Məhkəmə qərarları › İş №3(001)-2614/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2614/2021

13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2614/2021 13.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan,xxxxxxx fərdi idetifikasiya nömrəsinə malik olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən Şəxs qızının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X4 izahat verərək bildirmişdir ki, Bakı Apellasıya Məhkəməsinin 2(103)-14417/2019 saylı, 09.12.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs qızından 18 000 manat məbləğində pul vəsaitinin, 30 manat dövlət rüsumunun tutularaq X2 xeyrinə ödənilməsi müüəyyən edilmişdir. Binəqədi rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli qərardadı ilə Bakı Apellasıya Məhkəməsinin 2(103)-14417/2019 saylı, 09.12.2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra olunması, Şəxs ödənilməmiş 18 000 manat puldan qərardad qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay 250 manat pul tutularaq, X2 xeyrinə ödənilməsi qərara alınmışdır. Şəxs hissə-hissə müəyyən olunan borcdan hazırkı günə qədər 1 250 manat ödəmişdir. Şəxs maddi imkanı yol vermədiyi üçün ödənişləri həyata keçirə bilmədiyini izahatlarda bildirmişdir. İş üzrə tələbkar isə borc məbləğinin geri qaytarılması ilə bağlı müxtəlif orqanlara müraciət etmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Apellasıya Məhkəməsinin 2(103)-14417/2019 saylı 09.12.2019-cu il tarixli icra vərəqəsinə əsasən X3 18030 manat borcu olmuşdur. Binəqədi rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli qərardadı ilə həmin borcun hissəhissə icra olunması, yəni 18 000 manat puldan qərardad qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay 250 manat pul tutularaq, X2 xeyrinə ödənilməsi qərara alınmışdır.Tələbkara hər ay müəyyən ödənişlər etməklə, cəmi 1 250 manat ödəniş etmişdir. Hər ay 250 manatdan az miqdarda ödəniş etməsinin səbəbi imkanının olmaması, bir neçə ay korona xəstəliyinə tutulması, eyni zamanda pandemiya şəraiti ilə əlaqədar olmuşdur. Ona görə də, məhkəmədən himayəsində 17 yaşlı övladının olmasının nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil qızı bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı ödənişlərdən qəsdən yayınmaq niyyətində deyil, hər ay ödənişlər etmişdir. Pandemiya şəraiti ilə əlaqədar olaraq ödənişlərdə zəiflik olmuşdur. Ona görə də, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: Bakı Apellasıya Məhkəməsinin 2-(103)-14417/2019 saylı 09.12.2019-cu il tarixli icra vərəqəsinə əsasən, Şəxs qızından 18 000 manat məbləğində pul vəsaitinin, 30 manat dövlət rüsumunun tutularaq X2 xeyrinə ödənilməsi müüəyyən edilmişdir. Binəqədi rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli qərardadı ilə Bakı Apellasıya Məhkəməsinin 2(103)-14417/2019 saylı, 09.12.2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra olunması, Şəxs ödənilməmiş 18 000 manat puldan qərardad qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay 250 manat pul tutularaq, X2 xeyrinə ödənilməsi qərara alınmışdır. 16.03.2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən borclu Şəxs qızı barəsində iş üzrə icraata başlanmışdır. 16.03.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 (on) gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. 13.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Apellasıya Məhkəməsinin 2(103)14417/2019 saylı 09.12.2019-cu il tarixli icra vərəqəsini icra etmədiyinə görə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, Şəxs 14.10.2020, 24.11.2020-ci il tarixlərdə 250 manat, 29.12.2020-ci il tarixdə 200 manat, 05.02.2021-ci il tarixdə 50 manat, 09.03.2021ci il tarixdə 80 manat, 01.03.2021-ci il tarixdə 120 manat, 05.04.2021-ci tarixdə 50 manat, 19.04.2021-ci il tarixdə 50 manat, 03.05.2021-ci il tarixdə 100 manat, 16.06.2021-ci il tarxidə 100 manat ödənişlər etmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatların və müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də onun təqsirinin dərəcəsini nəzərə alır. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, 16.03.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmasına, icra məmuru tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq Şəxs hissə-hissə ödəməli olduğu məbləğdən yalnız 1 250 manat ödəniş etməsini, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Müdafiəçi Vəkil təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 3 (üç) saat vaxt sərf etmişdir. İXM-in 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 3 (üç) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs qızına göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 66, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs qızına göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar