Məhkəmə qərarları › İş №3(001)-2606/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2606/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2606/2020 18.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Faiq Əkbərovun və “xxxxxxx” MMC-nin direktoru Şəxs iştirakları ilə, “xxxxxxx” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi Binəqədi rayon Məhkəməsinə müraciət edərək, “xxxxxxx” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********329500 saylı icra sənədinə əsasən borclu “xxxxxxx” MMC tərəfindən 549768,80 əsas, 200656,67 manat faiz borcu ümumilikdə 750425,47 manat vergi, faiz və maliyyə sanksiyası dövlət nəfinə ödənilməlidir. Şəxs heç bir borc ödəməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunanlara əsasən icra məmuru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Faiq Əkbərov məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Şəxs icra məmurunun icra vərəqəsindən irəli gələn qanuni tələblərini üzürsüz səbəbdən təmin etmir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yarandığından məhkəməyə bu barədə protokolla müraciət etməli olmuşdur və məhkəmədən onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən “xxxxxxx” MMC-nin direktoru Şəxs icra sənədi barədə xəbərdar olduğunu, icra sənədi üzrə heç bir ödəniş etmədiyini və edə bilməyəcəyini, onun bu işdən xəbərinin olmadığını və bütün məsuliyyət onun adına şirkətlər açmış qohumunda olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********329500 saylıicra sənədindən görünür ki, “xxxxxxx” MMC tərəfindən 549768,80 əsas, 200656,67 manat faiz borcu ümumilikdə 750425,47 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2017-ci il tarixli **********551300 nömrəli, xx.xx.2017-ci il tarixli **********907400 nömrəli, xx.xx.2018-ci il tarixli **********193300 nömrəli qərarları icraya yönəldilmişdir. İş materiallarında olan **********1 saylı, xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, “xxxxxxx” MMC-yə borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Ödənilmədiyi təqdirdə qanunvericiliyin tələbləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan vergi borcunun ödənilməyəcəyi təqdirdə tələbin icraya yönəldilməsi qaydasında icra strukturlarına müraciət ediləcəyi barədə xəbərdarlıqdan görünür ki, “xxxxxxx” MMC-nin əsas vergi borcu 549768,80 manat, faiz borcu 200655,73 manat ümumilikdə 750424,53 manat borcu vardır. İş materiallarında olan vergi orqanı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyat idarəsi vergi ödəyicisi “xxxxxxx” MMC arasında başlanmış xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, vergi orqani ilə vergi ödəyicisi arasında aparılan yazışmalar elektron formada həyata keçirilməlidir. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, Şəxs “xxxxxxx” MMC-nin rəhbəridir. MMC ixtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışı fəaliyyətini həyata keçirir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.Cəbiyev xx.xx.2020-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün “xxxxxxx” MMC-yə bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. İnzibati xəta haqqında materialda olan sübutlarla “xxxxxxx” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********329500 saylıicra sənədini icra etməməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs “xxxxxxx” MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “xxxxxxx” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 1200 (min iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Cərimə cəzasının icrası Şəxs yaşayış yeri İcra Qurumuna həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar