Məhkəmə qərarları › İş №3(001)-2725/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2725/2022

08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2725/2022 08.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Yol patrul xidməti inspektoru, polis baş serjantı X6, zərərçəkmiş şəxslər X3, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1 və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbayca Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyü tərəfindən Şəxs barəsində İXM-in 327.1 və 332.4-cü maddələri ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Yol patrul xidməti inspektoru, polis baş serjantı X7 izahat verərək bildirmişdir ki, 19 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yolnəqliyyat hadisəsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat əsasında əraziyə yollanmış və orada müəyyən etmişdir ki, Hyundai HD72 markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs ara məsafəsi saxlamadan qarşısındakı Daewo Nexia markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş və zərbə nəticəsində həmin avtomobil qarşısında hərəkətdə olan Mitsubishi L200 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə nəticəsində yalnız avtomobillərə ziyan dəmiş və bədən xəsarəti alan şəxs olmamışdır. Bundan sonra tərəfindən baş vermiş hadisə üzrə araşdırma aparılmış, sürücü ayıq olsa da onun hadisə zamanı nəqliyyat vasitəsini idarə etmək hüququnun olmaması müəyyən edilmişdir. Daha sonra izahatlar alınmış və tərəfindən Şəxs barəsində İXM-in 327.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 19 avqust 2022-ci il tarixdə idarə etdiyi Hyundai HD72 markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman qarşısında qəfil dayanmış Daewo Nexia markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş və zərbənin təsirindən həmin avtomobil ondan qarşıda hərəkətdə olan Mitsubishi L200 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı ayıq olmuş və xəsarət alan şəxs olmamışdır. Onun sürücülük hüququnun məhdudlaşdırılmasında xəbəri olmamışdır. Bundan yalnız baş vermiş yol hadisəsi üzrə araşdırma zamanı sonra məlumatı olmuşdur. Törətdiyi inzibati xətadan peşman olduğunu qeyd edib məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 19 avqust 2022-ci il tarixdə baş vermiş hadisə zamanı idarə etdiyi Daewo Nexia markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan Hyundai HD72 markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsünün vurduğunu, zərbədən isə onun avtomobilinin qarşısında olan Mitsubishi L200 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəydiyini, hadisə zamanı heç bir xəsarət almadığını və ona yalnız maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 19 avqust 2022-ci il tarixdə baş vermiş hadisə zamanı idarə etdiyi Mitsubishi L200 markalı **-MB-***dövlət qeydiyyat nişanlı avtomobili arxadan Hyundai HD72 markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsünün vurduğunu, zərbədən isə onun avtomobilinin qarşısında olan Daewo Nexia markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəydiyini, hadisə zamanı heç bir xəsarət almadığını və ona yalnız maddi ziyan dəydiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli Yol-Nəqliyyat hadisəsinin sxemindən görünür ki, Hyundai HD72 markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs ara məsafəsi saxlamadan qarşısındakı Daewo Nexia markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş və zərbə nəticəsində həmin avtomobil qarşısında hərəkətdə olan Mitsubishi L200 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, nəticədə həmin avtomobillərin sahiblərinə maddi ziyan dəymişdir. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən həmin maddələr ilə barəsində inzibati xəta haqında protokol tərtib edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin fikirlərini dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Ona görə də, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs əməli İXM-in 327.1 və 332.4-cü maddələri ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, eləcə də onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmədə, Şəxs oğlunun törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar