Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2647/2025 15.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci PBnin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3351911Şəxs və onun vəkili 34 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3351911Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3351911Şəxs 08 aprel 2025-ci il tarixdə, saat 21:30 radələrində Binəqədi RPİ-in inzibati binasının qarşısına gələrək yüksək səslə səs-küy salaraq təhqiramiz ifadələr işlədib xırda xuliqanlıq etmiş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3351911Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi, polis mayoru X2 tərəfindən 09 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək protokolun məzmununa uyğun çıxış etmişdir. Əlavə olaraq isə bildirmişdir ki, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3351911Şəxs 08 aprel 2025-ci il tarixdə, saat 21:30 radələrində Binəqədi RPİ-in inzibati binasının qarşısında yüksək səslə qışqırıb, polis əməkdaşlarının ünvanına təhqiramiz söyüşlər işlədib, onlara hədə-qorxu gəlmişdir. Polis əməkdaşları Şəxs ictimai qaydanı pozmamasını, sakitliyə riayət etməsini təklif etsələr də, o, polisin qanuni tələblərinə qəsdən məhəl qoymamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3351911Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, ona məlumat vermişlər ki, yaxın qohumu Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Bu səbəbdən o, Binəqədi rayon Polis İdarəsinə getmişdir. Orada polis əməkdaşlarına qohumunun nə üçün tutulduğunu, nə vaxt buraxılacağını və sair kimi suallar versə də, onun sualları cavabsız qalmışdır. Belə olan təqdirdə də o, təkid etmişdir ki, onu idarə rəisinin qəbuluna salsınlar və problemini rəisə desin. Polis əməkdaşları da ona idarənin həyətində gözləməyini bildirmişlər. Bir neçə saat idarənin həyətində gözləsə də, polis əməkdaşları ona məlumat verməmişlər. Ona görə də o, DİN-in “102” xidmətinə zəng edərək, şikayət etmişdir. Bu şikayətindən sonra 5-ci polis bölməsinin əməkdaşları ona yaxınlaşmış, ərizə yazdırmaq adı ilə onu bölməyə aparmışlar. Daha sonra da inzibati qaydada tutmuşlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili 34 saylı vəkil bürosunun vəkili Vəkil https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3351911Şəxs izahatını müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, xanım DİN-in 102 xidmətinə zəng vurub şikayət etdiyinə görə qərəzli şəkildə tutulmuşdur. Raportda xanımın polis əməkdaşlarına “paqonlarınızı sökəcəm” dediyi qeyd edilsə də, məhkəmə iclasında polis əməkdaşı xanımın özünü prezidentin kortecinin altına atacağını dediyini bildirmişlər. Göründüyü kimi ziddiyyətli məqamlar vardır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Binəqədi Rayon Polis İdarəsinin Kibercinayətkarlıqla mübarizə qrupunun əməliyyat müvəkkili X6 ifadəsində göstərmişdir ki, idarədə https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3351911Şəxs qohumu barəsində dələduzluq faktı əsasında iş araşdırılır. Bununla bağlı xanım idarəyə gəlib onu axtarmış, o, çıxanda isə xanım qışqıraraq “25 manata görə adam tutarlar” deyib yüksək səslə polisləri təhqir etmişdir. Sakitliyə riayət etməsi bildirilsə də, xanım bu tələbə əməl etməmiş onlara qarşı təhqiredici sözlərdən istifadə edərək səs küy salmağa davam etmişdir. Daha sonra isə “özümü kortecin altına atacam, başınıza oyun açacam və sair” kimi ifadələr işlədərək, xırda xuliqanlıq etmiş, onların işlərinə qəsdən mane olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Binəqədi Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyü polis nəfəri X3 ifadəsində göstərmişdir ki, Vəliyeva X5 Rayon Polis İdarəsinin qarşısında qışqıraraq rəisin qəbuluna girmək istədiyini bildirmiş, həmin gün rəisin qəbul günü olmadığı bildirilərkən isə polis əməkdaşlarının ünvanına təhqiredici ifadələrdən istifadə edərək, polislərin işlərinə mane olmuşdur. Dəfələrlə xanıma ictimai qaydaya riayət etməsi bildirilsə də, xanım buna məhəl qoymamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün polis nəfərləri F.Paşayev, B.Hüseynzadə və B.Şirinov tərəfindən tərtib edilmiş 08 aprel 2025-ci il tarixli raportdan görünür ki, 08 aprel 2025-ci il tarixdə SPA-1-də xidmətdə olarkən 1 nəfər qadın (Şəxs) SPA-1-ə yaxınlaşaraq idarə əməkdaşları tərəfindən yaxın qohumlarının saxlanılması, onların dərhal azad olunmasını tələb edib onlara hədə-qorxu gəlib “sizin paqonlarınızı sökdürəcəm” deyərək, iş rejimini pozub onlara təhqiramiz ifadələr işlədərək xidmətlərinə maneələr törətməyə çalışmışdır. Onlarda öz növbəsində dərhal NH-ə məlumat vermişlər. Daha sonra aidiyyəti üzrə 5-ci PB əməkdaşları yaxınlaşaraq həmin şəxsi sakitləşdirib daha sonra 5-ci PB-yə dəvət etmişlər. Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin M/N, polis mayoru Anar Sadıqov tərəfindən tərtib edilmiş 08 aprel 2025-ci il tarixli raportdan görünür ki, Şəxs bacısının qaynı oğlu X7 RPİ-yə aparılaraq buraxılmaması səbəbi ilə özünü ölkə prezidentinin kortecinin qarşısına atacağını bildirmişdir. Şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində verdiyi izahatdan görünür ki, o, polis idarəsində səs-küy salmadığını, DİN-in 102 xidmətinə zəng vurub Abbasov İlqarın işinə qanuni baxılmasa özünü prezidentin maşının önünə ataraq sözünü (səsini) çatdıracağını bildirmişdir. 08 aprel 2025-ci il tarixli, AZA 022370 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:40-da inzibati qaydada tutulmuşdur. “X11” MMC və “X12” MMC tərəfindən verilmiş arayışlardan görünür ki, Şəxs şəkərli diabet, İİ dərəcəli hipertoniya xəstəliyindən əziyyət çəkir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 3-cü maddəsinin ikinci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3351911Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Şəxs DİN-in “102” xidmətinə müraciət edərək, qohumunun buraxılmadığı təqdirdə özünü ölkə başçısının kortecinin altına atacağını bildirmişdir ki, bu da onun hadisə zamanı həqiqətən də emosional gərgin vəziyyətdə olduğunu göstərir. Üstəlik polis əməkdaşları tərəfindən tərtib edilmiş raportlarda və şahid ifadələrində göstərilən xüsusatlar da üst-üstə düşdüyündən, Şəxs təqsiri sübuta tam sübuta yetirilir. Şəxs məhkəmədə verdiyi izahatında təqsirini inkar etməsi, sadəcə müdafiə mövqeyindən irəli gələn, prosessual taktika sayıla bilər və reallıqla uzlaşmır. Hadisənin ümumi gedişi, şahid ifadələri və özünün qeyd etdiyi təfərrüatlar birgə qiymətləndirildikdə, onun ictimai asayişi pozduğu, polis əməkdaşlarını təhqir etdiyi və qanuni tələblərə əməl etmədiyi inandırıcı və sübutlarla təsdiqlənmiş hesab olunmalıdır. Həmçinin qeyd olunur ki, vəkil tərtib edilmiş raportla polis əməkdaşının ifadəsində ziddiyyət olduğunu bildirsə də, iş materiallarında olan raportlarda Şəxs işlətdiyi ifadələrin hər biri ayrı-ayrılıqda öz əksini tapmışdır. Bu da polis əməkdaşının izahatının doğruluğunu sübut edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3351911Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3351911Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3351911Şəxs ilk dəfə bu xarakterli inzibati xəta törətməsini, qadın olmasını, ağır xəstəlikdən əziyyət çəkməsini məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3351911Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3351911Şəxs məsuliyyətini yüngülləşdirən halları və İXM-in 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ona inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmayan həddə cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 88.1-ci maddəsinə görə fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması inzibati qaydada tutma hesab olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3351911Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 150 (yüz əlli) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2647/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2647/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver