Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2667/2023 10.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iclas katibliyi, Azərbaycan Respublikasının X5 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam idarəsindan daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam idarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur.Belə ki, Azərbaycan Respublikasının X6 Baş müfəttişi X3 tərəfindən tərtib edilmiş 23 may 2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokola əsasən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 5a ünvanında xx.xx.2023-cü il tarxdə, saat 13.59 radələrində Şəxs MMC adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikasının X6 nümayəndəsi X1 izahatında tərtib olunmuş xx.xx.2020-ci il tarixli protokola uyğun çıxış edərək protokolun təmin olunması və Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının X5 nümayəndəsinin çıxışlarını və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X8 MMC İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Respublikasının X6 Baş müfəttişi X3 tərəfindən tərtib edilmiş 23 may 2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 5a ünvanında xx.xx.2023-cü il tarxdə, saat 13.59 radələrində Şəxs MMC adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. İXM-nin 428.7.1-ci maddəsinə görə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 5a ünvanında X8 MMC adlı obyektin üzərində açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirilmiş, bununla da xx.xx.2023-cü il tarixdə müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməklə İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, X8 MMC 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, X8 MMC-yə İXM-nin bu maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə törədilmiş inzibati xətanın xarakteri, şəxsin məlum olan maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, X8 MMC müvafiq icazə olmadan obyektin üzərində reklam yerləşdirdiyindən və bu fakt inzibati xəta haqqında protokola və fotoşəkillərə və iş materiallarına əsasən təsdiqini tapdığından MMC İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən minimum həddə cərimə tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Azərbaycan Respublikası İXMnin 17, 40, 43, 48-51, 110, 114-117,128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib ona inzibati tənbeh olaraq 5 000 (beş min) manat məbləğində cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində işə baxan məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2667/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2667/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver