Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2680/2021 28.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Asəm Əhmədovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, zərər çəkmiş şəxs (tələbkar) X3 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə, Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru Asəm Əhmədov izahat verərək bildirmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 231/2018 saylı, 23.04.2018-ci il tarixli icra sənədinə əsasən, 20 dekabr 2008-ci il tarixli nikahın pozulması, cavabdehdən yetkinlik yaşına çatmayan X1 üçün 300 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi tələblərinə dair dair idda ərizəsinin qismən təmin edilməsi, tərəflərin birgə nikahından 30 dekabr 2009-cu il tarixdə doğulmuş X2 Günel Əbilfərz qızının himayəsində saxlanılması, 30 dekabr 2009-cu il tarixdə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şəxs hər ay 154 manat sabit məbləğdə aliment alınaraq X5 verilməsi, Şəxs 20 manat məhkəmə xərci alınaraq, X5 verilməsi qərara alınmışdır. Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-231/2018 saylı, 23.04.2018-ci il tarixli icra sənədi üzrə borcunu tam icra etmədiyindən hazırkı günə kimi 6796 manat aliment borcu vardır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs müxtəlif bəhanələrlə icra sənədinin icrasından yayınmışdır. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, bir müddət uşaq onun himayəsində olmuş, özü uşağa baxmış, ona görə alimenti ödəməmişdir. Sonradan Rusiya Federasiyasına getmiş və oradan uşağın saxlanılması üçün bir neçə dəfə pul göndərmişdir. Hazırda qeyd olunan məbləğdə alimenti ödəməyə imkanı yoxdur, yalnız hissə-hissə ödəyə bilər. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-231/2018 saylı, 23.04.2018-ci il tarixli icra sənədi üzrə borcunu tam icra etmədiyindən hazırkı günə kimi 6796 manat aliment borcu vardır. O, uşağa baxmağa maddi imkanı olmadığı üçün alimentin ödənilməsini tələb edir. Aliment borcunun hissə-hissə ödənilməsinə razı deyildir. Eyni zamanda Şəxs Rusiya Federasiyasında yaşayarkən göndərdiyi pullar sonuncunun anasına verilmiş, həmin müddət Şəxs anası ilə bir yerdə qalsa da, uşağın xərclərini özü təmin etmişdir. Məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs maddi imkanının olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Gültac Sadıqovanın 02.05.2018-ci il tarixli qərarının surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. 02.05.2018-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 (on) gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin 22 avqust 2019-cu il tarixli qərarının surətindən görünür ki, borclu Şəxs əmlakının axtarılması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs adına borcunun əmlakına yönəldilə biləcək qiymətli əşya, daşınar və daşınmaz əmlak, pensiya, banklarda girov və ya pul hesabları yoxdur. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və vəkilin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-231/2018 saylı, 23.04.2018-ci il tarixli icra sənədi üzrə borcunu tam icra etmədiyindən hazırkı günə kimi 6796 manat aliment borcu vardır. Həmin borcdan bu günədək heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında Şəxs borcu imkanı olmadığından ödəyə bilmədiyini qeyd etsə də, məhkəmə bu halı üzrlü səbəb hesab etmir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2680/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2680/2021
28.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver