Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2673/2021 23.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu sədrliyi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6, Zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXM-nin) 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin polis leytenantı X4 tərəfindən 08.07.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir.Həmin protokola əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan X11 25.05.2021-ci il tarixdə təxminən saat 07:40 radələrində idarə etdiyi “Toyoto Prius” markalı **-PU-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən 179 saylı orta məktəbin qarşısında manevr qaydalarını pozaraq azyaşlı piyada X8 ehtiyatsızlıqdan vuraraq sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 təqsirini etiraf etdiyini, səmimi peşmançılığını, zərərçəkmiş şəxs tərəfin şikayətçi olmadığını nəzərə alaraq ona inzibati qaydada yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X9 bildirdi ki, Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən 179 saylı orta məktəbin qarşısında baş vermiş yol nəqliyyat hadisə ilə bağlı oğlunun aldığı xəsarətlə əlaqədar sürücü X5 heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaq. Binəqədi rayon prokurorluğu və Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Binəqədi rayon prokurorluğunun nümayəndəsi və Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. İş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən qəbul edilmiş 15 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və X7 barəsində İXM-nin 327-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Protokola və ona əlavə edilmiş materialları araşdırılaraq X11 İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, 15.06.2021-ci il tarixli qərarından görünür ki, X11 izahat verərək göstərmişdir ki, 25.05.2021-ci il tarixdə təxminən saat 07:40 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-PU-*** dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olan zaman dövlət qeydiyyat nömrəsini bilmədiyi avtobus uzun müddət yolun hərəkət hissəsində dayandığından o, avtobusun sol tərəfindən ötüb keçmək istəyərkən avtobusun qarşısından keçən azyaşlı oğlana dəymişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 51-ci maddəsinin İ bəndinə görə, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, X11 25.05.2021-ci il tarixdə təxminən saat 07:40 radələrində idarə etdiyi “Toyoto Prius” markalı **-PU-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən 179 saylı orta məktəbin qarşısında manevr qaydalarını pozaraq azyaşlı piyada X8 ehtiyatsızlıqdan vuraraq sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. X6 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yüngülləşdirici hallar kimi təqsirini etiraf etməsini, səmimi peşmançılığını,zərərçəkmiş şəxs tərəfin şikayəti olmadığını, habelə onun məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, X6 İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2673/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2673/2021
23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver