Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2594/2020 23.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, X4 Əkrəm oğlunun iştirakı ilə, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində Şikayətçi X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İX X7 Xidmətinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şikayətçi X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İX X7 Xidmətinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi rayon məhkəməsinə şikayət təqdim etmişdir. X4 Əkrəm oğlu şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə xüsusi karantin rejimində Qax rayonunda yerləşən evindən Bakıda qeydiyyatda olduğu və yaşadığı mənzilinə qayıtdığı zaman polis postuna çatmamış 20 dəqiqə əvvəl saat 14:58-də 8103 nömrəsinə sms göndərib saat 15:13-də 2 saat icazə sms aldıqdan sonra polis postuna yaxınlaşmışdır.Polis postunda onun sms icazəsini və Bakı qeydiyyatında olduğunu yoxlamışdırlar.Polis əməkdaşları onun sms icazəsinin və Bakı qeydiyyatının olmasına baxmayaraq Bakıya daxil olmaq üçün 100 manat cərimə edilməli olduğunu bildirib, ona Bakı şəhərinə daxil olmağa icazə vermişdirlər.O, cərimə ilə razılaşmasa da onu cərimələmişdirlər.Həmin gün saat 16:05-də ona karantin rejiminin pozulmasına görə 100 manat cərimə sms gəlmişdir. Halbuki, Bakı şəhərini xüsusi karantin rejimindən əvvəl tərk etmişdir.O,Qax rayonunda olduğu zaman onu işə çağırmışdırlar.Buna görə də, o, qeydiyyatda olduğu Bakı şəhərinə qayıtmalı olmuşdur.O, qeyd olunanlara əsasən qərarı qanunsuz və əsassız hesab edir. Buna görə də, şikayətin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi X3 şikayətdə göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İX X7 Xidmətinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İX X7 Xidmətinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İX X7 Xidmətinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.Buna görə də, məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Elektron Hökumətin İnkişafı Mərkəzinin icaze.e-gov.az saytında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı Böyük sistem inzibatçısı X5 oğlu barəsində məlumatdan görünür ki, AZE 16308054 seriya və nömrəli şəxsiyyət vəsiqəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhərində xidməti icazəsi olmuşdur. İş materiallarında olan 8103 SMS icazəsindən çıxarışdan məlum olur ki, 8103 SMS icazəsi ilə xx.xx.2020-ci il tarixdə saat 15:13-də 1-ci indeks üzrə 2 saat müddətinə yaşayış yerini tərk etmə barədə müraciəti təsdiq edilmişdir. İş materiallarında olan İX X7 Xidmətinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından məlum olur ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə karantin rejimlərinin pozulması halı ilə inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X3 «Covid-19» pandemiyası ilə əlaqədar xüsusi karantin regimi tətbiq olunmamışdaq qabaq Qax rayonuna getmişdir.İş materialları ilə müəyyən olunmuşdur ki, şikayətçi X1 qeydiyyat yeri və yaşadığı yer Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 81, mənzil 1-dir və o, Bakı şəhərində yerləşən Azərbaycan Respublikasının Mərkəzi Bankı Böyük sistem inzibatçısı vəzifəsində çalışır.Həmçinin, müəyyən olunmuşdur ki, o, xx.xx.2020-ci il tarixdə xüsusi karantin rejimində Qax rayonunda yerləşən evindən damimi iş yeri olan və Bakıda qeydiyyatda olduğu və yaşadığı mənzilinə qayıtdığı zaman polis postuna çatmamış 20 dəqiqə əvvəl saat 14:58də 8103 nömrəsinə sms göndərib saat 15:13-də 2 saat icazə sms aldıqdan sonra polis postuna yaxınlaşmışdır.Polis postunda onun sms icazəsini və Bakı qeydiyyatında olduğunu yoxlamışdırlar.Polis əməkdaşları onun sms icazəsinin və Bakı qeydiyyatının olmasını yoxlayaraq onun Bakı şəhərinə daxil olmasına icazə vermişdirlər.Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operatv qərarğahın müəyyən etdiyi qaydalara əsasən xüsus karantin rejimindən əvvəl rayonlara getmiş, lakin dami qeydiyyat yeri, yaşayış yeri və daimi iş yeri Bakı şəhəri olan vətəndaşlara Bakı şəhərinə qayıtmaq icazəsi verilmişdir.Buna görə də, hesab edirəm ki, O.Ə.Məmmədovun inzibati qaydada cəzalanması əsaslı olmamışdır.Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X5 oğlunun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə cərimələnməsi barədə TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərar ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İX X7 Xidməti tərəfindən X5 oğlu barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2594/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2594/2020
23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver