Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2706/2023 17.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi X1 iclas katibliyi, Şəxs nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, 00100-01636/23 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 00100-01636/23 saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Şəxs nin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) tərəfindən **********2838 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2023-cü il tarixdən bitmiş, lakin Şəxs nin Azərbaycan Respublikasındakı filialı tərəfindən öhdəlik müddətinin uzadılması və ya digər gömrük prosuduru altında yerləşdirilməsi üçün heç bir müraciət edilməmişdir. İş materiallarına əlavə edilmiş Gömrük xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2021-cü il tarixli **********2838 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosuduru altında yerləşdirilmiş malların gömrük ərazisindən kənara aparılma müddətinin son tarixi Şəxs nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş xx/xx/009995 nömrəli xx.xx.2022-ci il tarixli gömrük prosedurunun müddətinin uzadılmasına dair müracitə əsasında xx.xx.2022-ci il tarix, xx/xx/027363 nömrəli xx.xx.2022-ci il tarixli gömrük prosedurunun müddətinin uzadılmasına dair müraciət əsasında xx.xx.2023-cü il tarix, xx/xx/017172 nömrəli xx.xx.2023-cü il tarixli gömrük prosedurunun müddətinin uzadılmasına dair müraciət əsasında xx.xx.2023-cü il tarix müəyyən edilmişdir. Göründüyü kimi Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs nin Azərbaycan Respublikasındakı filialı xx.xx.2021-ci il tarixli **********2838 sorğu nömrəli gömrük bəyannaməsi ilə “müvəqqəti idxal” xüsusi gömrük prosedurunda bəyan edilən yüklərin gömrük ərazisindən kənara aparılma müddətinin son tarix xx.xx.2023-cü il tarix müəyyən edilsə də, malların öhdəlik müddətii bitdikdən 46 gün sonra 19 iyun 2023-cü il tarixdə gömrük prosedurunun müddətinin uzadılmasına dair müraciət edərək malların gömrük ərazisindən kənara aparılma müddətini xx.xx.2023-cü il tarixədək uzatmışdır.Bununla da Şəxs nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-in 499.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir; Məhkəmə inzibati xəta törədən şəxs Şəxs nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs nin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********)Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2706/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2706/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver