Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2650/2025 09.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X5, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Cəlilabad rayonunun Üçtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Cəlilabad rayonunun Üçtəpə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X7 tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 09 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, 23 mart 2025-ci il tarixdə vətəndaş X3 məxsus 366 manat pul dələduzluq yolu ilə ələ keçirilərkən 165 manat pul Şəxs kart hesabına köçürülmüşdür. Məhkəmə iclasında Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X7 bildirdi ki, 23 mart 2025-ci il tarixdə vətəndaş X1 hesabından 366 manat pul ələ keçirilmiş, aparılmış əməliyyat-axtarış işi nəticəsində müəyyən edilmişdir ki, həmin pulun 165 manat hissəsi Şəxs kart hesabına köçürülmüşdür. Buna görə də, Şəxs barəsində hazırki protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 izahatında göstərdi ki, internet vasitəsilə tanış olduğu şəxs ondan işə düzəltmək adı ilə 366 manat pul istəmişdir. O, pulu həmin şəxsin ona verdiyi kart hesabına göndərmiş, lakin sonradan aldadıldığını anlamışdır. Onunla internet vasitəsilə danışan şəxs Şəxs deyil, onun əmisi oğlu Abbasov Məhəmməd olmuş, pulun köçürülməli olduğu kartın məlumatlarını da ona Məhəmməd Abbasov göndərmişdir. Şəxsla hər hansı danışığı olmamış və Şəxs ona heç bir vəd verməmişdir. Hazırdan ona dəymiş ziyan Məhəmməd Abbasov tərəfindən tam ödənilmişdir. Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Turan Şirinovanı tanımır, protokolda göstərilənlərdən məlumatsızdır. 23 mart 2025-ci il tarixdə əmisioğlu Məhəmməd Abbasov ondan kart nömrəsini istəmiş, ora pul gələcəyini və çıxarıb ona verməsini demiş, o da gələn 165 manat pulu çıxararaq Məhəmmədə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Turan Şirinova ilə internet vasitəsi ilə o, tanış olmuş, pulun da İlqarın kart hesabına köçürülməsi onun vasitəsilə olmuşdur. Həqiqətən də İlqarın məsələdən məlumatı olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, Şəxs göstərilən inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından, onun barəsində başlanmış icraata xitam verilməlidir. Belə ki, İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarından görünür ki, Şəxs 09 aprel 2025-ci il tarixdə, saat 00:10-da inzibati qaydada tutulmuşdur. Hazırki qərarla Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən, o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-50, 105.1, 114-115, 117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 09 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci (şəxsin törədilmiş inzibati xətaya aidiyyətinin olmaması) maddəsinə əsasən xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-2650/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2650/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver