Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2729/2023 31.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Şikayət vermiş şəxs X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X3 tərəfindən tərtib edilmiş 20 fevral 2023-cü il tarixli MN ******* saylı qərardan verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X3 tərəfindən qəbul edilmiş 20 fevral 2023-cü il tarixli, MN ******* saylı qərara əsasən X5 Azərbaycan Respublikası İXMnin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5 000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir.Belə ki, vəzifəli şəxsin 20 fevral 2023-cü il tarixli, MN ******* saylı qərarına əsasən X5 26 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən lizensiya olmadan özəl tibb (stomotoloji) fəaliyyəti göstərmişdir.Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən 16 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X3 tərəfindən 20 fevral 2023-cü il tarixli, MN ******* saylı qərar qəbul edilərək X5 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir.X5 inzibati xəta haqqında qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X3 tərəfindən qəbul edilmiş 20 fevral 2023-cü il tarixli MN ******* saylı qərarın məhkəmə qaydasında ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X5 şikayətini müdafiə edərək bildirdi ki, barəsində qəbul edilmiş qərardan narazıdır. Belə ki, o, ali təhsilli həkim-stomotoloqdur və uzun illərdir ki, həmin sahə üzrə fəaliyyət göstərir. O, lizensiya almaq üçün dəfələrlə müraciət etsə də, ona müxtəlif bəhanələr lizensiyanın verilməsini ləngitmişdirlər.O, hesab edir ki, cərimə qərarı qanunsuz və əsasızdır, özünü inzibati xəta törədilməsində təqsirli hesab etmir. Bu səbəbdən də Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X3 tərəfindən qəbul edilmiş 20 fevral 2023-cü il tarixli, MN ******* saylı qərarın məhkəmə qaydasında ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxs X2 izahatını dinləyib, verilmiş şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X3 tərəfindən qəbul edilmiş 20 fevral 2023-cü il tarixli MN ******* saylı qərarına əsasən X5 26 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən lizensiya olmadan özəl tibb (stomotoloji) fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir.Belə ki, X5 şikayət ərizəsində xüsusi razılıq (lisenziya) əsasında özəl tibb (stomotoloji) fəaliyyəti ilə məşğul olma tələbinə əməl etməyərək ünvan 1 ünvanında yerləşən özünə məxsus yerdə lisenziya olmadan özəl tibb fəaliyyəti göstərməsi kimi izahatı ilə faktiki olaraq qeyd olunan tarixdə tərəfindən törədilmiş olan inzibati xətanı etiraf etmiş olur. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər və ümumi məlum olan faktlarla təsdiq edildiyindən, inzibati qərar əsasında X2 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur.Bundan başqa, X5 vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmış fiziki şəxs olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan səlahiyyətli orqan tərəfindən X5 vəzifəli şəxs kimi məsuliyyətə cəlb olunmasında hər hansı qanun pozuntusu olmamışdır.Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X3 tərəfindən qəbul edilmiş qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 117, 128130,133-134, 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X3 tərəfindən qəbul edilmiş 20 fevral 2023-cü il tarixli, MN ******* saylı qərardan verdiyi şikayət əsassız olduğundan rədd edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2729/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2729/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver