Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2710/2023 17.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər BPİ-nin X9 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 Bakı şəhər BPİ X9 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından şikayət verərək göstərmişdir ki, 25 dekabr 2021-ci il tarixində saat 07:39 radələrində idarə etdiyi NİSSAN SENTRA minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonu ərazisində saxlanılmışdır.Saxlanılmanın səbəbi olmuşdur ki, guya avtomobilin işıq cihazlarından düzgün istifadə etməmiş və yoxlama zamanı alkoqoldan istifadə etmişdir, lakin bununla razılaşmayaraq etirazını bildirmişdir. Onun etirazına baxmayaraq barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1 -ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrinə əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərar ləğv edilməli, Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddəsinə əsasən başlanmış icraata xitam verilməlidir. Şikayətçi birinci hal kimi göstərmişdir ki, yuxarıda qeyd etdiyi kimi o sərxoş halda avtomobili idarə etməmişdir, lakin buna baxmayaraq onun barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında protokol və tənbeh vermə haqqında qərar qəbul edilmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Maddənin tələbindən göründüyü kimi yalnız şəxs nəqliyyat vasitəsini idarə edərkən kənarlaşdırılmalı tibbi müayinəyə göndərmək barədə protokol tərtib edilməlidir. Şikayətçi bildirmişdir ki, hadisə yerinə gələn polis əməkdaşları hər hansı protokol tərtib etmədən ona qarşı qanunsuz hərəkətlər etmişdirlər. İkinci hal kimi şikayətçi göstərmişdir ki, hər hansı araşdırma aparmadan Bakı şəhəri BPİnin DYPİ-nin polis mayoru Xeyrulla Cəlilov tərəfindən iştirakı və hüquqları təmin olunmadan barəsində xx.xx.2022-ci il tarixində tənbeh vermə haqqında qərar qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Göründüyü kimi qeyd olunan maddədə nəzərdə tutulan hüququları kobud şəkildə pozulmuşdur. Üçüncü hal kimi göstərmişdir ki, barəsində qəbul edilmiş tənbeh tətbiq etmə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın çıxarılma qaydası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrində təsbit edilmişdir. Qəbul edilmiş qərarın nəticə hissəsi yəni qərara alınırda AR İXM-nin 329.3 və 333.1-cı maddəsi təsbit edilmiş halbuki orada AR İXM-nin 114.1.1 -ci maddəsinə əsasən qərar qəbul edilməli idi. Qeyd olunanlara əsasən X2 məhkəmədən Bakı şəhər BPİ X9 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayət ərizəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhər BPİ X9 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhər BPİ X9 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı o gec əldə etmişdir. Buna görə də, məhkəmədən xahiş edir ki, buraxılmış müddət üzrlü hesab edilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş qərarı qəbul etmiş Bakı şəhər BPİ X9 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, Bakı şəhər BPİ X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayətçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X5 işıq cihazlarından istifadə qaydalarını pozduğuna və sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə tərəfləri dinləyib, vəsatətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki X5 tərəfindən Bakı şəhər BPİ X9 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərardan şikayət vermə müddəti buraxılmamış hesab edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan rədd olunmalıdır.Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərara əsasən məlum olur ki, X5 işıq cihazlarından istifadə qaydalarını pozduğuna və sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməklə 400 manat məbləğində cərimə edilmişdir. Belə ki, şikayətçi məhkəməyə şikayətinin əsaslı olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir.Hesab edirəm ki, sürücü tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmadığından şikayətin təmin olunması üçün hüquqi əsaslar yoxdur, buna görə də şikayət rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhər BPİ X9 İdarəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayət rədd edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2710/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2710/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver