Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2730/2023 12.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin Yol Patrul Xidmət inspektoru, polis serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv olunması barədə şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 11- 11.50 radələrində polis əməkdaşı tərəfindən qanunsuz saxlanılmışdır. Polis əməkdaşına özünü təqdim etdikdən sonra YPX-nın əməkdaşı onun sənədləri ilə maraqlanmış və planşetində yoxlamağa başlamışdır.Onun müəyyən ödənilməmiş cərimələrinin olduğunu müəyyən etdikdən sonra polis əməkdaşı ona müxtəlif və işə aidiyyəti olmayan suallar verməyə başlamışdır.O,tələsdiyinə görə polis əməkdaşından ona lazımsız suallar verməməyini xahiş etmiş, tələsdiyini əməkdaşa bildirmişdir.Bundan sonra polis əməkdaşı onunla kobud rəftar edərək “Niyə təhlükəsizlik kəmərini gec taxmısınız” sualını vermişdir. O, bu suala təəccüblənərək “Niyə yalan deyirsiniz, siz saxlayarkən mənim təhlükəsizlik kəmərim taxılı idi, əgər foto və ya video görüntü varsa, təqdim edin baxım” deyə cavab vermişdir.Polis əməkdaşı ona əhəmiyyət vermədən ona protokol tərtib etmiş, onun narazılığı olduğu halda sonradan müraciət edə biləcəyini bildirmişdir. O isə telefonunu götürüb “102” xidmətinə zəng vurmaq istəyəndə polis əməkdaşı onun telefonunu əlindən alaraq onunla kobud şəkildə rəftar etmişdir. O, bütün hadisələrin şahidi olan tanışı Namiq Allahverdiyevə məxsus mobil telefonu alaraq 102 xidmətinə zəng edib polis əməkdaşından şikayət etmişdir. Daha sonra əraziyə Post Patrol Xidmətinin əməkdaşları gəlmişdirlər. PPXnin əməkdaşı ona nəyə görə polisə tabe olmamağını soruşanda o, hər şeyi polisə izah etməyə çalışmışdır.Lakin əraziyə gələn polis əməkdaşları onun şikayətlərinə əhəmiyyət vermədən maşınını cərimə meydancasına aparmışdırlar.Cərimə meydancasının giriş hissəsində xeyli boş yerlərin olmasına baxmayaraq onun maşınını ən uzaq yerdə yerləşdirmişdirlər. Daha sonra o, istəmişdir ki, maşınını videoya çəksin, o zaman ona məlum olmuşdur ki, maşının arxa dövlət qeydiyyat nişanıqəsdən zədələnmişdir.Belə ki, “J” hərfinin sağı zədələnmiş və “0” rəqəminin boyasının yarısı qəsdən qopardılmışdır. Daha sonra onu 4-cü Polis Şöbəsinə aparmışdırlar. Şikayətçi 4 dəfə ürək əməliyyatı keçirtdiyini, heç vaxt heç kimlə kobud formada danışmadığını, özünə qarşı haqsızlıq edildiyini bildirmişdir. Şikayətçi həmçinin göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 2488/2023 saylı, 17 iyun 2923-cü il tarixli qərarına (hakim Aygün Qurbanova) əsasən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X8 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, o, inzibati qaydada tutulmadan azad edilmişdir. Bu da onun bir daha təqsirsiz olduğunu göstərir. X2 yuxarıda göstərilənlərini rəhbər tutaraq Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon DYPŞ-nin Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X9 tərəfindən qəbul olunmuş 17 iyun 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 və Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X9 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin şikayətçi və Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X9 məhkəmə iclasına gəlməmişdirlər və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən şikayətçi və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X9 tərəfindən qəbul olunmuş 17 iyun 2023cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərara əsasən məlum olur ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə olunmuşdur. İş materialarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2488/2023 saylı, 17 iyun 2923-cü il tarixli qərarına əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X8 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, X5 inzibati qaydada tutulmadan azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə- altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X9 tərəfindən qəbul olunmuş 17 iyun 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərara əsasən məlum olur ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə olunmuşdur.Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, inzibati xəta törətməməsi barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir.Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2488/2023 saylı, 17 iyun 2923-cü il tarixli qərarına əsasən X3 İXM-nin 535.1-ci maddəsi ilə təqsirsiz hesab edilərək inzibati məsuliyyətdən azad edilməsi, onun İXM-nin 342.7-ci maddəsi ilə də təqsirsiz olması anlamına gəlmir.Belə olan halda, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X9 tərəfindən qəbul olunmuş 17 iyun 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunması barədə verdiyi şikayəti əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon DYPŞ Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X9 tərəfindən qəbul olunmuş 17 iyun 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunması barədə verdiyi şikayəti rədd edilsin. Qərardan rəsmi qaydada verildikdən və ya təqdim olunduqdan sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2730/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2730/2023
12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver