Məhkəmə qərarları › İş №3(001)-2590/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2590/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2590/2023 12.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, X6 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinin rəisi Rüfət Əliyevin inzibati tənbeh vermə haqqında 09 iyun 2023-cü il tarixli MN № ******* saylı qərarı ilə "xxxx" MMC-nin direktoru X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 manat məbləğində cərimə olunmuşdur. Hesab edirlər ki, mübahisələndirilən inzibati tənbeh vermə haqqında 09 iyun 2023-cü il tarixli MN ******* saylı qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati icraat haqqında işə, xitam verilməlidir. X16 əmək müqaviləsi ilə "xxxx" MMC-də 20 aprel 2020-ci ildən xadimə işləmiş və 28 mart 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a“ bəndinə (öz ərizəsi əsasında) əsasən işdən azad olunmuşdur. Onun əmək haqqı və son haqq-hesabı vaxtında hesablansa da qanunla müəyyən edilmiş müddətdə ödənilməməsinin səbəbi işə götürən "xxxx" MMC-nin təqsiri üzündən gecikdirilməmişdir. Belə ki, "xxxx" MMC bir neçə müəssisə, o cümlədən "xxxx" Mənzil Tikinti Kooperativi ilə 14 yanvar 2022-ci il tarixdə bağladığı 1401/22 saylı müqavilə əsasında, Podratçı "xxxx" MMC ilə bağladığı Kİ072021-08 saylı 27 iyul 2021-ci il tarixli, Kİ072021-08 saylı 30 iyul 2021 tarixli subpodrat müqavilələri əsasında və sifarişçi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə bağlanmış 12 sentyabr 2022-ci il tarixli 57 saylı müqavilə əsasında müqavilə şərtlərini icra etməsinə baxmayaraq qarşı tərəflərin müqavilə öhdəliklərini tam icra etməyərək ödəməli olduqları ümumilikdə 400000-ə yaxın pul vəsaitini hazırkı vaxtadək də ödəmədiklərindən müəssisənin maliyyə problemləri yaranmış və həmçinin müəyyən dövlət qurumları qarşısında yaranmış öhdəliklərin icra olunmamasına görə müəssisənin hesabları üzərinə sərəncam qoyulmuşdur. X5 haqq-hesabın müvəqqəti olaraq gecikdirilməsinin səbəbi və müəssisənin hesabına istənilən mənbədən vəsait daxil olduğu vaxtı ilk olaraq onun haqq-hesabın ödəniləcəyi barədə məlumat verilmişdir. Buna baxmayaraq Sima Eyvazova son haqq-hesabın vaxtında ödənilməməsi səbəbi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinə şikayət etmişdir. Müfəttişlik tərəfindən araşdırma aparılarkən bu barədə yazılı olaraq bildirilmiş və araşdırma zamanı müəssisəyə vəsait daxil olduğundan Sima Eyvazovaya ödənilməli olan əmək haqqı və son haqq-hesabı iki dəfəyə tam ödənilmiş və Sima Eyvazova xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək müəssisəyə qarşı heç bir iddia və tələbi olmadığını bildirmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış ərizə Müfəttişliyə təqdim olunmuşdur. Lakin şikayətin olunmasına əsas olmuş səbəbin müvafiq qərarın qəbul edilməsindən əvvəl aradan qalxmasına və bu şikayətin olunmasının "xxxx" MMC-nin və onun direktorunun təqsiri üzündən olmamasına baxmayaraq əsassız və qanunsuz olaraq "xxxx" MMC-nin direktoru X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 manat məbləğində cərimə olunmuşdur. X1 son haqq-hesabının vaxtında ödənilməməsi "xxxx" MMC-nin iradəsindən və imkanlarından asılı olmamış, hesabında pul olmadığından müvafiq dövlət orqanları qarşısında öhdəliyini yerinə yetirə bilmədiyi üçün hesabının üzərinə sərəncamın qoyulması, görülmüş işlərin və yerinə yetirilmiş xidmətlərin haqqının işəgötürənlər tərəfindən ödənilməməsi nəticəsində yaranmışdır. Bu hal isə əmək qanunvericiliyinin tələbinə görə işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hesab edilir və ona görə də hesab edirlər ki, hazırkı halda işəgötürən olaraq "xxxx" MMC-nin təqsiri yoxdur. X4 haqq- hesabının müvəqqəti olaraq gecikdirilməsi yuxarıda qeyd edilən səbəblərdən "xxxx" MMC-nin direktorunun iradəsindən və imkanlarından asılı olmamışdır. İnzibati araşdırma zamanı nəzarətedici orqanının əməkdaşına yazılı olaraq bu halı sübut edən müvafiq sənədlər təqdim edilsə də, artıq şikayətçi ilə olan əmək mübahisəsi həllini tapsa da, buna əhəmiyyət verilməmiş və təqsirsiz olduğu halda X10 inzibati qaydada təqsirli bilinərək cərimə olunmuşdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinin "xxxx" MMC-nin direktoru X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında 09 iyun 2023-cü il tarixli MN № ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 şikayət ərizəsini müdafiə edərək eyni məzmunda izahat verib Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X13 bildirmişdir ki, X16 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-də işə başlamış, xx.xx.2023-cü il tarixdə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Lakin müraciət tarixinədək son haqq-hesab ödənişi həyata keçirilməmişdir Sima Eyvazova MMC-yə müraciət etdiyini, lakin büdcədə vəsait olmaması səbəbindən ödənişin həyata keçirilmədiyi barədə cavab aldığını qeyd etmişdir. X11 müraciəti ilə bağlı X14 Xidməti tərəfindən araşdırma aparılmış və "xxxx" MMC-nin direktoru X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, xx.xx.2023-cü il tarixdə inzibati qaydada tənbeh edilmişdir. Ona görə də, məhkəmədən şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, X16 ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli 13 nömrəli əmrdən görünür ki, "xxxx" MMC-nin direktoru X10 tərəfindən X16 ilə bağlanmış əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmiş və işçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər istifadə edilməmiş 52.5 məzuniyyət gününün son haqq hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinə müraciət edilərək bildirilmişdir ki, "xxxx" MMC bir neçə müəssisə, o cümlədən "xxxx" Mənzil Tikinti Kooperativi ilə 14 yanvar 2022-ci il tarixdə bağladığı 1401/22 saylı müqavilə əsasında, Podratçı "xxxx" MMC ilə bağladığı Kİ072021-08 saylı 27 iyul 2021-ci il tarixli, Kİ072021-08 saylı 30 iyul 2021 tarixli subpodrat müqavilələri əsasında və sifarişçi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə bağlanmış 12 sentyabr 2022-ci il tarixli 57 saylı müqavilə əsasında müqavilə şərtlərini icra etməsinə baxmayaraq qarşı tərəflərin müqavilə öhdəliklərini tam icra etməyərək ödəməli olduqları ümumilikdə 400000-ə yaxın pul vəsaitini hazırkı vaxtadək ödəmədiklərindən müəssisənin maliyyə problemləri yaranmış və həmçinin müəyyən dövlət qurumları qarşısında yaranmış öhdəliklərinə icra olunmamasına görə müəssisənin hesabları üzərinə sərəncam qoyulmuşdur. X1 son haqq-hesabının vaxtında ödənilməməsi ‘İSP SAPFİR AZE” MMC-nin iradəsindən və imkanlarından asılı olmayıb, görülmüş işlərin və yerinə yetirilmiş xidmətlərin haqqının yuxanda qeyd edilən işəgötürənlər tərəfindən ödənilməməsi nəticəsində yaranmışdır. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinə müraciət edilərək bildirilmişdir ki, X16 əməkdaşı olduğu "xxxx" MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər rəsmi qeydiyyatda olmuş və adıkeçən şəxsin əmək haqqı tam olaraq kart hesabına köçürülmüşdür. "xxxx" MMC, aidiyyəti qurumlar tərəfindən tapşırılan layihələri başa çatdırmış və hal-hazırda mötəbər dövlət və qeyri-dövlət idarələrindən üzərinə götürmüş olduğu öhdəliklərin müqabilində vəsait gözləməkdədir. Dəfələrlə edilən müraciətlərə baxmayaraq vəsaitlər gecikdirilir. Yuxarıda göstərilən məlumatlandırıcı faktlarda aidiyyatı üzrə gecikdirilmələr olduğuna görə müəssisənin hesablarında sərəncam vardır. Lakin, ən yaxın zamanda bu faktlar ortadan götürüldükdə X16 ilə bağlı tərəfinizdən başlanmış olan xx.xx.2023-cü il tarixli 3-17-5/2-Ə- 18454/2/2023№ı-li araşdırmada adıkeçən xx.xx.2023-cü il tarixli 6№-li F1AQQ-FİESAB vərəqəsində ki, qalıq məbləğ ödəniləcəkdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən X11 bank hesabına 660.42 (altı yüz almış manat qırx iki qəpik) pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X16 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinə müraciət edərək , "xxxx" MMC tərəfindən əmək haqqı və son haqq hesabın tam ödənildiyini, heç bir iddia və şikayətinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin direktoru X10 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin maddənin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Göründüyü kimi, "xxxx" MMC-də işləmiş X16 ilə əmək müqaviləsinə xitam verildikdən sonra sonuncuya düşən müavinət və digər ödənişlərin vaxtında ödənilməməsində işəgötürənin təqsiri müəyyən edilməmişdir. Belə ki, ödənişin vaxtında köçürülməməsinin səbəbi "xxxx" MMC ilə müqavilə bağlamış digər şirkətlərin müqavilə əsasında görülmüş işlərə görə ödənişləri gecikdirməsi olmuşdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsində qeyd edilmiş işçi işdən çıxarkən ona düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün verilməməsi görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Yuxarıda qeyd olunan iş materiallarından müəyyən edilmişdir ki, "xxxx" MMC-nin X16 ilə əmək müqaviləsinə xitam verildikdən sonra ödənişləri vaxtında köçürməməsinin səbəbi həmin MMC ilə müqavilə bağlamış dövlət və qeyri-dövlət təşkilatları tərəfindən görülümüş işlərə görə ödənişlərin gecikdirilməsi olmuşdur. Bundan əlavə iş materiallarından görünür ki, X16 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinə müraciət edərək , "xxxx" MMC tərəfindən əmək haqqı və son haqq hesabın tam ödənildiyini, heç bir iddia və şikayətinin olmadığını bildirsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulması inzibati xətanı törətməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, tarixdə "xxxx" MMC-nin direktoru X10 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar düzün araşdırılmamış və sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə, məhkəmə hesab edir ki, X6 nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən verilmiş şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru X10 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar