Məhkəmə qərarları › İş №3(001)-2651/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2651/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2651/2025 09.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə inspektoru, polis kapitanı X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 23 mart 2025-ci il tarixdə vətəndaş X1 366 manat pulunu aldatma yolu ilə ələ keçirib xırda talama törətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə inspektoru, polis kapitanı X4 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə inspektoru, polis kapitanı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 23 mart 2025-ci il tarixdə vətəndaş X1 366 manat pulunu aldatma yolu ilə ələ keçirib xırda talama törətmişdir. Fakta görə xx.xx.2025-ci ildə cinayət işi başlanması rədd edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs işə məhkəmədə baxıldığı dövrdə vurduğu ziyanı tam olaraq ödəmiş, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirmişdir ki, Şəxs 23 mart 2025-ci il tarixdə onun 366 manat pulunu aldatma yolu ilə ələ keçirib xırda talama törətmişdir. Şəxs iş məhkəməyə daxil olduğu vaxtda vurduğu ziyanı tam olaraq ödəmiş, onlar barışmışlar. Zərərçəkmiş şəxs kimi ondan şikayəti və tələbi yoxdur. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs xırda talama törətməkdə özünü təqsirli hesab edərək bildirmişdir ki, 23 mart 2025-ci il tarixdə vətəndaş X1 366 manat pulunu aldatma yolu ilə ələ keçirib xırda talama törətmişdir. Hazırda vurduğu ziyanı tam olaraq ödəmişdir. Onlar barışmışlar. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, özünün izahatını, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 227-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, lakin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, ona dəymiş zərər tam ödənildiyindən Şəxs heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:.... 53.1.10. bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən – bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, vurulmuş ziyanı tamamilə ödəyib zərərçəkmiş şəxslə barışdığından Şəxs İXM-in 227-ci maddəsi ilə inzibati təhbeh təyin edilməməli, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış icaata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vurulmuş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışdığından ona İXM-in 227-ci maddəsi ilə inzibati təhbeh təyin edilməsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış icaata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar