Məhkəmə qərarları › İş №3(001)-2660/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2660/2024

26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2660/2024 26.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X1, zərər çəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 12 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru, X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli, 1(012)- 142/2023 saylı Abşeron Rayon Məhkəməsinin hökmü ilə maddi sübut qismində tanınmış Şəxs işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində metal qəbulu məntəqəsində saxlanılan **-BA-*** dövlət qeydiyyat nişanlı QAZ-2411 markalı minik avtomobili zərərçəkmiş şəxs X5 qaytarılmamışdır. Həmin nəqliyyat vasitəsinin X5 qaytarılması barədə icra məmurunun tələbləri Şəxs tərəfindən üzürlü səbəblər olmadan yerinə yetirilməməkdədir. Odur ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahatında bildirmişdir ki, **-BA-*** dövlət qeydiyyat nişanı altında QAZ-2411 markalı minik avtomobili hazırkı tarixədək qaytarılmamışdır. Şəxs avtomobilinin yararsız vəziyyətə düşdüyü üçün onun dəyərini ödəməyi bir neçə dəfə təklif etsə də, əvvəllər avtomobilin dəyəri ilə bağlı aralarında razılaşma olmamışdır. Lakin hazırda avtomobilin özü real olaraq olmadığından, ona qaytarılması mümkün deyildir. Buna görə də avtomobilin dəyərinin ona ödənilməsi barədə Şəxs ilə razılaşaraq avtomobilin dəyəri tam olaraq ona ödənilmişdir. Avtomobilin dəyəri ona tam olaraq ödənildiyindən hazırda Şəxs qarşı hər hansı şikayət və tələbi də yoxdur. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, **-BA-*** dövlət qeydiyyat nişanlı QAZ-2411 markalı minik avtomobili 2022-ci ilin yanvar ayında 770 manata X2 şifahi razılaşmaya əsasən almışdır. Daha sonra Hüseynov Şükür gələrək həmin nəqliyyat vasitəsinin ona aid olduğunu bildirərək həmin avtomobili geri istəmişdir. O isə Şükür Hüseynova həmin avtomobili İlkin Mirzəyevdən şifahi razılaşma əsasında 770 manat aldığını, onun İlkinə verdiyi 770 manatı ona ödədikdən sonra maşını ona verəcəyini bildirmişdir. Lakin Şükür ona həmin vəsaiti vermədiyindən o da maşını qaytarmamışdır. Polis əməkdaşları maşına baxış keçirmişlər. Lakin avtomaşını ondan götürməmişlər. Avtomobil onun işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində metal qəbulu məntəqəsində olmuşdur. Həmin maşınla işi ilə əlaqədar kariyerə gedərkən orada maşının motoru xarab olduğundan maşını orda qoyub geri qayıtmışdır. Daha sonra gedəndə görmüşdür ki, maşını yarasız vəziyyətə salmışlar. Maşının motoru dağıldığı üçün geri qaytara bilməmişdir. Məhkəmə hökmün maşının geri qaytarılması göstərildiyindən, maşın isə hazırda mövcud olmadığından maşını qaytara bilməmişdir. Şükür Hüseynovla isə əvvəllə maşının dəyəri barəsində razılaşma əldə edə bilməmişdir. Lakin hazırda məhkəmənin hökmündə qaytarılması göstərilən maşın mövcud olmadığından Şükür Hüseynovla maşının dəyərinin ona ödənilməsi barədə razılaşaraq maşının dəyərinə ona ödəmişdir. Odur ki, barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd edilən **-BA-*** dövlət qeydiyyat nişanı altındakı QAZ-2411 markalı minik avtomobilimim ona məxsul saxlanılması üçün verilməsi barədə hər hansı sənəd tərtib edilməmiş, həmin avtomobili istifadə etməməsi və ya hər hansı bir hərəkətlə bağlı ona nəsə bidlirməmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-142/2023 saylı icra hökümündən görünür ki, maddi sübut qismində tanınmış Şəxs işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində metal qəbulu məntəqəsində saxlanılan **-BA-*** dövlət qeydiyyat nömrəsi altında QAZ-2411 markalı minik avtomobili zərər çəkmiş şəxs X5 qaytarılmalıdır. xx.xx.2023-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-142/2023 saylı icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, 1(012)-142/2023 saylı icra sənədi üzrə QAZ 2411 markalı minik avtomobilin dəyəri Şəxs Sadıq oğlu tərəfindən ona tam olaraq ödənilmişdir. Məhkəmə tərəflərin izahatına və iş materiallarına əlavə edilmiş ərizəyə əsasən müəyyən etmişdir ki, Şəxs tərəfindən QAZ 2411 markalı minik avtomobilin dəyəri X5 tam olaraq ödənilmişdir. Tərəflər arasında barışıq əldə edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Odur ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyət yaranması üçün borclunun icra sənədini qərəzli olaraq icra etməməsi mühüm şərtdir. Məhkəmə iclasında isə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-142/2023 saylı icra sənədi üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 142/2023 saylı hökümündən və icra sənədindən görünür ki, maddi sübut qismində tanınmış Şəxs işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində metal qəbulu məntəqəsində saxlanılan **-BA-*** dövlət qeydiyyat nömrəsi altında olan QAZ-2411 markalı minik avtomobili zərər çəkmiş şəxs X5 qaytarılmalıdır. Lakin nə həmin məhkəmə hökmündə nə də məhkəmə iclasında qeyd avtomobilin məsul saxlanılmaya verilməsini təsdiq edən hər hansı hal və ya sənəd müəyyən edilməmişdir. Məhkəmə iclasında isə müəyyən edildi ki, hazırda qeyd edilən avtomobil mövcud olmadığından icra sənədinə əsasən də avtomobilin özünün qaytarılması mümkün deyildir. Avtomobilin dəyərinin ödənilməsi barədə isə daha əvvəl tərəflər arasında razılaşma əldə edilməmişdir. Lakin şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərildikdən sonra tərəflər arasında hazırda fiziki olaraq mövcud olmayan **-BA-*** dövlət qeydiyyat nişanı altında olmuş QAZ-2411 markalı minik avtomobilin dəyərinin Şəxs tərəfindən X5 ödənilməsi barədə razılaşma əldə edilərək həmin avtomobilin dəyəri Şükür Hüseynova ödənilmiş, tələbkar da bunu həm məhkəmə iclasında verdiyi izahatla, həm də təqdim etdiyi yazılı ərizə ilə təsdiq etmişdir. Görünüdüyü kimi Şəxs icra sənədini qərəzli olaraq deyil, hazırda fizki olaraq nəqliyyat vasitəsi olmadığı üçün icra sənədini icra edə bilməmişdir. Tələbkarla razılıq əldə edildikdən sonra isə avtomobilin dəyərini tam olaraq ona ödəmişdir. Bu göstərilənlər isə Şəxs icra məmurunun qanuni tələblərini qərəzli olaraq icra etməməsini istisna edir. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclu Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması lakin konkret üzürsüz səbəbdən icra etməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən isə kifayət qədər sübut toplanılmamış, icra sənədinin icra olunmamasında Şəxs qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlir və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini hüquqauyğun hesab edir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 53.1.2. maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola üzrə Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola üzrə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar