Məhkəmə qərarları › İş №3(001)-2702/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2702/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2702/2023 23.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/05060 saylı qərarın ləğv olunması barədə şikayətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/05060 saylı qərarından şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi X7 “İnzibati tənbeh vermə haqqında”xx.xx.2023-cü il tarixli №01400/05060 nömrəli Qərarı ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X14 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində 2461,60 (iki min dörd yüz altımış bir manat altımış qəpik) AZN məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Qərarda qeyd olunur ki, Şimal Ərazi Baş Gömrük İdarəsi Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin xx.xx.2023cü il tarixli, 34/012/003720 saylı raportunun icrası ilə əlaqədar Dövlət Gömrük Komitəsinin “VAİS” sisteminə baxış keçirilmiş və 2 gömrük bəyannaməsi üzrə 33156 (otuz üç min yüz əlli altı) ABŞ Dolları (56365,20 manat) məbləğində vəsaitdən 2896 ABŞ doları (4923,20 manat) məbləğində vəsait X9 müvəkkil olunmuş bank hesabına köçürülməmişdir və bununla da X9 əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin tərkib əlaməti vardır. Qeyd olunan Qərarı qanunsuz və əsassız hesab edərək ləğv edilməlidir.Belə ki, qərarda məhz hansı gömrük bəyənnaməlarindən söhbət getdiyi qeyd olunmamışdır.X3 müvəkkil bank hesabına köçürülməsini təmin etmədiyi 2 896 ABŞ doları (4 923,20 manat) məbləğində vəsaiti Azərbaycan Respublikasının vətəndaşı X8 tərəfindən icra edilməsi qeyd olunub ki bu da absurd və əsassızdır.X14 belə adam tanımır və məsələnin bu cür qoyuluşu ona aydın deyildir.Əgər yuxarıda qeyd olunan malların X11 məxsus ixrac əməliyyatlarına aiddirsə, qeyd etmək istərdi ki göndərilən məhsulun qida məhsulu olduğunu və saxlanma müddətinin zamanla məhdudlaşdığını nəzərə alsaq, bir hissəsi təbii proseslər və təsir nəticəsində korlanaraq istifadəyə yararsız hala gəlmişdir.Bu səbəbdən məhsulu qəbul edən şirkət zay olmuş məhsulun dəyərini ödəməkdən imtina etmişdir.Qeyd olunanlar tərtib edilmiş yoxlama aktları və ekspert rəyi ilə təsdiq olunur. “Yeyinti məhsulları haqqında” AR Qanuna görə üzərində aşkar istifadəyə yararsızlıq əlamətləri (korlanma, dağılma, zədələnmə) müşahidə edilən məhsullar insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur (maddə 16).X19 Komitəsi əsassız şəkildə və hər hansı bir qanuni qərara istinad etmədən bu aktları qəbul etmir. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasının subyektiv cəhəti şəxsin təqsirli olması, yəni onun qəsdən və ya ehtiyatsızlıqdan törədilən hüquqazidd hərəkətə və ya hərəkətsizliyə psixi münasibəti ilə müəyyən edilir.Göründüyü kimi, ixrac olunan malın müqabilində qaytarılmalı olan 2 896 ABŞ dolları (4 923,20 manat) məbləğində vəsaitin X9 iradəsindən asılı olmayan səbəbdən Azərbaycandakı bank hesabına köçürülməsini təmin etmək mümkün olmamışdır. Beləliklə də, vəsaitin bir hissəsinin xaricdən qaytarılmamasında X9 təqsiri istisna olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (maddə 3). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Maddə 8.3.). Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2016-cı il tarixli "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi, X5q dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən az olan və idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğə görə inzibati məsuliyyəti istisna edir.Qərara əsasən cərimə 2896,20 ABŞ dolları məbləğində vəsaitin qaytarılmamasına görə tətbiq edilib ki, bu da Mərkəzi Bankın müvafiq Qaydalarında təsbit olunan və inzibati məsuliyyəti yaradan 10 000 (on min) ABŞ dolları məbləğindən azdır. Bu əmələ görə inzibati məsuliyyət müəyyən edən dövlətin məqsədi ölkəyə valyutanın daxil olmasını (geri qaytarılmasmı)təmin etmək olduğu halda, inzibati tənbehin bir halda 10 000 (on min) ABŞ dollarından az məbləğə tətbiqi, digər halda isə 10000 (on min) ABŞ dollarından çox məbləğə görə tətbiqi dövlətin vətəndaşa münasibətdə eyni əmələ görə fərqli yanaşma sərgiləməsi kimi qiymətləndirilə bilər, inzibati tənbehin tətbiqini tənzimləyən inzibati xətalar qanunvericiliyinin təməl prinsiplərindən olan ədalətlilik, qanun qarşısmda bərabərlik, həmçinin təqsirə görə məsuliyyət prinsipinin tələblərinə cavab verməmiş olar. Şikayətçi yuxarıda göstərilənlərini rəhbər tutaraq, Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli №01400/05060 nömrəli Qərarı qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X4 şikayət ərizəsində göstərilənləri nəzərə alaraq, onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/05060 saylı qərarın qanunsuz və əsassız olduğundan ləğv olunması və inzibati icraata xitam verilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/05060 saylı qərarına əsasən məlum olur ki, X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsinə uyğun olaraq, 4923 manat məbləğin 50% həddində, yəni 2461,60 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/05060 saylı qərarına əsasən məlum olur ki, X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə uyğun olaraq, 4923 manat məbləğin 50% həddində, yəni 2461,60 manat məbləğində cərimə cəzası təyin edilmişdir.İş materialları araşdırılarkən məlum olmuşdur ki, şikayətçi İlqar Tağıyev tərəfindən həqiqətən AR İXM-nin 483-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, X14 apardığı xarici iqtisadi fəaliyyət nəticəsində ölkənin müvəkkil bank hesabına köçürülməli olan vəsaitləri apardığı fəaliyyətdən 180 gün keçənədək qaytarmalı olduğu halda qanunun tələblərinə riayət etməmişdir. Şikayətçi inzibati xəta törətməməsi və ya inzibati xəta haqqında qərarın qanunsuz olması barədə tutarlı sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəmədə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/05060 saylı qərarın ləğv olunması barədə verdiyi şikayət əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/05060 saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində tərəflər həmin qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar