Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2588/2022 26.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, Şikayətçi X1 Qəbələ rayon Polis İdarəsinin Yol patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayətini nəzərdən keçiriərək müəyyənetdim: Şikayətçi X1 Qəbələ rayon Polis İdarəsinin Yol patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərarın qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Hesab edirəm ki, şikayət ərizəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıda qeyd olunan normaların tələblərinə əməl olunmadığı müəyyən edilmişdir.Belə ki, şikayət ərizəsi forma və məzmununa görə düzgün tərtib olunmamışdır.Şikayətçi şikayət əvəzinə ərizə vermiş, həmçinin tələbini dəqiq göstərməmiş, hansı inzibati orqanın, hansı qərarından şikayət verdiyini göstərməmiş, həmçinin inzibati xəta haqqında qərardan şikayət vermək əvəzinə, inzibati xəta haqqında protokoldan şikayət vermiş və inzibati protokolun ləğv edilməsini məhkəmədən tələb etmişdir.Halbuki, inzibati xəta haqqında qanunvericilikdə protokoldan deyil, inzibati xəta haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məçəlləsinin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Qeyd olunanlarla əsasaən hesab edirəm ki, şikayətçi X1 Qəbələ rayon Polis İdarəsinin Yol patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv olunması barədə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və şikayətçiyə İnzibati Xətəlar Məcəlləsinin tələblərinə uyğun inzibati qərardan şikayət vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 109, 114, 128,130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım X1 Qəbələ rayon Polis İdarəsinin Yol patrul Xidmətinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X3 X2 Məcəlləsinin tələblərinə uyğun inzibati qərardan müvafiq səlahiyyətli məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2588/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2588/2022
26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver