Məhkəmə qərarları › İş №3(001)-2653/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2653/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2653/2025 17.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli MN 16427000 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli MN 16427000 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli MN 16427000 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsilə təqsirli bilinib 300 manat cərimə edilmişdir. İşə Binəqədi RPİ-in 7-ci PB-də baxılarkən onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, sübutlarını təqdim etmək imkanından məhrum edilməklə müdafiə hüququ pozulmuşdur. Bu vəziyyətdə onun barəsində inzibati tənbeh tətbiq edilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli MN 16427000 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli MN 16427000 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsilə 300 manat cərimə edilmişdir. Qərardan həmçinin görünür ki, inzibati xəta haqqında işə X1 iştirakı olmadan baxılmışdır. Əlillik barədə arayışdan görünür ki, X2 müddətsiz ikinci dərəcəli əlillik verilmişdir. Ona qoyulmuş diaqnozdakı xəstəlikləri arasında eşitmə qabiliyyətinin itirilməsi kimi xəstəliklər vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.1-ci maddəsinə görə inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, məhkəməyədək araşdırma Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olmamış,eşitmə qabiliyyətini itirilmiş X1 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsilə 300 manat cərimə edilməsinə dair inzibati xəta haqqında işə özü və vəkilin iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Binəqədi RPİ-in 7-ci PB-in xx.xx.2025-ci il tarixli MN 16427000 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. xx.xx.2025-ci il tarixli MN 16427000 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Binəqədi RPİ-in 7-ci PB-yə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar