Məhkəmə qərarları › İş №3(001)-2732/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2732/2021

03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2732/2021 03.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Əhmədov Asəm Əlqəmə oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Allahverdiyeva Ziyarət Əli qızının, onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Şiriyev Nizami Şəki oğlunun, zərər çəkmiş şəxs (tələbkar) Mehrəliyevə Natiqə Həsən qızının iştirakları ilə, 05.04.1959-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ünvan 1 ünvanında yaşayan, Allahverdiyeva Ziyarət Əli qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən Allahverdiyeva Ziyarət Əli qızının İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru Əhmədov Asəm Əlqəmə oğlu izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-262/2020-015 nömrəli, 13.01.2020-ci il tarixli icra sənədinə əsasən 1 dəst ağ qızıldan hazırlanmış, bağlantı yerləri isə sarı qızıldan olan brilliant qaşlı gərdanlıq komplekti (üzük, bir cüt sırğa, boyunbağı və bilərzik); 1 ədəd qızıldan hazırlanmış 585 əyarlı, qaşsız, üzəri tor formasında olan 7 qr. üzük; 1 ədəd qızıldan hazırlanmış, 585 əyarlı, 40 qr. boyunbağı və bilərzik dəsti cavabdeh Allahverdiyeva Ziyarət Əli qızından alınaraq iddiaçı Mehrəliyevə (Allahverdiyeva) Natiqə Həsən qızına verilməsi, qətnamə icra olunan vaxt həmin əşyalar mövcud olmadığı halda qızıl-zinət əşyalarının (1 dəst ağ qızıldan hazırlanmış, bağlantı yerləri isə sarı qızıldan olan brilliant qaşlı gərdanlıq komplekti (üzük, bir cüt sırğa, boyunbağı və bilərzik) - 4400(dörd min dörd yüz)manat; 1 ədəd qızıldan hazırlanmış 585 əyarlı, qaşsız, üzəri tor formasında olan 7 qr. üzük- 420(dörd yüz iyirmi) manat; 1 ədəd qızıldan hazırlanmış, 585 əyarlı, 40 qr. boyunbağı və bilərzik dəsti -2400 (iki min dörd yüz) manat)) bazar dəyəri - pul ekvivalenti 7220 (yeddi min iki yüz iyirmi) manat məbləğində pul vəsaiti cavabdeh Allahverdiyeva Ziyarət Əli qızından tutularaq iddiaçı Mehrəliyevə (Allahverdiyeva) Natiqə Həsən qızına ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Allahverdiyeva Ziyarət Əli qızından tutularaq iddiaçı Mehrəliyevə (Allahverdiyeva) Natiqə Həsən qızına ödənilməsi qərara alınmışdır. Z.Ə.Allahverdiyeva göstərilən boyunbağı və qolbağın ona məxsus olduğunu, qalan qızıl-zinət əşyalarını isə Mehrəliyevə Natiqə Həsən qızının gedərkən özü ilə aparmasını izahatlarda bildirmişdir. İş üzrə tələbkar isə borc məbləğinin geri qaytarılması ilə bağlı müxtəlif orqanlara müraciət etmişdir. Ona görə də, Z.Ə.Allahverdiyeva barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Z.Ə.Allahverdiyevanın inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Z.Ə.Allahverdiyeva izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-262/2020-015 nömrəli, 13.01.2020-ci il tarixli icra sənədinə əsasən 1 dəst ağ qızıldan hazırlanmış, bağlantı yerləri isə sarı qızıldan olan brilliant qaşlı gərdanlıq komplekti (üzük, bir cüt sırğa, boyunbağı və bilərzik); 1 ədəd qızıldan hazırlanmış 585 əyarlı, qaşsız, üzəri tor formasında olan 7 qr. üzük; 1 ədəd qızıldan hazırlanmış, 585 əyarlı, 40 qr. boyunbağı və bilərzik dəsti ondan alınaraq iddiaçı Mehrəliyevə (Allahverdiyeva) Natiqə Həsən qızına verilməsi, qətnamə icra olunan vaxt həmin əşyalar mövcud olmadığı halda qızıl-zinət əşyalarının (1 dəst ağ qızıldan hazırlanmış, bağlantı yerləri isə sarı qızıldan olan brilliant qaşlı gərdanlıq komplekti (üzük, bir cüt sırğa, boyunbağı və bilərzik) - 4400(dörd min dörd yüz)manat; 1 ədəd qızıldan hazırlanmış 585 əyarlı, qaşsız, üzəri tor formasında olan 7 qr. üzük-420(dörd yüz iyirmi) manat; 1 ədəd qızıldan hazırlanmış, 585 əyarlı, 40 qr. boyunbağı və bilərzik dəsti -2400 (iki min dörd yüz) manat)) bazar dəyəri - pul ekvivalenti 7220 (yeddi min iki yüz iyirmi) manat məbləğində pul vəsaiti ondan tutularaq iddiaçı Mehrəliyevə (Allahverdiyeva) Natiqə Həsən qızına ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ondan tutularaq iddiaçı Mehrəliyevə (Allahverdiyeva) Natiqə Həsən qızına ödənilməsi qərara alınmışdır. Göstərilən boyunbağı və qolbağ ona məxsusdur, qalan qızıl-zinət əşyalarını isə Mehrəliyevə Natiqə Həsən qızı gedərkən özü ilə aparmışdır. Ona görə də, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Şiriyev Nizami Şəki oğlu bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Allahverdiyeva Ziyarət Əli qızının xəstə olmasını, sosial yardım almasını nəzərə alaraq məhkəmədən Z.Ə.Allahverdiyeva barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Mehrəliyevə Natiqə Həsən qızı izahat verərək bildirmişdir ki, Allahverdiyeva Ziyarət Əli qızının Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-262/2020-015 nömrəli, 13.01.2020-ci il tarixli icra sənədi üzrə borcunu tam icra etmədiyindən hazırkı günə kimi 7250 manat borcu vardır. O, özü ilə qızıl aparmadığını və borcunun ödənilməsini tələb edir. Məhkəmədən Allahverdiyeva Ziyarət Əli qızının inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-262/2020-015 nömrəli, 13.01.2020-ci il tarixli icra vərəqəsinə əsasən, 1 dəst ağ qızıldan hazırlanmış, bağlantı yerləri isə sarı qızıldan olan brilliant qaşlı gərdanlıq komplekti (üzük, bir cüt sırğa, boyunbağı və bilərzik); 1 ədəd qızıldan hazırlanmış 585 əyarlı, qaşsız, üzəri tor formasında olan 7 qr. üzük; 1 ədəd qızıldan hazırlanmış, 585 əyarlı, 40 qr. boyunbağı və bilərzik dəsti cavabdeh Allahverdiyeva Ziyarət Əli qızından alınaraq iddiaçı Mehrəliyevə (Allahverdiyeva) Natiqə Həsən qızına verilməsi, qətnamə icra olunan vaxt həmin əşyalar mövcud olmadığı halda qızıl-zinət əşyalarının (1 dəst ağ qızıldan hazırlanmış, bağlantı yerləri isə sarı qızıldan olan brilliant qaşlı gərdanlıq komplekti (üzük, bir cüt sırğa, boyunbağı və bilərzik) - 4400(dörd min dörd yüz)manat; 1 ədəd qızıldan hazırlanmış 585 əyarlı, qaşsız, üzəri tor formasında olan 7 qr. üzük-420(dörd yüz iyirmi) manat; 1 ədəd qızıldan hazırlanmış, 585 əyarlı, 40 qr. boyunbağı və bilərzik dəsti -2400 (iki min dörd yüz) manat)) bazar dəyəri - pul ekvivalenti 7220 (yeddi min iki yüz iyirmi) manat məbləğində pul vəsaiti cavabdeh Allahverdiyeva Ziyarət Əli qızından tutularaq iddiaçı Mehrəliyevə (Allahverdiyeva) Natiqə Həsən qızına ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Allahverdiyeva Ziyarət Əli qızından tutularaq iddiaçı Mehrəliyevə (Allahverdiyeva) Natiqə Həsən qızına ödənilməsi müəyyən edilmişdir. 10.02.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Əhmədov Asəm Əlqəmə oğlu tərəfindən borclu Allahverdiyeva Ziyarət Əli qızı barəsində iş üzrə icraata başlanmışdır. 10.02.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Z.Ə.Allahverdiyevaya borcunu 10 (on) gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. 03.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Z.Ə.Allahverdiyeva Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 262/2020-015 nömrəli, 13.01.2020-ci il tarixli icra vərəqəsini icra etmədiyinə görə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatların və müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Z.Ə.Allahverdiyeva barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Z.Ə.Allahverdiyeva İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, Z.Ə.Allahverdiyevanın şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də onun təqsirinin dərəcəsini nəzərə alır. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, 10.02.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmasına, 7250 manat borcdan indiyədək ödənilməməsini, Z.Ə.Allahverdiyevanın şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Müdafiəçi Şiriyev Nizami Şəki oğlunun təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 (beş) saat vaxt sərf etmişdir. İXM-in 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Şiriyev Nizami Şəki oğlu müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Allahverdiyeva Ziyarət Əli qızına göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Şiriyev Nizami Şəki oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 66, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Allahverdiyeva Ziyarət Əli qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Allahverdiyeva Ziyarət Əli qızına göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Şiriyev Nizami Şəki oğluna Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar