Məhkəmə qərarları › İş №3(001)-2626/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2626/2020

01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2626/2020 01.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlu, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, X1 iştirakı ilə, X8 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Dövlət X15 polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X15 polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X12 şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində Afiyəddin Cəlilov ilə İzzət Orucova küçələrinin kəsişməsində polis kapitanı X5 ona protokol yazmışdır. Protokol ilə razılaşmadığına görə xx.xx.2020-ci ildə işin araşdırılması üçün BDYP İdarəsinə çağırılmışdır. Videogörüntüyə baxdıqdan sonra polis kapitanı X6 tərəfindən onun əleyhinə qərar çıxarıldı. Qərardan xx.xx.2020-ci ildə Binəqədi Rayon Məhkəməsinə şikayət etmişdir. Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda qarşı tərəf məhkəmə zalına gəlməmiş və bununla bağlı sübutları məhkəməyə göndərməmişdir. İkinci iclasda avtomobilində quraşdırılan videogörüntüyə sübut kimi baxılmış şikayəti qismən təmin olunmuşdur. Məhkəmə X4 tənbeh vermə haqda qərarını ləğv edərək işə yenidən baxılması üçün BDYP İdarəsinə göndərilməsini qərara almışdır. 3(001)-1141/2020 nömrəli xx.xx.2020-ci il tarixli məhkəmə qərarının üzərindən 3 ay keçdikdən sonra cərimə və dəbbə pulu ləğv olunmuşdur. Lakin onun iştrakı olmadan və ona xəbərdarlıq göndərmədən həmin iş üzrə təkrar əleyhinə tənbeh vermə haqqında yeni qərar çıxarılmışdır. Halbu ki, işə onun iştrakı ilə baxılmalı, çıxarılan qərar isə əvvəlcə ona İXMsinin 5-ci maddəsində nəzərdə tutulmuş sifarişli poçt ilə göndərilməli idi. İXM-sinin 38.6-cı bəndində Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Foto və video kabinetində olmadığı halda təkrar tənbeh də almışdır. Bu halın özü İXM-sinin 53.0.11-ci bəndində göstərildiyi kimi icraatı rədd edən hallar olaraq artıq kifayət edir ki, işə xitam verilsin. İXM-sinin 61.1.8-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin nəzarəti altındadırsa, hadisənin görüntüləri ona təqdim edilməli olduğu halda yeni qərarı çıxaran polis leytenantı X7 görüntüləri ona təqdim etməmişdir. Maraqlısı da odur ki, ondan xəbərsiz işin araşdırılması zamanı qərarı çıxaran polis əməkdaşı videogörüntüyə şəxsən özünün baxmadığını etiraf etmişdir. Qərarın poçtla gəlmədən sistemdə qərarlı necə olması sualını isə cavabsız qoymuşdur. Əvvəl qismən təmin olunmaqla qərarın BDYPİ tərəfindən düzgün icra edilməməsinə görə sübutlara əsaslanaraq ərizənin tam təmin edilməsini, heç bir əsası olmadan tərtib edilmiş İXP №3180593 saylı xx.xx.2020-ci il tarixli protokolun və yeni tərtib edilmiş TP №3906199 saylı xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini, ödəniş sisteminə vaxtından əvvəl yerləşdirilmiş cərimə məbləğini və tərtib olunumuş balın silinməsini cavabdeh olan DİN Baş Dövlət X15 üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhər Dövlət X17 inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər Dövlət X15 nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Bakı şəhər Dövlət X15 nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X12 şikayətini müdafiə edərək bildirmişdir ki, barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə onun heç bir günahı yoxdur və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar əsassızdır. Göstərilənləri nəzərə alaraq barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət X15 baş inspektoru polis kapitanı X5 tərəfindən xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X12 tərəfindən Azərbaycan respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X15 polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X12 Azərbaycan respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında X8 izahatından müəyyən edilmişdir ki, Afiyəddin Cəlilov ilə İzzət Orucova küçələrinin kəsişməsinin yaxınlığındakı şəhər kameraları vasitəsilə qeydə alınmış videoyazıya polis tərəfindən baxış keçirilsəydi onun təqsirsizliyi sübuta yetirilərdi. Lakin buna baxmayaraq Bakı şəhər Dövlət X15 polis leytenantı X7 tərəfindən mövcud hallar düzgün araşdırılmadan X12 inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə, göstərilən xüsusatla bağlı qeyd edir ki, şikayət verən şəxs X12 tərəfindən izahatında göstərdiyi görüntünün mövcudluğu onun əməlində həqiqətən inzibati xəta tərkibinin olub-olmaması məsələsinin müəyyən edilməsində əsas amildir. Bununla bağlı Bakı şəhər Dövlət Yol Polis X3 barəsində olan iş üzrə mövcud sübutların göndərilməsi ilə bağlı sorğu verilsə də, məhkəmədə nə nümayəndənin iştirakı təmin edilə bilmiş, nə də mövcud sübutlar məhkəməyə göndərilməmişdir. Bu səbəbdən də, həmin sübutların məhkəmədə təhlil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 122.4cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Sadalanan qanunvericiliyin tələblərinə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X10 lazımi qaydada çağırmamış, onun iştirakı ilə araşdırma aparılmamış, o cümlədən hadisənin görüntülərini əldə edib tədqiq etməmiş, və bir sözlə səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X12 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X12 inzibati tənbeh olunmasına dair Bakı şəhər Dövlət X15 polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və X1 iştirakı təmin olunmaqla, işin bütün faktiki halları araşdırılmaqla, videogörüntüyə baxış keçirilməklə yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və İXM-in 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X15 polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş X1 iştirakı ilə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X17 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar