Məhkəmə qərarları › İş №3(001)-2701/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2701/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2701/2023 12.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Şikayətçi AR Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi X7 etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Qərarından şikayət verilən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə ürə səlahiyyətli nümayəndəsi X8 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 12 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 12 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi X9 vəzifəli şəxs olaraq MKTB-nin 107 saylı MKİS-nin süpürgəçisi X4 işdən əlavə saatlarda işlədilərək istirahət hüququnun təmin olunması ilə bağlı qanun pozuntularına yol verildiyi əsas gətirilərək 01 iyun 2023-cü il tarixli, NN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 12 iyun 2023-cü il tarixli, MN № ******* saylı qərarı əsasında barəsində 600 (altı yüz) manat cərimə tətbiq edilmişdir.Həmin protokola əsasən verilmiş qərar xx.xx.2023-cü il tarixdə Binəqədi rayon MKTB-nə daxil olmuş, qərarda qeyd olunanların əsassız olması və prosessual pozuntularla tərtib olunması vəzifəli şəxsin diqqətinə çatdırılmışdır. Belə ki, protokol tərtib olunaraq qərar qəbul edilməsinə əsas olmuş şəxs olan X10 öz ərizəsinə əsasən işdən əlavə saatlarda istirahət və bayram günlərində işləməsinə icazə verilmiş və işlədiyi saatlara görə ikiqat əməkhaqqı ödənilmişdir.Bu səbəbdən də hesab edir ki, hazırki halda vəzifəli şəxsinin əməlində inzibati xəta tərkibinin olması təsdiq olunmur.Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinin iş üzrə gəlmiş olduğu nəticə işin faktiki hallara uyğun deyil və sübut olunmur.Əlavə olaraq bildirmişdir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında qərar yaşayış ünvanına daxil olmamış, bu səbəbdən də şikayət vermə müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X14 Xidmətinin MN ******* saylı, 12 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçinin etibarnamə üzrə nümayəndəsi və vəkili X5 bildirmişdir ki, Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi X9 vəzifəli şəxs olaraq MKTB-nin 107 saylı MKİS-nin süpürgəçisi X4 işdən əlavə saatlarda işlədilərək istirahət hüququnun təmin olunması ilə bağlı qanun pozuntularına yol verildiyi əsas gətirilərək 01 iyun 2023-cü il tarixli, NN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və o, 600 manat məbləğində cərimə olunmuşdur. Belə ki, araşdırmada nümayəndə özü də iştirak etmişdir, o, göstərmişdir ki, Kamilə Müslümova artıq işə cəlb etməyə görə 1 saata 2 saaat əvəzi əməkhaqqı almışdır.O, şikayət ərizəsində göstərilənləri nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X14 Xidmətinin MN ******* saylı, 12 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X13 bildirmişdir ki, işçi işləyəndə ona nişan qoyulmalı idi, amma ona heç bir nişan qoyulmamış və təhlükəsizlik qaydalarına riayət olunmadığı üçün xanımı maşın vurmuşdur. Həmin hadisə baş verən vaxtı xanımın iş vaxtı çoxdan bitmişdir. Xanım əlavə işə cəlb edilməsəydi həmin hadisə baş verməzdi.Ona görə də, nümayəndə şikayətin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayətçinin nümayəndəsi və vəkili, qərarından şikayət verilən idarənin nümayəndəsini dinləyib və şikayəti və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 12 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Binəqədi rayon MKTBnın süpürgəçisi X4 normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə X12 Azərbaycan Respublikası İXM-nin 198.1.5-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikasının İXM-nin 38.3-cü naddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 12 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Binəqədi rayon MKTB-nın süpürgəçisi X4 normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə X12 Azərbaycan Respublikası İXM-nin 198.1.5-ci maddəsi ilə təqsirli bilinərək əsaslı olaraq 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Belə ki, iş materiallarını araşdırarkən aydın olur ki, süpürgəçi X10 əlavə iş saatına cəlb edilməsəydi, həmin nəqliyyat hadisəsi baş verməzdi. Eyni zamanda, şikayətçi tərəf X6 əlavə bir saata 2 saat əvəzi əmək haqqı verdiyini bildirsələr də, ona dair heç bir sübutu məhkəməyə təqdim etməmişdirlər. Bütün göstərilənlər nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 12 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X7 verdiyi şikayət rədd edilməlidir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 12 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət rədd edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar