Məhkəmə qərarları › İş №3(001)-2608/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2608/2022

19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2608/2022 19.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhər Səbail rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məkəmə iclasında Şəxs nümayəndəsi X2 bildirmişdir ki, cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyillər. Çünki Şəxs ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli 20-AİS-020 saylı icrarə müqaviləsinə əsasən cəmiyyətin mülkiyyətində olan “Mitsubishi L200” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nə icarəyə verilmişdir. Həmin müqavilə hazırkı vaxtadək qüvvədədir və həmin müqavilə ilə sürücülərin törətdiyi yol hərəkəti qaydaları ilə bağlı lazımi orqanlara məlumat vermək səlaiyyəti "xxxx" MMC-nin öhdəsinə verilmişdir. Bununla yanaşı cəmiyyətə daxil olmuş Bakı şəhər Səbail rayon Polis İdarəsinin DYPŞ-nin sorğusuna xx.xx.2022-ci il tarixdə rəsmi qaydada cavab verilmiş və səlahiyyətli orqan tərəfindən həmin sorğunun cavabı xx.xx.2022-ci il tarixdə alınmışdır. Ona görə də, məhkəmədən cəmiyyətin əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxsnə mülkiyyətində olan “Mitsubishi L200” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinin xahiş olunmasına dair Bakı şəhər Səbail RPİ-nin DYPŞ tərəfindən xx.xx.2022-ci il tarixdə sorğu verilmiş və həmin sorğu cəmiyyətin nümayəndəsi tərəfindən imzalanaraq qəbul edilmişdir. Lakin Şəxs ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli 20-AİS-020 saylı icrarə müqaviləsinə əsasən cəmiyyətin mülkiyyətində olan “Mitsubishi L200” markalı **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nə icarəyə verilmişdir. Həmin müqavilə hazırkı vaxtadək qüvvədədir və həmin müqavilə ilə sürücülərin törətdiyi yol hərəkəti qaydaları ilə bağlı lazımi orqanlara məlumat vermək səlaiyyəti "xxxx" MMC-nin öhdəsinə verilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Şəxs tərəfindən qeyd olunan müqavilə və sürücü barədə məlumatlar Bakı şəhər Səbail rayon Polis İdarəsinin DYPŞ-nə 5 gün ərzində rəsmi qaydada verilmiş və hazırda baxılan inzibati xəta haqqında protokol tərtib edilmədən Bakı şəhər Səbail rayon Polis İdarəsinin DYPŞ-nin sürücü barədə məlumatı olmuşdur. İXM-in 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 347-ci maddəsi ilə olan inzibati xətanı yalnız səlahiyyətli orqanın sorğusunun daxil olduğu, yəni alındığı vaxtdan 5 gün müddətində vəzifəli şəxs tərəfindən sorğu verənə göndərilməməsinə görə nəzərdə tutmuşdur. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Səbail rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs mülkiyyətində olan “Mitsubishi L200” markalı **-AV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinə dair cəmiyyətə sorğu verilmiş və həmin sorğu cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhər Səbail rayon Polis İdarəsinin DYPŞ-nə qeyd olunan sorğuya cavab verilmişdir. Qeyd olunanlardan göründüyü kimi, Şəxs tərəfindən Bakı şəhər Səbail rayon Polis İdarəsinin DYPŞ-nin sorğusuna qanunvericiliklə nəzərdə tutulmuş müddətdə, yəni İXM-in 347-ci maddəsində göstərilən 5 gün müddətində cavab verilmişdir. Bu isə cəmiyyətin əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətlərinin olmasını istisna edir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Səbail rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar