Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2702/2021 29.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil və zərər çəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1978-ci ildə Rusiya Federasiyasının Jizdara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X1 rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X9 məhkəmə prosesində verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5116/2020 saylı, 13.10.2020-ci il tarixli icra vərəqəsinə əsasən hazırki mülki iş üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini alanadək cavabdeh X3 hər həftənin şənbə və bazar günləri səhər saat 12.00-dan axşam saat 19.00-dək uşaqları, 20.03.2003-cü il təvəllüdlü X10 və 27.12.2012-ci il təvəllüdlü X11 ilə ünsiyyətdə olmasına iddiaçı Şəxs tərəfindən maneənin yaradılmasının qadağan edilməsi və cavabdeh X2 həmin uşaqlarla ünsiyyətdə olmasının iddiaçı Şəxs iştirakı olmadan həyata keçirilməsi qərara alınmışdır. İş üzrə borclu Şəxs uşaqların atası ilə görüşməsini 24.07.2021-ci il və 25.07.2021-ci il tarixdə təmin etməmişdir. Tələbkar V.M.Quliyev qızı ilə həmin tarixdə görüşün baş tutmamasına öz etirazını kəskin formada bildirdiyi üçün Şəxs barəsində protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 29.07.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli, 2(001)-5116/2020 nömrəli icra vərəqəsinə əsasən X3 hər həftənin şənbə və bazar günləri səhər saat 12:00-dan axşam saat 19:00-dək uşaqları 20.03.2003cü il təvəllüdlü X10 və 27.12.2012-ci il təvəllüdlü X11 ilə ünsiyyətdə olmasına onun tərəfindən maneənin yaradılmasının qadağan edilməsi və Vasif Quliyevin uşaqlarla ünsiyyətdə olması onun iştirakı olmadan həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli, 2(001)-5116/2020 nömrəli icra vərəqəsi ilə müəyyən edilmiş qaydaya əsasən uşaqlarının öz ataları ilə görüşməsinə heç vaxt maneə törətməmişdir. Oğlu 20.03.2003-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatıb, atası ilə münasibət saxlamaq istəmir. Bununla bağlı heç vaxt uşaqlara təsir göstərməmiş və onları öyrətməmişdir. Qızı 27.12.2012-ci il təvəllüdlü X11 ilə atası ilə mütəmadi olaraq görüşür. Təsadüfi hallarda uşaq özünü narahat hiss etdikdə atası ilə görüşməyib. Belə hallar 2 ya 3 dəfə olmuş, qalan şənbə və bazar günlərdə həmişə görüş baş tutmuşdur. Görüş alınmadığı zaman X3 məlumat verilib, lakin sonuncu həmişə buna kəskin formada etirazını bildirib. 19.07.2021-ci il tarixdə qızı X11 ilə birlikdə Masallı rayonu, Təzə Alvadı kəndinə istirahətə getmiş, əvvəlcədən rayona getməyi barədə icra məmuruna və tələbkara xəbər verərək 24.07.2021-ci il və 25.07.2021-ci il tarixdəki görüş günlərinin əvəzinə sonrakı həftədə əlavə 2 gün görüş təşkil olunmasını bildirmişdir. X15 qəti şəkildə öz etirazını bildirmiş və onu təhqir etmişdir. Halbuki tələbkar özü də həmin tarixlərdə Masallı rayonunda olmuşdur. Sadəcə olaraq tələbkar onunla prinsip aparır. O, hazırda da uşaqların görüşməsinə heç bir etiraz etmir və heç bir mane törətmir. Ona görə də, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli, 2(001)-5116/2020 nömrəli icra vərəqəsinə əsasən ona hər həftənin şənbə və bazar günləri səhər saat 12:00-dan axşam saat 19:00-dək uşaqları 20.03.2003-cü il təvəllüdlü X10 və 27.12.2012-ci il təvəllüdlü X11 ilə ünsiyyətdə olmasına Şəxs tərəfindən maneənin yaradılmasının qadağan edilməsi və onun uşaqlarla ünsiyyətdə olması Şəxs iştirakı olmadan həyata keçirilməsi qərara alınmışdır. Lakin Şəxs icra sənədini icra etməkdən dəfələrlə yayınmışdır. Şəxs ona uşaqları ilə görüşməsində maneəçilik yaratmış, uşaqlar ilə ünsiyyətdə ola bilməmişdir. Sonuncu dəfə borclu rayona gedəndə ona xəbər vermədən getmiş və bununla da 24.07.2021-ci il və 25.07.2021-ci il tarixdə o, uşaqlarla görüşə bilməmişdir. Borclu dəfələrlə onun uşaqlarla ünsiyyətdə olmasına maneə yaradıb, borclunun əxlaqı və tərbiyəsində problemlər olduğundan onu icra məmurunun və uşaqların yanında təhqir edib. Dəfələrlə icra məmuruna Şəxs tərəfindən icra sənədi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün şikayət ərizələri göndərmişdir. Deyilənləri nəzərə alaraq Şəxs barəsində 1 ay müddətinə inzibati həbs tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5116/2020 saylı, 13.10.2020-ci il tarixli icra vərəqəsinə əsasən göstərilənlərə etiraz etmədiyini, hər zaman görüşləri təşkil etməsini nəzərə alaraq sonuncunun barəsində icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, o, yetkinlik yaşına çatıb. O, atası ilə görüşmək istəmir, atası ilə görüşəndə atası anasını təhqir etdiyindən, o, dözə bilmir, əsəbləşir. Atası onunla əl-qol hərəkətləri ilə və eyni zamanda aqressiv formada danışdığı üçün onunla ünsiyyət qura bilmir. Ona görə də, atası ilə münasibət saxlamaq istəmir. Bununla bağlı heç vaxt anası ona təsir göstərməmiş və onu öyrətməmişdir. Bacısı 27.12.2012-ci il təvəllüdlü X11 ilə ataları mütəmadi olaraq görüşür. 19.07.2021-ci il tarixdə anası ilə bacısı istirahət etmək üçün Masallı rayonu, Təzə Alvadı kəndinə getmiş, əvvəlcədən rayona getmələri barədə atasına xəbər verərək 24.07.2021-ci il və 25.07.2021-ci il tarixdəki görüş günlərinin əvəzinə sonrakı həftədə əlavə 2 gün görüş təşkil olunmasını bildirmişdir. Lakin atası qəti şəkildə öz etirazını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, o, hər həftə atası ilə görüşür. Atası dəfələrlə anasını söyür. Ona görə də, hərdən atası ilə görüşmək istəmir. 19.07.2021-ci il tarixdə anası ilə istirahət etmək üçün Masallı rayonu, Təzə Alvadı kəndinə getmiş, əvvəlcədən rayona getmələri barədə atasına xəbər vermiş, atası isə etirazını bildirmiş, bir daha onunla görüşməyəciyi ilə hədələmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: 29.07.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, iş üzrə borclu olan Şəxs 19.07.2021-ci il tarixdə 27.12.2012-ci il təvəllüdlü X6 atası ilə görüşməsini təmin etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5116/2020 saylı, 13.10.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X3 hər həftənin şənbə və bazar günləri səhər saat 12.00-dan axşam saat 19.00-dək uşaqları, 20.03.2003-cü il təvəllüdlü X10 və 27.12.2012-ci il təvəllüdlü X11 ilə ünsiyyətdə olmasına iddiaçı Şəxs tərəfindən maneənin yaradılmasının qadağan edilməsi və cavabdeh X2 həmin uşaqlarla ünsiyyətdə olmasının iddiaçı Şəxs iştirakı olmadan həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 22.10.2020-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. 23.10.2020-ci il tarixdə Şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə verdiyi izahatından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5116/2020 saylı, 13.10.2020-ci il tarixli icra vərəqəsinə əsasən göstərilənlərin yerinə yetirilməsinı hazırdır. O, uşaqların ataları ilə görüşməsini uşaqların öz mülahizəsinə buraxır və icra sənədində göstərilən öhdəlikləri yerinə yetirməyə etiraz etmir. Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyanın 19.03.2021-ci il tarixli rəyindən görünür ki, rəydə qeyd olunanları, uşağın psixoloji durumunu, valideyninə bağlılıq dərəcəsini nəzərə alaraq, uşağın mənafeyinin üstünlüyü baxımından 27.12.2012-ci il təvəllüdlü X6 atası X4 ilə ünsiyyətdə olması məqəsədə müvafiq hesab olunmuşdur. 05.12.2020-ci il tarixli aktdan görünür ki, 17 yaşlı Samir Quliyev atası ilə görüşmək istəmədiyini bildirdi.İcra məmurları tərəfindən azyaşlı Lalə ilə proflaktik söhbətlər aparılmışdır. Az yaşlı Lalə ağlayaraq atası Vasif Quliyevlə görüşmək istəmədiyini bildirmişdir. Bununla bağlı obyektiv səbəblərdən icra sənədinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.” Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5116/2020 saylı, 13.10.2020-ci il tarixli icra sənədi üzrə X2 uşaqlarla ünsiyyətdə olmasının üzrsüz səbəbdən icra etməməsi və həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut mövcud olmaması ilə yanaşı, məhkəmə iclasında həmin halları təsdiq edəcək heç bir sübut müəyyən edilməmişdir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, 05.12.2020-ci il, 24.07.2021-ci il və 25.07.2021-ci il tarixlərdəki görüşlərin baş tutmamasını Şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Bu halı iş materiallarına əlavə olunmuş sübutlar və şahidlərin ifadələri bir daha təsdiq edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş 29.07.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2702/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2702/2021
29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver