Məhkəmə qərarları › İş №3(001)-2678/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2678/2022

21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2678/2022 21.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Yol Patrul Xidməti alayının əməkdaşı tərəfindən qəbul edilmiş 12 iyul 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Yol Patrul Xidməti alayının əməkdaşı tərəfindən qəbul edilmiş 12 iyul 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə valideynləri ilə birgə rayondan Bakıya qayıdan zaman şəhərə daxil olarkən müvəqqəti qurulmuş postda polis əməkdaşı onu saxmış və ona şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişdir. O, şəxsiyyət vəsiqəsini təqdim etmiş və polisdən səs yazma cihazından istifadə etməsini xahiş etmişdir. Polis əməkdaşı buna məhəl qoymayaraq, öz patrul avtomobilinə gedib təxminən 3-4 dəqiqə sonra yaxınlaşaraq vəsiqəni geri təqdim etdi və “yaxşı yol” deyərək getməsinə icazə vermişdir. Təxminən, 1 il sonra stasionar postda onu yoxlayarkən barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişlər. Polis əməkdaşı həmin vaxt ona heç bir şey demədən onun barəsində əssasız olaraq inzibati xəta protokol tərtib etmiş və o heç bir yerə imza belə çəkməmişdir. Halbuki, protokol tərtib edildikdə vətəndaş protokolla tanış olaraq öz imzası ilə bunu təsdiq edir. Bundan əlavə protokol həm onun şəxsiyyət vəsiqəsi ilə onun adına, həm də atasının avtomobilinə yazılmışdır. Həmin avtomobilin ona aid heç bir sənədi yoxdur. 5 aydan artıqdır ki, bu səbəbdən atası avtomobili texniki baxışdan buna görə keçirə bilmir. Bundan əlavə, protokol 12 iyun 2020-ci il tarixdə tərtib edilmişdir, inzibati tənbeh vermə haqqında qərar isə İXM-in 111-ci maddəsinə zidd olaraq YPX inspektoru Hacibutayev Elvin tərəfindən İXM-in 61.3-cü maddəsini kobud pozaraq və onun iştirakı olmadan İXM-nin 115ci maddəsinin tələbləri pozularaq qəbul edilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək, 12 iyul 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş və Azemis elektron məhkəmə informasiya sistemi vasitəsi ilə “sms bildiriş” göndərilmişdir. Buna baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən, məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 idarə etdiyi “Mercedes Benz E200” minik markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və nəticədə onun barəsində 200 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 inzibati tənbeh vermə haqqında qərarın mövcuduğundan məlumatı olmadığını, polis əməkdaşı tərəfindən onun məlumatı olmadan inzibati xəta haqında protokol tərtib edildiyini bildirmişdir. Onun barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqına protokol tərtib edilsə də, həmin inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmiş, inzibati xəta haqqında protokolun surəti ona təqdim edilməmişdir və onun ümumiyyətlə barəsində inzibati tənbeh vermə haqqında qərar və inzibati xəta haqqında protokol tərtib edilməsindən məlumatı olmamışdır. Belə olduğu təqdirdə, qərar qəbul etmiş şəxs tərəfindən İXM-in 124-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta vetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o. təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyi sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi, hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən İXM-in 124-cü maddəsinin tələbləri pozulmuşdur ki, bu isə öz növbəsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 12 iyul 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 12 iyul 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar