Məhkəmə qərarları › İş №3(001)-2625/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2625/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2625/2021 25.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 30.10.2020-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin iclasında açıq məhkəmə iclasında nəzərdə keçirərək MÜƏYYƏN ETDİM: X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş MN ******* saylı, 30.10.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə tərtib edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, fiziki şəxs kimi 23.12.2015-ci ildən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur.Bakı şəhəri Vergilər Departamentində (VÖEN №-si **********) vergi ödəyicisi kimi uçota alınmışdır. Binəqədi rayonu Xocasən qəsəbəsində “Daş kəsimi” sexində istehsalla məşğuldur. 09.10.2020-ci il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları sexə gələrək istehsaldan sonra çirkli suların hara axıdılması ilə maraqlandılar. İstehsaldan sonra çirkli suların özü tərəfindən qazdırılmış “şambo” deyilən yerə axıldığını , “şambo” dolduqdan sonra çöküntü isə xüsusi texnika vasitəsi ilə yığılaraq xüsusi ayrılmış yerlərə daşınmasını bildirmişdir.Sexə ümumi baxışdan sonra əməkdaş razılığını bildirsə də protokol tərtib etmişdir.O etirazını bildirsə də o, narahat olmamağı, rəhbərliyə protokolu təqdim etmək üçün yazırıq deyə bildirmişdir.Beləliklə, 7 ay sonra Xətai rayon icra şöbəsindən 18 may 2021-ci il tarixdə ona zəng edərək 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30.10.2020-ci il tarixli inzibati tənbeh qərarı ilə 3500 (üç min beş yüz) manat cərimə olunması və 2 100 manat dəbbə pulu ödəməsini tələb etdilər.O, icra məmuruna qərarı rəsmi qaydada almadığını bildirərək, 18.05.2021 -ci il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ərizə verərək onun barəsində olan 30.10.2020-ci il tarixli, MN ******* saylı qərarın surətinin rəsmi qaydada verilməsini xahiş etmişdir.Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində tənbeh tətbiq edilərkən işin faktiki halları yəni axıdılan suların məhz “Şambo”ya axıdılması, onun əməlində birbaşa olaraq gölün çirklənməsinə gətirib çıxaran faktın mövcud olmaması nəzərə alınmamışdır.Odur ki, sözügedən qərarı qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 inzibati tənbeh etmə haqqında MN ******* saylı, 30 oktyabr 2020-ci il tarixli qərarına əsasən o X4 Azərbaycan Respublikasının 264.0.1 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirləndirilərək 3 500 (üç min beş yüz) məbləğində cərimə tətbiq edilmişdir. İnzibati tənbeh vermə haqqında sözügedən qanunsuz qərarda qeyd edilir ki, guya o Binəqədi rayonu, Xocasən gölünün çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə inzibati xəta törətmiş və buna görə məsuliyyət daşıyır.Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş MN ******* saylı qərar qanun pozuntusu ilə qəbul edilmişdir. Bu baxımdan ləğv edilməlidir. X2 yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında 30.10.2020-ci il tarixli, MN ******* nömrəli qərarını ləğv edilməsini və onun barəsində AR İXM-nin 264.0.1 və 266.2-ci maddələri ilə təqsirli bilinib 3 500 manat cərimə ilə bağlı iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* saylı, 30 oktyabr 2020-ci il tarixli qərarını ləğv edib iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirəsalınması haqqında vəsatət verməmişdir.Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçinin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, şikayətçi məhkəmə iclasında şikayətində göstərdiyi dəlillərini təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda şikayət təmin edilməməlidir.Belə ki, iş materiallarına əlavə olunmuş MN ******* saylı, 30.10.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Binəqədi rayonu, Xocasən gölünün kənarındakı daş sexində çirkab suların daşınması ilə əlaqədar müqavilənin olmaması, şambolardan istifadə edilərək tullantıların emal yerləri müəyyənləşdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir.Belə ki, iş materiallarına əlavə olunmuş MN ******* saylı,30.10.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Binəqədi rayonu, Xocasən gölünün kənarındakı daş sexində çirkab suların daşınması ilə əlaqədar müqavilənin olmaması, şambolardan istifadə edilərək tullantıların emal yerləri müəyyənləşdirilməmişdir, nəticədə çirkab suların gölə təmizlənmədən axıdılması müəyyən olunmuşdur.Həmçinin, şikayətçi məhkəmə iclasında şikayətində göstərdiyi dəlillərini təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim etməmiş və onun inzibati məsuliyyətə əsassız cəlb edilməsini sübut edə bilməmişdir.Onun şikayətini heç bir hüquqi əsasları yoxdur.Buna görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş MN ******* saylı, 30 oktyabr 2020-ci il tarixli qərarından X3 verdiyi şikayəti rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128 və 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 30 oktyabr 2020-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayət rədd edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar