Məhkəmə qərarları › İş №3(001)-2607/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2607/2022

29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2607/2022 29.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Şəxs MMC barəsində Azərbaycan Respublikası İXMnin 347-ci maddəsinə əsasən toplanmış materiallarını Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərərək m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən toplanmış materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə əsasən məlum olur ki, inzibati iş materialları ərazi aidiyyatı üzrə düzgün göndərilməmişdir.Belə ki, iş materiallarına əsasən məlum olur ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1ikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Həmçinin, iş materialları araşdırılarkən məlum olmuşdur ki, iş materiallarına ilkin tərtib olunmuş inzibati xəta haqqında protokol, o cümlədən, müvafiq sorğunun Şəxs MMC-yə göndərilməsini təsdiq edən məktub və həmin məktubun göndərilməsini təsdiq edən reyestr sənədi əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Hesab edirəm ki, inzibati iş materialları ərazi aidiyyatı üzrə düzgün verilmədiyindən, həmçinin sənədlər natamam olduğundan İXM-nin 110.1-ci və 109.1.6-cı maddələrinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 10.1 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən toplanmış materiallarını geri qaytarılsın. İnzibati orqana izah edilsin ki, qeyd olunan qüsurları aradan qaldırdıqdan sonra ərazi aidiyyatı üzrə müvafiq məhkəməyə yenidən müraciət edə bilər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar