Məhkəmə qərarları › İş №3(001)-2652/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2652/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2652/2025 17.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 iştirakı ilə, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26930921 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi xx.xx.2025-ci il tarixli, EQ 26930921 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə məhkəmədən xahiş olunmuşdur ki, 27.03.205-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “HONDA ENS1" markalı ** YM *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yol kənarında saxlamışdır. Həmin gün səhər saat 08.59-da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və durmasına elektron qərar çıxarılmışdır. Bildirir ki, avtomobili saxladığı yer faktiki olaraq səki olmadığı üçün inzibati xəta hadisəsi də baş verməmişdir. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsində verilmiş anlayışa əsasən səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Lakin, avtomobili saxladığı həmin yer isə piyadaların hərəkəti üçün nəzərdə tutulmamışdır. Belə ki, bu sahə faktiki olaraq piyadaların istifadə etməsi üçün uyğun deyil. Buranı bitkilər və texniki qurğular (elektrik transformatoru və ya generator) tam tutub. Bu, piyadaların ora daxil olmasını fiziki olaraq mümkünsüz edir. Belə olan halda, yolun bu hissəsi səki funksiyası daşımır və müvafiq olaraq istifadə olunmur. Bu sahə formal olaraq səkiyə bənzəsə də, faktiki olaraq istifadə edilə bilmədiyi üçün həmin yerin “səki” statusu sual altına düşür. Bu sahədə piyadaların keçidi mümkün deyil, ona görə də maşının orada saxlanması nə hərəkətə, nə də piyadalara mane olmur. Əgər bura həqiqətən səki idisə, bəs niyə bu ərazi transformator və kolluqlarla tutulub? Niyə o ərazi piyadalar üçün əlçatan deyil? O halda, bu əraziyə transformatoru quraşdıran şəxs (və ya təşkilat) niyə məsuliyyətə cəlb olunmayıb? Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək təmin edilməsi və barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26930921 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə AR DİN Baş X7 İdarəsinə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 26930921 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 tərəfindən İXM-in 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün 60 manat inzibati cərimə olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş və iş materiallarında olan fotoşəkillərdən görünür ki, “HONDA ENS1" markalı ** YM *** dövlət qeydiyyat nişanlı avtomobil piyadaların hərəkəti üçün nəzərdə tutulan səkidə saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında X3 şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, X4 nəqliyyat vasitələrinin səkidə dayanma və ya durma qaydalarını pozmuş və bu pozuntu inzibati tənbeh vermə haqqında qərara əlavə olunmuş foto-şəkillərlə də təsdiq olunmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 16-cı bəndinə əsasən səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. İXM-in 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə və izahatında göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26930921 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Şikayətdə göstərilən xüsusata münasibətdə məhkəmə qeyd edir ki, inzibati xəta hadisəsinin qeydə alındığı yerin piyadaların hərəkəti üçün əlverişli olmaması onun səki statusuna malik olmaması qənaətinə gəlməyə əsas vermir. Ona görə də, məhkəmə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26930921 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi xx.xx.2025-ci il tarixli, EQ 26930921 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar