Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2717/2022 07.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə təxminən 15.30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Varobski dairəsində arxa nömrəsi olmadan avtomobil idarə etdiyinə görə DYP-nin əməkdaşları tərəfindən saxlanılmış, bu zaman o, polis əməkdaşları ilə mübahisə edib, onlara qarşı nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin polis mayoru X4 tərəfindən xx.xx.2022-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, o maşının nömrəsini itirdiyinə görə polis əməkdaşları onu saxlamış və maşının cərimə meydancasına getməli olduğunu ona bildirərkən onunla kobud rəftar etmişdirlər. Buna görə də, o, barəsində tərtib edilmiş protokolun əsassız olduğundan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X3 hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilmədiyini, polis əməkdaşlarının ona qarşı kobud rəftar etdiklərini nəzərə alaraq barəsində tərtib edilən protokolun əsassız olduğundan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞnin polis mayoru X4 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə təxminən 15.30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Varobski dairəsində arxa dövlət qeydiyyat nişanlı nömrəsi olmadan avtomobil idarə etdiyinə görə DYP-nin əməkdaşları tərəfindən saxlanılmış, bu zaman o, polis əməkdaşları ilə mübahisə edib, onlara qarşı nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Eyni zamanda bildirmişdir ki, tərəflərindən Şəxs qarşı hər hansı bir təzyiq və ya kobud rəftar olmamışdı. Buna görə də, onun barəsində məhkəmədən inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində çıxış edən X9 bildirmişdir ki, o, DYP-nin əməkdaşıdır, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs avtomobili arxa dövlət qeydiyyat nişanlı nömrəsi olmadan idarə etdiyi üçün saxlanılmış və cərimə meydancasına aparılmalı olduğunu ona izah etmişdilər. Lakin vətəndaş Şəxs onlara tabe olmamış və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları tərəfindən Şəxs qarşı heç bir təzyiq və ya kobud rəftar olmamışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən X7 bildirmişdir ki, o, DYP-nin əməkdaşıdır, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs avtomobili arxa dövlət qeydiyyat nişanlı nömrəsi olmadan idarə etdiyi üçün saxlanılmış və cərimə meydancasına aparılmalı olduğunu ona izah etmişdilər. Lakin vətəndaş Şəxs onlara tabe olmamış və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları tərəfindən Şəxs qarşı heç bir təzyiq və ya kobud rəftar olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, protokolu tərtib edən vəzifəli şəxsi və şahid ifadələrini dinləyərək hesab edir ki, Şəxs inzibati qaydada təqsirli hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində il ərzində ilk dəfə inzibati xəta törətməsini və gənc olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməməsi onu gözləyən inzibati məsuliyyətindən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun cəzasını yüngülləşdirici halların məcmusunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08 (sekkiz) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs həbs edilməsinin əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2717/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2717/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver