Məhkəmə qərarları › İş №3(001)-2690/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2690/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2690/2024 15.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.5-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X6 Şöbəsi Şəxs barəsində İXM-in 428.5ci maddəsi ilə AP ******* nömrəli, 20 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən mülkiyyətində olan nəqliyyat vasitəsində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla reklamın yayılmasına cəhd göstərilmiş, reklam ilə sənədin uyğunluğu müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir, barələrində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, nümayəndəsi olduğu Cəmiyyətin reklam yerləşdirməyə icazəsi vardır. Bu səbəbdən, qeyd edilənlərin nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon X6 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə, həmçinin, “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli nümayəndəsinin istifadəsində olan mobil nömrəyə “sms bildiriş” göndərilməsinə, həmin “sms bildiriş”in ona çatdırılmasına baxmayaraq, Yasamal rayon X6 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etməmişdir. Məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon X6 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi DYPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən mülkiyyətində olan nəqliyyat vasitəsində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla reklamın yayılmasına cəhd göstərildiyinə görə hüquqi şəxs barəsində İXM-in 428.5-ci maddəsi ilə protokol tərtib edilmişdir. Avtonəqliyyat saxlanılma qəbulu barədə xx.xx.2024-cü il tarixli aktdan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, “X3” yük markalı, ** JB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan reklamda nömrə və sosial şəbəkə səhifələri reklam yerləşdirmə qaydaları pozulmaqla quraşdırıldığından avtomobilin üzərindən götürülmüş və nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Elektron Məhkəmə Sistemindən çıxarılmış vergi ödəyicilərinin məlumatları barədə çıxarışdan görünür ki, Şəxs ********** nömrəli VÖEN ilə hüquqi şəxs kimi dövlət qeydiyyatındadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1171/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 482.5-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1684/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 482.5-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. “Nəqliyyat vasitəsində yerləşdirilən reklama dair” 28 mart 2023-cü il tarixli AB 008433 saylı texniki şərtlər passportundan görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan “X4” yük markalı, ** JB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 01 aprel 2024-cü il tarixə qədər sahəsi 18kv.m olan reklam sahəsinin yeləşdirilməsinə icazə verilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri, eyni zamanda məhkəməyə təqdim edilmiş sənədləri tədqiq edərək Şəxs barəsində İXM-nin 428.5-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan “X4” yük markalı, ** JB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində reklamın yerləşdirilməsi qaydaları pozulduğundan "xxxx" MMC barəsində İXMnin 428.5-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan “X4” yük markalı, ** JB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 01 aprel 2024-cü il tarixə qədər sahəsi 18kv.m olan reklam sahəsinin yeləşdirilməsinə icazə verilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri sübut edilməlidir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İXM-nin 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; İXM-nin 428.5-ci maddəsinin dispozisiyasına əsasən Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görəfiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığı üçün Şəxs inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 8, 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından AP ******* nömrəli, 20 fevral 2024-cü il tarixli inzibati xəta haqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar