Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2724/2022 08.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ermənistan, Krasnoselo rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis kapitanı X2 tərəfindən barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis kapitanı X2 izahat verərək bildirmişdir ki, Şəxs 3 nəfər dostu ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 01:10 radələrində Binəqədi rayonu, 22-ci Dağlıq küçəsində yerləşən “Draft” PUB-ın qarşısında səs-küy yaradaraq ictimai asayişi pozduqalrına görə onun tərəfindən xəbardar edilmişlər. Xəbərdarlığın səbəbini soruşduqda isə onlara gec saat olduğunu bildirmişdir. Xəbərdarlığa baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs etiraz edərək, onun yolunu kəsməməyi tələb etmişdir. Daha sonra nəlayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Bundan sonra barəsində xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati qaydada tutularaq izahat verməsi üçün Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmiş və izahatı alınmışdır. Sərxoşluq halının yoxlanması üçün tibbi müayinədən keçirildikdə onda “orta” sərxoşluq dərəcəsi aşkarlanmışdır. Qeyd etdiklərinin nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, törətdiyi əməldən peşmandır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində dostları Sənan və Nazimlə birgə Binəqədi rayonu, 22-ci Dağlıq küçəsində yerləşən “Draft” PUB-dan çıxarkən polis əməkdaşları tərəfindən səs-küy yaratdıqlarına görə onlara irad bildirilmişdir. İçkili olduqlarına görə səs-küy yaratdıqlarının fərqində olmamışlar. Polis bölməsinə gətirilən zaman içkili olduqlarına görə nalayiq ifadə işlədə bilər. Lakin, bu ifadə polis əməkdaşlarına qarşı yönəlməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində başlanan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 01:10 radələrində Binəqədi rayonu, 22-ci Dağlıq küçəsində yerləşən “Draft” PUB-ın qarşısında xırda xuliqanlıq hərəkətləri edərək, İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixli AZA 009252 nömrəli “inzibati qaydada tutma” protokolundan görünür ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati qaydada tutulmuşdur. xx.xx.2022-ci il tarixli AZA 004413 nömrəli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, şəxsi axtarış və üstündə olan əşyaları yoxlama zamanı mobil telefon və pul qabı aşkar edilərək götürülmüş və növbətçi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 xx.xx.2022-ci il tarixli 2/21195 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs “orta” sərxoşluq dərəcəsi aşkarlanmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın olması müəyyən edilməmişdir. Belə ki, məhkəmə tərəfindən iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, polis əməkdaşı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs yanında olan digər şəxsə müraciətlə “niyə polis əməkdaşını təhqir edirsən?” deyə soruşmuş, o da cavabında “kimi təhqir etdim?” deyə bildirmişdir. Video-görüntüdən aydın olur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs deyil, digər şəxs polis əməkdaşına qarşı etirazedici ifadələr işlətmişdir. Buna baxmayaraq, inzibati xəta haqqında protokol həmin şəxs barəsində deyil, Şəxs barəsində tərtib edilmişdir. Beləliklə də, məhkəmə iclasında Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis kapitanı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokol üzrə Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirilməmişdir. Yəni Şəxs tərəfindən konkret olaraq hansı ictimai qaydanın pozulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis kapitanı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis kapitanı X2 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2724/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2724/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver