Məhkəmə qərarları › İş №3(001)-2616/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2616/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2616/2024 01.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasının “X6 СО LTD” şirkətindən 04 mart 2024-cü il tarixdə saat 10:26-12:15 aralığında Dəniz Nəqliyyatı və X4 Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə 42144519, 42162289, 42156216, 42140715, 42198911, 42140541,42187203, 42153122, 42147223, 42200972, 42197145, 42155275, 42191809, 42153445, 42184960, 42183822, 42138834, 42136671, 42224477, 42225714, 42137521, ********. 42143941, 42200584, 42193250, 42193318, ********. 42144378, 42223594, 42139931, 42213942, 42153411, 42146027, 42188136, 42141341, 42131045, 42176636, 42145334, 42208710 nömrəli vaqonlarda daxil olmuş malların **********0797 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük İdarəsində bəyan edildiyi, lakin sözügedən yüklərə dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsində **********0797 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 42144519, 42162289, 42156216, 42140715, ********. 42140541, 42187203, 42153122, 42147223, 42200972, 42197145 42155275, 42191809, 42153445, 42184960, 42183822, 42138834, 42136671, 42224477, 42225714, 42137521, 42189472, 42143941, 42200584, 42193250, 42193318, 42178962, 42144378, 42223594, 42139931, 42213942, 42153411, 42146027, 42188136, 42141341, 42131045, 42176636, 42145334, 42208710 nömrəli vaqonlarda 04 mart 2024-cü il tarixdə saat 10:26-12:15 aralığında Dəniz Nəqliyyatı və X4 Gömrük idarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmiş, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni 04 mart 2024-cü il tarixdə saat 12:13-də gömrük orqanına **********5093 sorğu nömrəli, 04 mart 2024- cü il tarixdə saat 13:01-də gömrük orqanına **********5148 sorqu nömrəli qısa idxal bəyannamələri verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-yə və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildirişlər tərəflərə çatdırılmışdır. Buna baxmayaraq, proses iştirakçıları məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Azerbaijan Coca-Cola Bottlers” MMCnin (VÖEN: **********) ünvanına 42144519/42162289/42156216/42140715/ 42198911 / 42140541 / 42187203 / 42153122 /42147223 / 42200972 / 42197145/ 42155275 /42191809/ 42153445 / 42184,960 /42183822 / 42138834 / 42136671/ 42224477 / 42225714 / 42137521 / 42189472 /42143941 / 42200584 / 42193250/ 42193318 / 42178962 / 42144378 / 42223594 /42139931 / 42213942 /42153411/ 42146027/42188136/42141341 /42131045 /42176636/42145334/42208710 nömrəli dəmiryolu nəqliyyat vasitəsi ilə gələn yük **********0797 saylı GB ilə bəyan edilmişdir. Lakin İdxalatçı tərəfindən 40-cı qrafa qısa idxal bəyannaməsi təqdim olunmayıb. xx.xx.2024-cü il tarixli Gömrük Xidmətinin “X1 Sistemi informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsində **********0797 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 42144519, 42162289, 42156216, 42140715, ********. 42140541, 42187203, 42153122, 42147223, 42200972, 42197145 42155275, 42191809, 42153445, 42184960, 42183822, 42138834, 42136671, 42224477, 42225714, 42137521, 42189472, 42143941, 42200584, 42193250, 42193318, 42178962, 42144378, 42223594, 42139931, 42213942, 42153411, 42146027, 42188136, 42141341, 42131045, 42176636, 42145334, 42208710 nömrəli vaqonlarda 04 mart 2024cü il tarixdə saat 10:26-12:15 aralığında Dəniz Nəqliyyatı və X4 Gömrük idarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmiş, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildikdən sonra, yəni 04 mart 2024-cü il tarixdə saat 12:13-də gömrük orqanına **********5093 sorqu nömrəli, 04 mart 2024- cü il tarixdə saat 13:01-də gömrük orqanına **********5148 sorqu nömrəli qısa idxal bəyannamələri verilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxsin nümayəndəsi X3 izahatında bildirmişdir ki, nümayəndəsi olduğu Şəxs MMC-nin sərinləşdirici içkilərin istehsalını həyata keçirir, şirkət tərəfindən müxtəlif ölkələrdən içkilərin istehsalı üçün komponentlər və onların qablaşdırılmasının istehsalında istifadə edilən xammal idxal edilir, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 39 vaqonda göndərilmiş ümumi çəkisi ******* kq polietilentereftalat yükü 70 konteynerə yüklənərək Qazaxıstana göndərilmiş, Qazaxıstanın Aktau limanında həmin vaqonlar üzərində olan konteynerlərlə birlikdə “Sunkar” adlı qəmiyə yüklənərək Azərbaycan Respublikasına yola salınmış, həmin mallar Şəxs MMC və Çin Xalq Respublikasının “X6 СО LTD’’ şirkəti arasında bağlanmış 015/2024 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə əsasında sifariş edilmiş, idxalı həyata keçirilmiş, idxal edilmiş mallara dair WK231516-1 nömrəli və WK231516-2 nömrəli xx.xx.2024-cü il tarixli invoys sənədləri tərtib edilmiş, həmin mallar sözügedən invovs sənədləri əsasında Bakı Bas Gömrük İdarəsində **********0797 sorğu nömrəli xx.xx.2024-eü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, rəsmiləşdirilməsi həyata keçirilmiş, idxal edilmiş mallara dair qısa idxal bəyannamələrinin yazılmalı olduğu gün “Azerbaijan Coca-Cola Bottler”" MMC-və xidmət göstərən “X2 Limited” şirkətinin əməkdaşı Oqtay Lütfəliyevin səhhətində problem yaranmış, həmin şəxsin səhhətində yaranmış problem qısa idxal bəyannamələrinin gec yazılmasına səbəb olmuşdur, həmin halı üzrlü hal kimi nəzərə alınmasını gömrük orqanından xahiş etmişdir, idxal edilmiş vahid mal partiyasına dair **********5093 sorğu nömrəli və **********5148 sorğu nömrəli qısa idxal bəyannamələri mallar ölkə ərazində daxil olduqdan sonra yazılmış və gömrük orqanına göndərilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan iş materiallarından, eləcə də Gömrük Xidmətinin X1 sisteminin portal çıxarışından, elektron çıxarışlardan müəyyən edilmişdir ki, Şəxs ünvanına gətirilən yüklə gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi tərtib edilərək elektron formada verilməmişdir. Bununla yanaşı, qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir və bu proses malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs tərəfindən qısa idxal bəyannaməsinin qanunvericilikdə müəyyən edilmiş qaydada verilməməsi iş materialları ilə öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, Şəxs İXMin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 485.2-ci maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar