Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2718/2024 29.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X13 Sultan oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ tərəfindən Şəxs barəsində İXM 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli və İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X9 izahat verərək bildirmişdir ki, X1 RPİ-nin 4-cü PŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu ərazisində yerləşən 6 nömrəli xəstəxananın həyətində uca səslə onu söyüb təhqir etmişdir. Zeynəb İsayevanın müraciəti əsasında Şəxs Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili Əli Həsənov tərəfindən polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olan zaman Şəxs hay-küy salaraq polisin ünvanına nalayiq ifadələr işlətmiş, şöbənin normal iş rejimini pozmuşdur. Şəxs dəfələrlə xəbərdalıq olunmasına baxmayaraq polisin qanuni tələblərinə tabe olmamamışdır. Şəxs ictimai qaydanı pozaraq xırda xuliqanlıq etdiyi üçün və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə tərəfindən sonuncu barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, X8 ilə aralarında əvvəllər sevgili münasibəti olmuş, lakin sonradan münasibətləri pozulmuşdur. xx.xx.2024-cü il tarixdə Zeynəb İsayeva ona zəng edərək özünü pis hiss etdiyi üçün 6 nömrəli xəstəxanaya getdiyini demiş həkim müayinəsindən keçmək üçün ondan pul istəmişdir. O, isə Zeynəbə ayrıldıqlarını demiş, pul verməyəcəyini bildirmişdir. Həmin vaxt telefonda aralarında mübahisə yaranmış, o, Zeynəbdən əvvəl verdiyi pulları və qızıl-zinət əşyasını da geri qaytarmasını tələb etmişdir. Lakin həmin vaxt qeyd edilən xəstəxanaya getməmiş, Zeynəblə görüşməmiş, sonuncunu ictimai yerdə söyüb təhqir etməmişdir. Həmin gün ona 4-cü PŞ-nin əməliyyat müvəkkili Əli Həsənov zəng etmiş, özünü təqdim edib, harada olduğunu soruşmuşdur. O, Nərimanov rayonu ərazisində çayxanada olduğunu dedikdən sonra Əli Həsənov həmin yerə gəlib, onu 4-cü Polis şöbəsinə aparmışdır. O, polis şöbəsinə əsassız yerə gətirilməsini bildirib narazılıq etmişdir. Polis şöbəsində onun izahatı alınmış, barəsində protokol tərtib edilmişdir. O, polis şöbəsində səs-küy salmamış, polis əməkdaşlarını söyməmiş, tabesizlik göstərməmişdir. Ona görə də, qeyd edilənləri nəzərə alıb barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X8 izahat verərək bildirmişdir ki, Şəxs ilə əvvəllər sevgili münasibəti almış, lakin sonradan münasibətləri pozulmuşdur. xx.xx.2024-cü il tarixdə o, müayinə olunmaq üçün Binəqədi rayonu ərazisində yerləşən 6 nömrəli xəstəxanaya getmiş, həmin vaxt Şəxs ona zəng edib, mübahisə etməyə başlamış, əvvəllər ona hədiyyə etdiyi qızıl-zinət əşyasını və verdiyi pulları geri tələb etmişdir. Həmin vaxt aralarında mübahisə yarandığı üçün Şəxs onu nalayiq sözlərlə söyüb təhqir etmiş, ləyaqətini alçaltmışdır. O, polis şöbəsində ərizə və izahat verərkən Şəxs onu telefonla danışarkən uca səslə söyüb təhqir etdiyini deməmiş, cəmiyyət için söyüb təhqir etdiyini bildirmişdir. Bunun səbəbi isə Şəxsla telefonda danışarkən səsi səs-ucaldana qoyması olmuşdur. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X11 izahat verərək bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə X3 ərizəsi əsasında Şəxs 4-cü Polis şöbəsinə gətirmişdir. Polis şöbəsində Şəxs polis şöbəsinə əsassız yerə gətirildiyini deyib, narazılıq etmiş, səs-küy salaraq, polisin ünvanına nalayiq ifadələr işlətmiş, şöbənin iş rejimini pozmağa cəhd göstərmişdir. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq Şəxs öz hərəkətlərini davam etdirimişdir. Ona görə Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X8 ərizə ilə Binəqədi RPİ-nin 4-cü PŞ-yə müraciət edərək Şəxs Binəqədi rayonu 6 nömrəli xəstəxananın qarşısında onu uca səslə, nalayiq ifadələrlə söyüb təhqir etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Bağırov X4 RPİ-nin 4-cü Polis şöbəsində səs-küy salmış, polisin ünvanına nalayiq ifadələr işlətmiş, növbətçi hissənin iş rejimini pozmuşdur. xx.xx.2024-cü il tarixli, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:00-da azad edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin 4-cü Polis şöbəsində şöbənin iş rejimini pozaraq, polis əməkdaşlarını təhqir edib, tabesizlik göstərmiş və nəticədə 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ə.Məlikov adına xəstəxanada X2 təhqir edərək xuliqanlıq etmiş və nəticədə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların olması müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X7 və şahidlərin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verilməmişdir. Həmçinin Şəxs əməlinə münasibətdə polis işçiləri tərəfindən ictimai qaydanın mühafizə vəzifələrinin nədən ibarət olmasının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə X8 ilə telefonda danışarkən mübahisə etməsi, həmin vaxt Zeynəb İsayevanın ictimai yerdə olması əsassız yerə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər kimi qiymətləndirilmişdir. Həmçinin Şəxs polis şöbəsinə əsassız yerə aparılmasına etiraz edərək, narazılığını bildirməsi polis əməkdaşlarının qanuni tələblərinə tabe olmama kimi qiymətləndirilmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X9 tərəfindən İXM 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli və İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokola dair Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X9 tərəfindən İXM 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli və İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokollara dair Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2718/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2718/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver