Məhkəmə qərarları › İş №3(001)-2709/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2709/2021

30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2709/2021 30.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu X1 Bakı Nəqliyyat Agentliyinin BNA 1026530, BNA ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i m: Şikayətçi X2 Bakı Nəqliyyat Agentliyinin BNA 1026530, BNA ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan şikayət ərizəsi ilə 30 iyul 2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətçinin ərizəsini və iş materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, şikayətçi şikayətin forma və məzmununa əməl etməmiş, inzibati xəta haqqında qərar əvəzinə, inzibati xəta haqqında protoldan şikayət vermiş, habelə narazı qaldığı inzibati xəta haqqında protokolun və inzibati xəta haqqında qərarın nömrə və tarixini şikayətində göstərməmiş, habelə mübahisələndirdiyi inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında qərarların surətlərini şikayətinə əlavə etməmişdir.Halbuki, inzibati xəta haqqında qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur.Həmçinin, inzibati xəta haqqında qanunvericilikdə 2 inzibati xəta haqqında protokoldan bir yerdə şikayət verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda, hesab edirəm ki, şikayətə baxılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin» 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər.İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyatı barəsində qərar çıxarılmış şəxsin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elekton daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Hesab edirəm ki, X3 Asif oğlu şikayətin forma və məzmununa əməl etməmiş, inzibati xəta haqqında qərar əvəzinə, inzibati xəta protoldan şikayət vermiş, habelə narazı qaldığı inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında qərarların nömrə və tarixini şikayətində göstərməmiş,habelə mübahisələndirdiyi inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında qərarların surətlərini şikayətə əlavə etmədiyindən X1 Bakı Nəqliyyat Agentliyinin BNA 1026530, BNA ******* saylı inzibati tənbeh vermə haqqında protokollardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: X1 Bakı Nəqliyyat Agentliyinin BNA 1026530, BNA ******* saylı inzibati tənbeh vermə haqqında protokollardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilsin ki, şikayətçi qeyd olunan qüsurları aradan qaldırdıqdan sonra yenidən aidiyyatı üzrə müvafiq məhkəməyə şikayət ərizəsi ilə müraciət edə bilər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar