Məhkəmə qərarları › İş №3(001)-2593/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2593/2022

26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2593/2022 26.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxslər Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X3, Azərbaycan Respublikasının DİN-in Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyü yol patrul xidməti baş inspektor, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Laçın rayonu, Şamkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Laçın rayonu, Şamkənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 38, mənzil 154-də yaşayan, 634XPUP FİN-ə malik olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 333.2 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-si və Azərbaycan Respublikasının DİN-in Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyü tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-si və Azərbaycan Respublikasının DİN-in Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyü tərəfindən İXM-in 332.1, 333.2 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X5 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 18:30-da Ekologiya postunun qarşısında xidmətdə olan polis əməkdaşları Bakı-Quba yolu Sumqayıt şəhəri istiqamətində hərəkət edən “HUNDAİ SONATA” markalı, **-SD-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsündən sənədlər tələb edərkən, sonuncu heç bir sənəd təqdim etməmişdir və səbəbsiz olaraq polis əməkdaşları ilə münaqişə yaratmışdır. Sonradan vətəndaşın üzərində heç bir sənəd olmadığı, avtomobili etibarnaməsiz idarə etdiyi məlum olmuşdur. Vətəndaşa protokol tərtib edilərkən polis əməkdaşlarına tabesizlik göstərərək özünü təqdim etməmiş və avtomobili dayanacağa yerləşdirərkən açıq aşkar tabesizlik göstərmişdir. Bundan sonra məcbur qalınaraq həmin vətəndaşı güç tətbiq edib 40-cı PB-nə gətirmişlər. Bölmədə onun xx.xx.1995-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilərək izahatı alınmış və barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının DİN-in Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyü yol patrul xidməti baş inspektor, polis leytenantı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 18:30-da Ekologiya postunun qarşısında xidmətdə olarkən Bakı-Quba yolu sumqayıt şəhəri istiqamətində hərəkət edən “HUNDAİ SONATA” markalı, **-SD-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsündən sənədlər tələb edilərkən, o heç bir sənəd təqdim etməmişdir və səbəbsiz olaraq polis əməkdaşları ilə münaqişə yaratmışdır. Sonradan vətəndaşın üzərində heç bir sənəd olmadığı, avtomobili etibarnaməsiz idarə etdiyi məlum olmuşdur. Vətəndaşa İXM-in 332.1, 333.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərkən polis əməkdaşlarına tabesizlik göstərərək özünü təqdim etməmiş və avtomobili dayanacağa yerləşdirərkən açıq aşkar tabesizlik göstərmişdir. Eyni zamanda sürücü saxlanılarkən müəyyən sonuncunun avtomobili narkotik maddələrin təsiri altında idarə etdiyi olunmuşdur. Nəticədə sürücü Şəxs barəsində İXM-in 332.1 və 333.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə üzü Sumqayıt şəhəri tərəfə hərəkətdə olarkən Ekologiya postunda yol patrul xidməti onu saxlamışdır. İdarə etdiyi avtomobil dostuna məxsus olmuşdur və sənədsiz idarə edirdi. Buna görə də polis əməkdaşları cərimə tərtib etmək istəmişlər. Onun yanında nişanlısı da olduğu üçün polis əməkdaşlarının ona cərimə yazmasına və avtomobili dayanacağa yerləşdirilməsinə mane olmağa çalışmışdır. Nəticədə aralarında münaqişə yaranmışdır. Qeyd olunanları, əməlindən peşman olmasını, himayəsində xəstə anasının olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 332.1 və 333.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və buna görə də, Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmişdir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, AZA 019051 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə inzibati qaydada tutulmuşdur. xx.xx.2022-ci il tarixli, 4420 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs müayinəsi zamanı onun sidiyindən marixuana, metamfetamin, mop qəbulu faktı aşkar edilmişdir. Məhkəmə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X3, Azərbaycan Respublikasının DİN-in Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyü yol patrul xidməti baş inspektor, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli düzgün olaraq İXM-in 333.2 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.2 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bundan başqa Şəxs İXM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati məsuliyyətə cəlb olunması üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq sənədlər toplansa da, iş üzrə zəruri araşdırma aparılmamışdır. Məhkəmə, eyni zamanda inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İXM-in 332.1-ci maddəsi ilə araşdırmanın aparılması Azərbaycan Respublikasının DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünə həvalə olunmalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, Şəxs törətməsi ehtimal edilən İXM-in 332.1ci maddəsi ilə olan xətaya münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə məhkəmə araşdırmasının aparılması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə XM-in 332.1-ci maddəsi ilə araşdırmanın aparılması aparılması Azərbaycan Respublikasının DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünə həvalə olunması qənaətinə gəlmişdir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 25 avqust 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair hissəsi üzrə araşdırmanın aparılması Azərbaycan Respublikasının DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar