Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2691/2021 10.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, tələbkar “Abituriyent” Jurnalı Redaksiyasının nümayəndəsi X4 iştirakları ilə, xx.xx.1974-cü ildə Tovuz rayonu, Çeşməli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan,xxxxxxx fərdi idetifikasiya nömrəsinə malik olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X1 rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X7 izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 1(103)-437/2020 saylı icra vərəqinə əsasən X2 və Şəxs müştərək qaydada 601890.77 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “Abituriyent” Jurnalı Redaksiyasının xeyrinə ödənilməsi qərara alınmışdır. Şəxs həmin icra qeydi üzrə borcunu hazırkı günə qədər 5000 manat ödəmişdir. Qeyd olunanlara əsasən Faiq Məhəmməd oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 27.07.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunması məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 1(103)-437/2020 saylı icra vərəqinə əsasən X2 və ondan müştərək qaydada 601890.77 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “Abituriyent” Jurnalı Redaksiyasının xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin maddi imkanı olmadığı üçün tələbkara olan məbləği tam ödəyə bilməmiş, lakin tələbkarla aralarında razılığa gəlmişlər və borcunu ödəməkdən boyun qaçırmır. O, tələbkara olan borcundan 5000 manatı ödədiyini və yaxın bir zamanda borcun tam ödənilməsini bildirmişdir. Deyilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar “Abituriyent” Jurnalı Redaksiyasının nümayəndəsi X8 bildirmişdir ki, X5 və Şəxs “Abituriyent” Jurnalı Redaksiyasına müraciət edərək borcu birdəfəyə ödəmək imkanlarının olmadığını, hissə-hissə ödəyə biləcəklərini nəzərə almaqlarını xahiş etmişlər və hər biri “Abituriyent” Jurnalı Redaksiyasına 5000(beş min), cəmi 10(on min) manat vəsait ödəmişlər. İşin uzun müddət əvvəl icraata yönəldilməsinə baxmayaraq indiyə qədər inzibati tədbirlərlə heç bir ödənişə nail olunmadığını, borcluların borclarını hissə-hissə ödəyəcəklərinə söz verdiklərini nəzərə alaraq, məhkəmə qərarının bu cür hissə-hissə icra edilə biləcəyi ehtimalını qiymətləndirərək borclu Şəxs qarşı inzibati tədbirlərin həyata keçirilməsinin dayandırılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: 27.07.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, iş üzrə borclu olan Şəxs tələbkar “Abituriyent” Jurnalı Redaksiyasına 601890.77 manat borcunu ödəməmişdir. Nəticədə Şəxs oğlu tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 1(103)-437/2020 saylı icra vərəqəsindən görünür ki, borclu X2 və Şəxs müştərək qaydada 601890.77 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “Abituriyent” Jurnalı Redaksiyasının xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 14.07.2020-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair 14.09.2020-ci il tarixdə xəbərdarlıq göndərmişdir. Məhkəmə iclasında təqdim olunmuş 06 avqust 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs “Abituriyent” Jurnalı Redaksiyasının hesabına 5000 manat ödəniş ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.” Məhkəmə Şəxs tələbkara ödəniş etməsini, borcunu ödəməkdən qəsdən yayınmamasını, maddi imkanı olmamasını, bu səbəbdən ödənişləri tam olaraq edə bilməməsini və tələbkarın Şəxs qarşı inzibati tədbirlərin həyata keçirilməsinin dayandırılmasını xahiş etməsini nəzərə alaraq hesab edir ki, hazırkı məqamda onun icra sənədini üzürsüz səbəbdən icra edilməməsi müəyyən olunmur. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş 27.07.2021-ci il tarixli, MN №0468714 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2691/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2691/2021
10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver