Məhkəmə qərarları › İş №3(001)-2648/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2648/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2648/2023 19.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X17 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X18 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, X8 Xidmətinin (DƏMX) Bakı şəhər İdarəsinin rəis müavini X9 tərəfindən 06 iyun 2023-cü il tarixində MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən, “EMSA Bakı“ MMC-nin direktoru X1 Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1100 (min bir yüz) manat inzibati cərimə növündə inzibati tənbeh edilmişdir. İnzibati tənbehin tətbiq olunmasına əsas kimi həmin qərarda qeyd edilir ki, vətəndaş Sənan Əlizadənin əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilməsinə baxmayaraq təqdim olunan sənədlərdən müəssisənin rəhbərliyi tərəfindən vətəndaşa teleqram ünvanlanaraq xx.xx.2023-cü il tarixindən işə gəlmədiyi bildirilmiş bank hesabından çıxarışda da vətəndaşa yanvar-fevral ayları üzrə əməkhaqqının və son-haqqhesabın ödənilmədiyi məlum olmuşdur. Əmək Müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq ona düşən bütün ödənclər tam məbləğdə çıxdığı gün ödənilməmişdir. “Emsa Bakı" MMCnin əvvəllər işçisi olmuş Sənan Əlizadənin şirkətdəki son iş günü Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişindən göründüyü kimi 22 fevral 2023-cü il olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli, Əmək müqaviləsinə xitam verilməsi barədə XƏ 032/23 nömrəli Əmrə əsasən, Sənan Əlizadə ilə Şirkət arasında olan əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Sənan Əlizadənin işdən çıxdığı gün əmək haqqı və son haqq hesabının ödənilməməsi onun tərəfindən şirkətə vurulmuş maddi ziyanın həmin məbləğlərdən tutulması ilə əlaqədar olmuşdur. Belə ki, Sənan Əlizadənin əsas vəzifəsi “Gənclik Mall”-da yerləşən mağazada müştəri sifariş verdikdən sonra məhsulun mağazada varlığın təsdiq edərək məhsulun müştəriyə çatdırılmasını təmin etmək, qeyd edilən satış prosedurunu şirkətdaxili proqrama işləmək və nəticə olaraq müştəridən alınmış pul vəsaitlərini kassaya təqdim etməkdən ibarət olmuşdur. “Gənclik Mail” mağazasında mövcud olan və müştərilərə satılan malların sayında uyğunluğu müəyyən etmək üçün, xx.xx.2022-ci il tarixində Şirkət tərəfindən müqavilə əsasında mütəxəssis cəlb olunmuş və sayım hesabatı hazırlanmışdır. Daha sonra, xx.xx.2022-ci il tarixində şirkətin daxili audit və mühasibatlıq bölməsi uyğunsuzluqları nəzərə alaraq yenidən sayım aparmış və mağazadakı malların sayı və ümumi dəyəri baxımından kənar mütəxəssisin hesabatındakı rəqəmlərlə demək olar ki, eyni nəticələr əldə olunmuşdur. Hər iki sayım hesabatının nəticələri əsasında şirkətin marketinq mütəxəssisı sayılan Sənan Əlizadənin işində ciddi çatışmazlıqların olduğu ortaya çıxmış, buna görə də, şirkət rəhbərliyi tərəfindən xx.xx.2023-cü il tarixli, 01-23 nömrəli əmrlə marketinq mütəxəssisi Sənan Əlizadənin şirkətə vurduğu maddi ziyanla bağlı təftiş komissiyası yaradılmış və komissiya üzvlərinə Sənan Əlizadənin əmək fəaliyyəti dövrünün təftiş edilərək nəticəsi barədə akt tərtib olunması tapşırılmışdır. Əmrə əsasən, komissiya üzvləri tərəfindən müvafiq qaydada araşdırma aparılaraq, 06 fevral 2023-cü il tarixində X3 yol verdiyi pozuntularla barədə akt tərtib edilmiş, həmin aktla X3 əmək funksiyalarını yerinə yetirdiyi dövrdə şirkətə xeyli miqdarda maddi ziyan vurduğu aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli, 02/23 nömrəli Əmrlə şirkət rəhbərliyi tərəfindən işçi ilə bağlanmış Tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərinə uyğun olaraq, Əlizadə Sənan tərəfindən şirkətə vurulmuş maddi ziyanın sadəcə bir qisminin, 451,50 AZN məbləğində hissəsinin onun 2023-cü il yanvar ayı üzrə əmək haqqından, 713,90 AZN məbləğində hissəsinin isə 2023-cü il fevral ayı üzrə əmək haqqı və son haqq-hesabından tutulması qərara alınmışdır. Qeyd edilən faktların hər biri, işçi X3 vəzifələrini yerinə yetirməkdə yol verdiyi qüsurlar nəticəsində şirkətə maddi ziyan vurması, həmin maddi ziyanın həcmi, Əlizadə Sənanın vəzifələrini yerinə yetirərkən yol verdiyi qüsurların nədən ibarət olması Azərbaycan Respublikasının Auditorlar palatası tərəfindən verilmiş icazə əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən şirkətlə müqaviləsi əsasında hazırlanmış, xx.xx.2023-cü il tarixli “X6” ilə bütün dəqiqliyi ilə təsdiq olunmuşdur. Şirkətin işçisi tərəfindən ona vurulmuş maddi ziyanla əlaqədar tutulmaların onun əmək haqqına və son haqq-hesabına yönəldilmiş olmasını tamamilə Azərbaycan Respublikasının qüvvədə olan Əmək qanunvericiliyinin müddəalarına uyğun hesab edir, buna görə də, işdən çıxdığı gün işçiyə bütün ödənişlərin edilməməsinə əsaslanaraq DƏMX tərəfindən Şirkətə inzibati tənbeh tətbiq olunması barədə qəbul olunmuş qərarı tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, işçi Əlizadə Sənan ilə şirkət arasında xx.xx.2021-ci il tarixində işçinin əmək müqaviləsinə əlavə formasında “Tam maddi məsuliyyət haqqında müqavilə” bağlanmışdır. Həmin müqavilənin 3-cü maddəsinə əsasən, məsul şəxsin təqsiri üzündən şirkətə dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir. Müqavilədə istinad edilən “mövcud qanunvericilik” isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən müvafiq maddələridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin işəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydasını tənzimləyən 205-ci maddəsinə əsasən, işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Heç bir hüquqi əsas olmadan, şirkətin direktorunun inzibati məsuliyyətə cəlb edilməsi onun azad sahibkarlıq hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış X18 vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, direktoru olduğu "xxxx" MMC (bundan sonra “Şirkət”) tərəfindən Binəqədi Rayon Məhkəməsində X5 qarşı şirkətə vurmuş olduğu 5837,96 (beş min səkkiz yüz otuz yeddi manat doxsan altı qəpik) manat məbləğində maddi zərərin şirkətə ödənilməsi barədə qarşılıqlı iddia qaldırılmışdır. Belə ki, Əlizadə Sənanın əmək funksiyalarını yerinə yetirdiyi dövrdə şirkətə vurmuş olduğu ümumilikdə 7003,36 (yeddi min üç manat, otuz altı qəpik) manat zərərin bir qismi ona ödəniləcək əmək haqqı və son haqq-hesabdan tutulmuş, geridə qalan məbləğin ödənilməsi tələbi ilə iddia irəli sürülmüşdür. O, məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X7 bildirmişdir ki, “Emsa Bakı" MMC-də işləmiş X10 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verildikdən sonra sonuncuya yanvar-fevral ayları üzrə əmək haqqı və son haqq-hesab ödənilməmişdir. Ona görə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X18 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1100 (bir min yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənlər nəzərə alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X18 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli 93 nömrəli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X10 arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2021-ci il tarixdən marketing mütəxəssisi vəzifəsində işləmiş X4 yol verdiyi pozuntular aşardırılmış, müəssisənin təftiş komissiyasının aparıdığı üzləşmə nəticəsində Sənan Əlizadənin MMC-yə 4185 manat ziyan vurması müəyyən edilmişdir. X4 yanvar ayı üzrə maaşından 451.50 manat tutulmuşdur. xx.xx.2023-cü il tarixli 02/23 nömrəli əmrdən görünür ki, təftiş komissiyasının rəyinə əsasən marketing üzrə mütəxəssis X4 şirkətə ümumilikdə 7003.36 manat ziyan vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə 451.50 manat yanvar ayı əmək haqqı hesabına, xx.xx.2023-cü il tarixdə 713.90 manat fevral ayı əmək haqqı və son haqq-hesab hesabına tutulmuş və şirkətə vurduğu maddi ziyanın qismən ödənilməsi nəzərə alınmışdır. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, X10 ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli XƏ 032/23 nömrəli əmrdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X18 tərəfindən X10 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmiş və işçinin xx.xx.2021-ci il tarixdən 22.022023-cü il tarixə qədər istifadə edilməmiş 31 məzuniyyət gününün son haqq hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli X6ndan görünür ki, X4 şirkətə vurduğu maddi ziyan 7003,36 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X18 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1100 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X18 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin maddənin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 205-ci maddəsinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş X10 ilə bağlanmış əmək müqaviləsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X18 tərəfindənxx.xx.2023-cü il tarixli XƏ 032/23 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmiş və işçinin xx.xx.2021-ci il tarixdən 22.022023-cü il tarixə qədər istifadə edilməmiş 31 məzuniyyət gününün son haqq hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Həmçinin aparılmış audit nəticəsində X4 şirkətə ümumilikdə 7003.36 manat ziyan vurması müəyyən edilmiş, işəgötürənin əmri ilə xx.xx.2023-cü il tarixdə 451.50 manat yanvar ayı əmək haqqı hesabına, xx.xx.2023-cü il tarixdə 713.90 manat fevral ayı əmək haqqı və son haqq-hesab hesabına tutulmuşdur. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli 93 nömrəli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X10 arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, həmçinin aparılmış audit nəticəsində X4 şirkətə ümumilikdə 7003.36 manat ziyan vurması müəyyən edilmişdir. Göründüyü kimi X10 tərəfindən şirkətə vurulmuş maddi ziyan onun orta əmək haqqından çox olmasına baxmayaraq maddi ziyanın tutulması işəgötürənin əmri ilə həyata keçirilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X18 tərəfindən X10 ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra işəgötürən tərəfindən son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü işçiyə verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X17 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X17 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar