Məhkəmə qərarları › İş №3(001)-2626/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2626/2021

27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2626/2021 27.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının, sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 barəsində tərtib edilmiş 07.07.2021-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət ilə müraciət edərək barəsində tərtib edilmiş 07.07.2021-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəməyə X2 ərizə ilə müraciət edərək, şikayətə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 ərizəsi təmin edilməli, X1 barəsində tərtib olunan EPQ 1077204, 07.07.2021-ci il tarixli saylı inzibati xəta haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 109 və 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: X1 ərizəsi təmin edilsin. X1 barəsində tərtib olunan 07.07.2021-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar