Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2589/2023 12.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi ilə X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15194224 saylı elektron qərarın ləğv olunması barədə şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15194224 saylı elektron qərardan şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, 20 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lokbatan qəsəbəsi ərazisində yerləşən Binə ticarət mərkəzinin qarşısında şəxsi istifadəsində olan **-NX-*** dövlət qeydiyyat nişanlı Kia Rio markalı avtomobil park etmiş və 10 dəqiqə sonra İXM-nin 346.1-ci maddəsi ilə cərimə olunması ilə bağlı elektron bildiriş gəlmişdir. Binə ticarət Mərkəzinin qarşısında quraşdırılan 3.27 nişanı heç bir standartlara cavab vermir və “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi haqqında qanun ilə uyğun təşkil etmir. Məhkəmə iclasında çıxış edən X2 şikayəti müdafiə edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15194224 saylı elektron qərarın ləğv olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYPİ-nin Mərkəzi Məlumat Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYPİ-nin Mərkəzi Məlumat Xidmətinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayəti və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15194224 saylı elektron qərara əsasən məlum olur ki, X4 xx.xx.2023-cü il tarixdə, saat 11:38də istifadəsində olan “Kia rio” markalı, 99NX241 dövlət qeydiyyat nişanlı avtomobil ilə Binə TM qarşısında dayanma qaydalarını pozmuş və İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edlmişdir. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15194224 saylı elektron qərara əsasən məlum olur ki, X4 xx.xx.2023cü il tarixdə, saat 11:38-də istifadəsində olan “Kia rio” markalı, 99NX241 dövlət qeydiyyat nişanlı avtomobil ilə Binə TM qarşısında dayanma qaydalarını pozmuş və İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edlmişdir. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15194224 saylı elektron qərarın ləğv olunması barədə verdiyi şikayəti əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15194224 saylı elektron qərarın ləğv olunması barədə verdiyi şikayəti rədd edilsin. Qərardan rəsmi qaydada verildikdən və ya təqdim olunduqdan sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2589/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2589/2023
12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver