyat şöbəsinə göndəriləcəyi və orada qalacağı bildirilmişdir. Bu qayda pozuntusuna görə o, 100 AZN cərimə olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin tərəfin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X4 şikayət ərizəsini müdafiə edib ərizədə qeyd etdiyi xüsusatları təkrarlayaraq Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 “LADA VESTA” minik markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.2-ci maddələri ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya münasibətdə hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞ Yol Patrul Xidməti inspektoru, polis serijantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar