Məhkəmə qərarları › İş №3(001)-2726/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2726/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2726/2024 21.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X8, Qərarından şikayət verilən X13 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin 12 fevral 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarından vəzifəli şəxs X8 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən vəzifəli şəxs X12 şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin 12 fevral 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət verən vəzifəli şəxs Y.Q.Bağırov şikayətini onunla əsaslandırmışdır ki, X13 Xidmətinin Bakı şəhər İdarəsinin 12 fevral 2024-cü il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərar ona 18 aprel 2024-cü ildə rəsmi qaydada təqdim edilmişdir.Qərar qanunvericilik normalarının kobud surətdə pozulması şəraitində çıxarılmışdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki,xx.xx.2024-cü il tarixli qərarda “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, vəzifəli şəxs X12 barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat açılaraq, qərar inzibati protokol tərtib edilməsi üçün X13 Xidmətinə göndərilməli olması qeyd edilsə də, eyni orqan tərəfindən aparılmış inzibati xəta haqqında araşdırma həmin cəmiyətin vəzifəli şəxsi barəsində deyil, məhz cəmiyyət barəsində aparılmış və cəmiyyət barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqında iş üzrə icraat başlanılmaqla toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Bu isə onu göstərir ki, aparılmış araşdırma zamanı şübhəli hallara yol verilmişdir, belə halda şəxsin məsuliyyətə cəlb edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə olan halda X13 Xidmətinin onu İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etməsi qanuni və əsaslı hesab edilə bilməz. Təsvir olunanlara əsasən şikayətin təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin 12 fevral 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən X13 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X15 şikayətin dəlilləri ilə razılaşmayaraq izahatında bildirmişdir ki, vətəndaş X2 rayon prokurorluğuna müraciət edərək, X12 tərəfindən əmək müqaviləsi bağlamadan 7-10 sentyabr 2023-cü il tarixlərdə Binəqədi rayonu DSK yolu deyilən ərazidə dirəklərin quraşdırılması işlərinə cəlb edildiyini bildirmişdir. Buna görə Binəqədi rayon prokuroru tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 19 yanvar 2024cü il tarixli qərar qəbul edilmiş və baxılması üçün X13 Xidmətinə göndərilmişdir. X13 Xidmətinin Bakı şəhər İdarəsinin 12 fevral 2024-cü il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarına əsasən “X6” MMC-in direktoru X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını, habelə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, X13 Xidmətinin Bakı şəhər İdarəsinin 12 fevral 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: X1 Binəqədi rayon prokurorluğuna verdiyi izahatından görünür ki, o, X12 tərəfindən əmək müqaviləsi bağlamadan 7-10 sentyabr 2023-cü il tarixlərdə Binəqədi rayonu DSK yolu deyilən ərazidə dirəklərin quraşdırılması işlərinə cəlb edilmişdir. “X6” MMC-in direktoru X8 Binəqədi rayon prokurorluğuna verdiyi izahatından görünür ki, o, X1 07-08 sentyabr 2023-cü il tarixlərdə əmək müqaviləsi bağlamadan Binəqədi rayonu DSK yolu deyilən ərazidə dirəklərin quraşdırılması işlərinə cəlb edildiyini etiraf etmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, “X6” MMC-in direktoru X8 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qərarın surəti baxılması üçün X13 Xidmətinə göndərilmişdir. X13 Xidməti Bakı şəhər İdarəsinin 12 fevral 2024-cü il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X6” MMC-in direktoru X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir ondan ötrü ki, vətəndaş X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 7-8 sentyabr 2023-cü il tarixlərdə Binəqədi rayonu DSK yolu deyilən ərazidə dirəklərin quraşdırılması işlərinə cəlb etmişdir. Beləliklə, məhkəmədə müəyyən edilmiş işin faktiki hallarından göründüyü kimi vəzifəli şəxs X12 ona görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs vətəndaş X4 7-10 sentyabr 2023-cü il tarixlərdə Binəqədi rayonu DSK yolu deyilən ərazidə dirəklərin quraşdırılması işlərinə cəlb etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin maddənin 2-1-ci bəndinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 15-ci maddəsinin 2-ci bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən vəzifəli şəxs X10 istinad edilən inzibati xətaya inzibatixətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 192.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarından X12 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Vəzifəli şəxs X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar