Məhkəmə qərarları › İş №3(001)-2724/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2724/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2724/2024 10.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Novruzova Cəmilə Davud qızının katibliyi, Şikayət vermiş şəxs X2 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, X2 Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, müəyyən etdim: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına, X2 Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Şikayət vermiş şəxs X2 nümayəndəsi Nümayəndə1 məhkəməyə verdiyi izahatında inzibati orqanın bildirişi gec çatdığı üçün X2 bu barədə məlumatı olmadığını bildirmişdir. Əks halda inzibati orqana yaxınlaşaraq etiraz edə bilərdi. Belə ki, Şəxs vəzifəli şəxs kimi maksimum cərimə edilib. Bu cərimə minimum da edilə bilərdi. Bundan başqa da bildirmək istəyir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin əsas hissəsində işə götürən inzibati xəta törədən olur. Lakin İsmayılov protokol tərtib edilən ərəfədə ümumiyyətlə işə götürən olmayıbdır. Həmin ərəfədə başqa şəxs direktor olmuşdur. İsmayılov bu hadisədən 03 ay sonra şirkətə direktor kimi rəsmiləşdirilmişdir. Məhkəmədən X2 inzibati xəta törədən subyekt olmadığı üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət aidiyyəti üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.3cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göründüyü kimi, qanunvericilik səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından həm fiziki şəxsin, həm də hüquqi şəxsin şikayət vermək hüququnu təsbit etmiş, bunun qaydasını isə fiziki şəxsə münasibətdə fiziki şəxsin yaşayış yeri, hüquqi şəxsə münasibətdə isə hüquqi şəxsin ünvanının olduğu yer üzrə müəyyən etmişdir. Bu da onu göstərir ki, fiziki şəxs səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayəti yalnız yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verə bilər. Şikayət ərizəsindən, şəxsiyyət vəsiqəsinin surətindən və məhkəmənin CMS “AZEMİS” Elektron Məhkəmə İnformasiya sisteminin portal çıxarışından görünür ki, X1 rayonu, A.Tala kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132.1 və 131.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olubolmaması həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, təsvir olunanlara əsasən hesab edirəm ki, X2 Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 132-ci maddəsini rəhbər tutaraq, qərara aldım: X2 Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar