Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2651/2022 14.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu sədrliyi X1 məhkəmə iclas katibliyi ilə, xx.xx.1998-ci ildə Naxçıvan MR, Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXMnin) 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən xx.xx.2021-ci il tarixli,İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Müəyyən olunur ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq xx.xx.2021-ci il tarixdə, təxminən saat 16.00 radələrində idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi istiqamətində işıqforun yaşıl işığında sola döndüyü zaman yolu soldan sağa keçən piyada X3 vurmuş və nəticədə X4 yüngül bədən xəsarəti almışdır. Tərəflərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdırıb, sübutları məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs inzibati qaydada təqsirli hesab edilməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı Araz Kazımlı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Şəxs məhkəməyədək icraat zamanı izahat verərək göstərmişdir ki, Toyota Prius markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil dostuna məxsusdur və həmin avtomobili etibarnamə ilə, BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir.xx.xx.2021-ci il tarixdə saat 16.04-də qeyd etdiyi avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektindən Mələk şadlıq sarayının qarşısından üzü S.S.Axundov küçəsi istiqamətində işıqforun yaşıl işığında sola döndüyü zaman yolu soldan sağa keçən piyada özünü avtomobilə vurmuş, piyadanın yoldan keçdiyini görmüş, avtomobili sağa çəksə də piyada istiqamətini dəyişərək avtomobilin ön orta hissəsi ilə toqquşdur.Hadisə baş verən zaman avtomobili saatda təxminən 5 km /saat sürətlə idarə etmişdir.O, piyadanı təxminən 9-10 metr məsafədən görmüşdür.Həmin piyadanı vurmamaq üçün əyləcə basaraq yolun sağ kənarına çəksə də, toqquşma baş vermişdir.Hadisə baş verdikdən sonra avtomobili saxlamış, düşüb köməklik etmək istəmiş, lakin, təhqir etdiyinə görə sürüb getmişdir.Deməsinə görə hadisənin baş verməsinə səbəb piyadanın yolu düzgün keçməməsi olmuşdur.Hadisə baş verən zaman hava işıqlı, yol örtüyü quru olmaqla, düz asfalt olmuşdur.O, hadisə zamanı spirtli içki qəbul etməmişdir. Belə ki, həmin qərardan görünür ki, X4 məhkəməyədək icraat zamanı izahat verərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 16.04 də Mələk şadlıq sarayı ilə üzbəüz olan sahəni təmizlədikdən sonra üzü yanan bina deyilən əraziyə yolu keçmək istəmişdir.Yolun orta hissəsinə çatdıqdan sonra zənn etmişdir ki, artıq yolu keçmişdir.Bu zaman tanımadığı bir maşın onu vurmuşdur.Avtomobil onu vurduqdan sonra o, yıxılmamış, çünki avtomobil ona asta sürətlə dəymişdir.Hadisə baş verdikdən sonra sürücü ona köməklik etmiş, biraz danışdıqdan sonra hər şeyin yaxşı olduğunu demiş və barışmışdırlar.Lakin, axşam evə getdikdən sonra sürücünün yanındakı ilə əlaqə saxlamış, ona kobud cavab verdiklərinə görə, o, DİN “102” zəng xidmətinə baş vermiş hadisə barəsində məlumat vermişdir. Hadisə baş verən zaman hava işıqlı, yol örtüyü quru olmaqla, düz asfalt olmuşdur.O hadisə zamanı spirtli içki qəbul etməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmətibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 1926 nömrəli saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi rəyi ilə müəyyən olunmuşdur ki, vətəndaş X2 bədən səthində aşkar olunmuş xəsarətlər- sağ diz oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan oynağın qançır-şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər müddətə uyğun gəlirlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın yüngül zərər vurmaya aiddirlər.Vətəndaş R.Ə.Abasovanın bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə hərəkətdə olan avtomaşının piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər.Röya Abasovanın bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyəsində yerləşməsinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi eləcə də onu öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 51-ci maddəsinin İ bəndinə görə, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs xx.xx.2021-ci il tarixdə, təxminən saat 16.00 radələrində idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla inzibati xəta törətməkdə təqsirli hesab edilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-nin 38.3-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.İş materiallarından görünür ki, cinayət işinin rədd olunması barədə qərar xx.xx.2021ci il tarixdə qəbul olunmuş, lakin inzibati xəta haqqında protokol 31 avqust 2022-ci il tarixdə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanın törətməkdə təqsirli hesab edilsin, lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən üç ay keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2651/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2651/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver